Biləsuvarda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, tədbirlərlə Sahib Abbasov, İlqar Şirinov və Nicat Cəfərov saxlanılıblar.
Onlardan ümumilikdə 6 kiloqram marixuana, heroin və metamfetamin aşkar olunub.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Ümumilikdə isə cari il ərzində Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 106 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Bu mövzuda digər xəbərlər:Paytaxtda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar
09 Sentyabr 2025 13:25
Şirvanda oğurluq edən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
11 Mart 2025 12:17
Suraxanıda narkotiklərin satışı ilə məşğul olan və oğurluq edən şəxslər saxlanılıblar
03 Dekabr 2024 16:01
Baxış sayı:90
Bu xəbər 28 Dekabr 2024 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















