Icma.az
close
up
RU
“Sirli dolça” premyeraya hazırlaşır FOTOlar

“Sirli dolça” premyeraya hazırlaşır FOTOlar

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyulun 4-də Azərbaycan Dövlət Kukla Teatrında növbəti səhnə işinin premyerası olacaq.

Bu barədə Milli.Az-a teatrın mətbuat xidmətindən bildirilib.

Azərbaycan xalq nağıllarından "Ağ daşın sirri" adlı qısa və məzmunlu nağıl əsasında Əməkdar artist, dəvətli rejissor  Rauf Avşarovun səhnələşdirmə və quruluşunda hazırlanan tamaşa klassik nağılların xarakterinə xas üslubda ərsəyə gəlib.

Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnıların mətn müəllifi Sevinc Nuruqızıdır.

Birhissəli uşaq tamaşasında obrazları Əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Rəhim Rəhimov, Yasin Abbasov, Vüqar İsmayılov, Könül Nəsibova canlandırırlar.

Pepertuara yenicə daxil olan "Sirli dolça" tamaşası uşaqlara sirli nağıllar aləmindən xoş anlar vəd edir.
Sözsüz ki, əyləncə və sehr dolu nağıl-tamaşada qəhrəmanlar izləyiciləri həm də bir sıra mətləblərdən hali edəcəklər.

Məsələn, dürüstlüyün ən böyük güc olduğunu, həqiqətin gec-tez üzə çıxdığını, saf sevgi və sədaqət kimi hisslərin bütün maneələri dəf etdiyini, zəkanın fiziki gücdən daha öndə olduğunu və s.

Tamaşanın hekayəti maraqlı və bir o qədər də fərqlidir. Belə ki, qocalıb əldən düşən hökmdar taxt-tacının kimin əlinə keçəcəyi,  xalqına kimin rəhbərlik edəcəyi barədə çox düşünür.

Gözünün ağı-qarası bir qızı olan Padşah onu çoxdan narahat edən məsələni Vəziri ilə bölüşür. Vəzir də ona qızının artıq həddi-buluğa çatdığını, ərə getməli olduğunu deyir.

Sözsüz ki, bu sözlər Padşahın ağlına batmır. Çünki o, bilir ki, Şahzadə ilə evlənəcək şəxs mütləq taxt-tacına da sahib olacaq.

Elə bu zaman bir Dərviş peyda olur və çarəsiz şah ondan kömək umur. 
Sonra hiyləyə əl atan şah qızına elçi düşən saysız gəncin həyatına son qoyur. Belə ki, dolçaya bir qara bir ağ daş əvəzinə 2 qara daş qoyur və nəticədə şahzadə ilə evlənəcək namizədlər ağ daşı tapa bilməyərık dar ağacından asılırlar.

Atasının bu əməlindən xəbər tutan qızı onun planını pozur və bir dürüst gənc ağ daşı taparaq şahzadə ilə evlənir.

Sözsüz ki, Padşah da sonda bu əməlindən peşman olur və taxtını itirməklə bağlı qorxusunu aşaraq rahat ömür sürür.

Onu da qeyd edək ki, tamaşa klassik kukla texnikasında parket kuklalarla ərsəyə gətirilib.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 İyul 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see285

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see271

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see263

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see255

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see254

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see250

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see245

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see245

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see234

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see226

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see222

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see220

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see214

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see209

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see206

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see204

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see203

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see183

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see183

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri