Şirvanda oğurluq edən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şirvan, 11 mart, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan şəhəri ərazisində yerləşən obyektlərin birindən ümumi dəyəri 5000 manatdan artıq olan metal avadanlıqların oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Daşqın Mütəllimov, İsmayıl Gözəlov və Əfqan Abbasov müəyyən olunaraq saxlanılıblar. İ.Gözəlovun bir təsərrüfatdan iki baş xırdabuynuzlu heyvan oğurlaması da müəyyən edilib.
Polis əməkdaşları tərəfindən Şirvan şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər nəticəsində isə Ramil Zeynalov, Azad Həsənov, Sahib Nuralıyev, Mirabbas Səfərov və Elcan Əmirov saxlanılıblar. Onlardan müxtəlif çəkilərdə narkotik vasitə və psixotrop maddələr aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 11 Mart 2025 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















