Icma.az
close
up
RU
Sistit zamanı xalq təbabəti üsulları ilə müalicə

Sistit zamanı xalq təbabəti üsulları ilə müalicə

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sidik kisəsinin selikli qişasının iltihabı "sistit" adlandırılır. Saglamolun.az bildirir ki, sistit qadınlarda kişilərlə müqayisədə daha tez-tez təsadüf edilir.

Bu qadınların anatomik xüsusiyyətləri ilə bağlıdır. Sistit özünü bu kimi simptomlarla büruzə verir:

- tezləşmiş sidik ifrazı,

- sidik ifrazı zamanı ağrılar,

- qarının aşağı hissəsində ağırlıq hissi,

- sidikdə qanın olması,

- sidiyin bulanıq olması,

- uretrada (sidik kanalı) diskomfotr və yandırma hissi.

Nəzərinizə çatdıraq ki, sistit yüksək hərarətlə müşayiət olunmur. Bu səbəbdən əgər yuxarıdakı simptomlarla yanaşı sizdə bədən hərarəti yüksək qalxırsa, bu daha ciddi xəstəliyin - böyrək iltihabının simptomu ola bilər.

Sistit zamanı xalq təbabəti üsulları çox geniş istifadə olunur. Bu xalq təbabəti üsulları arasında:

1. Adi duz tavada yaxşı qızdırılır, parça torbaya tökülür (quru qrelka) və qarının aşağı hissəsinə və qasıq nahiyəsinə qoyulur. Qrelka çox isti olmamalı, yandırmamalıdır. Belə proseduru gündə 3 dəfə etmək lazımdır.

2. Müalicəvi otların dəmləmələri də sistit zamanı çox yaxşı kömək edir. Bu otlar sidikqovucu təsir edir və bunun nəticəsində sidik kisəsində olan və iltihab yaradan mikroblar, irin, toksinlər buradan xaric olunur. Digər tərəfdən belə otlar mikrobları məhv etmək xüsusiyyətinə malikdir.

Sidikqovucu və iltihabəleyhinə təsirə malik olan otlar: ayıqulağı, cəfəri toxumları, tozağacı yarpaqları və tumurcuqları, qarğıdalı saçaqları, sürvə, çobanyastığı, itburnu, mayaotu toxumu, qatırquyruğu, dazı. Bu otları həm tək-tək, həm də yığım şəkildə istifadə etmək olar.

- 1 xörək qaşığı ayıqulağı, 1 xörək qaşığı çobanyastığı, 1 xörək qaşığı qarğıdalı saçaqları, 1 xörək qaşığı itburnu (əvvəlcədən əzmək lazımdır) termosda 1 l qaynar suda 3 saat ərzində dəmləyin, bir neçə dəfə yaxşı süzün ki, itburnu meyvəsinin içində olan xırda tükcüklər dəmləməyə düşməsin və gün ərzində hər dəfə 1/2 stəkan olmaqla bu dəmləməni için.

- 1 xörək qaşığı cəfəri toxumu, 1 xörək qaşığı sürvə, 1 xörək qaşığı qatırquyruğu, 2 xörək qaşığı təzə və ya 1 xörək qaşığı quru zoğal yuxarıdakı qaydaya uyğun olaraq hazırlanır və içilir.

- 1 tikə bərəmum (propolis) sürtgəcdən keçirilir və 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir. Dəmləməni gündə 3 dəfə hər dəfə 1/3 stəkan olmaqla qəbul etmək lazımdır.

3. Sistit zamanı isti ayaq vannaları da yaxşı effekt verir. Axşam yatmazdan əvvəl isti ayaq vannasını edin (suya dəniz duzu və ya adi duz əlavə etmək olar), ayaqlarınızı qurudur, corab geyinin və belə yatın.

Sadaladığımız vasitələri yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etmək olar. Bu vasitələr əsa müalicə ilə yanaşı istifadə olunur.

Müalicə zamanı pəhriz böyük rol oynayır. Qidalanmanızdan turş, qızardılmış, duzlu, istiotlu qidaları, ədviyyatları, yağlı bulyonları xaric edin. Qidalanmanıza bol təzə tərəvəz (qarpız, xiyar, boranı), meyvə (sitrus meyvələri istisna olmaqla), süd məhsulları, bişmiş ət və balıq daxil edin. Mayenin qəbulunu 3 l kimi çatdırın (buna əks göstəriş yoxdursa). Bu adi təmiz su, müalicəvi otların dəmləmələri ola bilər. Mərcanı (quşüzümü) kompotu sistit zamanı çox təsirli müalicəvi vasitə sayılır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:303
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri