Icma.az
close
up
RU
Şirvanda 144 yaşlı park abadlaşdırılır AZƏRTAC

Şirvanda 144 yaşlı park abadlaşdırılır AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şirvan, 7 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan şəhərinin “Köhnə şəhər” hissəsində, Kür çayının sahilində yerləşən İsmət Qayıbov adına parkda genişmiqyaslı yenidənqurma və əsaslı təmir işlərinə başlanılıb. İşlər “Yaşıl dünya naminə həmrəyli ili” çərçivəsində həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, parkın ərazisi 2,5 hektardır. Parkın mövcud vəziyyəti və şəhər əhalisinin çoxsaylı müraciətləri nəzərə alınaraq yenidənqurma layihəsi hazırlanıb. Layihə əsasında parkın ərazisində 1790 kvadratmetr tamet tavaların döşənməsi, 3023.4 paqonmetr beton bordürların düzülməsi, 5435.1 kvadratmetr asfalt-beton örtüyün vurulması nəzərdə tutulub. Həmçinin park ərazsində 5 ədəd idman qurğusu, 1 ədəd turnik kompleksi, 3 ədəd yelləncək, 1 ədəd kompleks uşaq əyləncə qurğusu yer alacaq. Bundan başqa, ərazidə 40 ədəd işıq dirəyinin quraşdırılması, 30 ədəd müasir oturacağın və 30 ədəd tullantı qutusunun, 1 ədəd informasiya lövhəsinin qoyulması, 648 paqonmetr yeraltı elektrik xəttinin və 865 paqonmetr su xəttinin çəkilməsi işləri aparılacaq.

Hazırda parkda işlər davam etdirilir. Parkın yaxın zamanda şəhər sakinlərinin və qonaqların istifadəsinə verilməsi planlaşdırılır.

Qeyd edək ki, mədəniyyət və istirahət parkının tarixi mənbələrdə 1880-ci ildə bağ kimi salındığı qeyd olunur, 1991-ci ildən isə İsmət Qayıbov adına park adlandırılıb. Parkın ərazisində Sovet İttifaqı qəhrəmanı Şirin Şükürovun büstü ucaldılıb. Park Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli Qərarı ilə ölkə əhəmiyyətli bağ, park, monimental və xatirə abidəsi kimi qeydiyyata alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Dekabr 2024 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri