“Sistem xətası” bəhanəsi ilə artıq pul alırlar?
Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakının “Gənclik Mall” ticarət mərkəzində yerləşən “Bravo” supermarketlə bağlı vətəndaş narazılığı gündəmə gəlib.
AzPost xəbər verir ki, şikayətçi alıcının sözlərinə görə, artıq iki gündür ki, mağazada məhsulların vitrin qiyməti ilə kassadakı qiymət arasında fərq müşahidə olunur.
“Bir neçə dəfə aldığım məhsulun kassa çeki ilə vitrindəki qiymət üst-üstə düşmədi. Hər iki halda administratoru çağırdım və cavab eyni oldu: sistem xətasıdır. Amma maraqlıdır ki, bu “sistem xətası” həmişə qiyməti aşağı salmır, əksinə, artırır”, – deyə alıcı bildirib.
O, əlavə edib ki, bu hal çoxsaylı alıcılara tətbiq olunduqda ümumi məbləğ ciddi rəqəmlərə çata bilər:
“Əgər hər müştəridən bu “xətaya” görə 10-20 qəpik artıq tutulsa, gün ərzində böyük məbləğ edir. Yaşlı insanlar və ya tələsən alıcılar isə bu fərqi qəbzdə görə bilmir.”
Alıcı bu vəziyyəti “böyük market şəbəkəsi üçün utancverici” adlandırıb və məsələ ilə bağlı şəffaf araşdırma aparılmasını istəyib.





Paylaş

