Icma.az
close
up
RU
Sızanaqların müalicəsində xalq təbabəti üsulları

Sızanaqların müalicəsində xalq təbabəti üsulları

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Qabaqcadan xəbərdar edirik ki, yalnız xalq təbabəti üsullarından istifadə etməklə sızanaqlardan qurtulmaq olmaz. Lakin bu üsullar onların müalicəsində yaxşı yardımçı ola bilərlər.

Bu vasitələri kifayət qədər uzun müddət ərzində (1 ay və daha artıq) istifadə etsəniz yaxşı nəticə ala bilərsiniz.

- 2 xörək qaşığı palıd qabığının üzərinə 2 stəkan su töküb yarım saat vam odda qapaqla örtüb qaynadırlar. Soyumuş palıd qabığı dəmləməsini səhər və axşam problemli dərinin silinməsində istifadə edirlər.

- 2 xörək qaşığı xırdalanmış dəmrovotu üzərinə 2 stəkan su əlavə edilərək 5 dəqiqə qaynadılır. Dəmləməni 2 saat saxladıqdan sonra süzün. Alınmış dəmləmə ilə iltihablaşmış sahələri gün ərzində bir neçə dəfə silin və yatmamışdan qabaq isə iltihablaşmış sahələrin üzərinə dəmləmədə isladılmış pambıq tampon qoyun.

- Hər biri 1 çay qaşığı olmaqla qurudulmuş çobanyastığı çiçəkləri, nanə yarpaqları və yaşıl çay götürərək, üzərinə bir stəkan qaynar su əlavə edib tam soyuyana qədər saxlayın. Alınmış bu dəmləmə ilə üzün problemli dərisini səhər və axşam silmək lazımdır.

- 1 xörək qaşığı qurudulmuş çobanyastığı çiçəklərinin üzərinə 1 stəkan qaynar su əlavə edib 10-15 dəqiqə dəmlədikdən sonra süzün. Bu dəmləmə ilə sızanaqların əmələ gəlməsinə daha çox məruz qalmış dəri sahələrinə ilıq şəkildə kompreslər qoyun.

- Aloye bitkisinin yarpaqlarının şirəsi sızanaqlara qarşı mübarizədə yaxşı kömək edir. Onun hazırlanması üçün aloye yarpaqları qaynamış su ilə yuyulub qurudulur və 10 gün müddətində qaranlıq sərin yerdə saxlanılır. Bundan sonra yarpaqları xırdalayın və şirəsini sıxın. Bu şirə ilə dərini hər gün silin.

- Sızanaqlarla mübarizədə bağayarpağının şirəsi də yaxşı kömək edir. Bunun üçün bitkinin yarpaqlarını xırdalayıb tənzif içərisinə yığıb şirəsini sıxın. Alınmış şirə ilə dərinin sızanaqlar olan sahələrini gün ərzində bir neçə dəfə silin.

- Dazıotu bitkisinin qurudulmuş çiçək və yarpaqlarından bir xörək qaşığı götürüb, üzərinə bir stəkan qaynar su əlavə edərək, 10-15 dəqiqə qaynadılır və süzülür. Hazırlanmış dəmləmə ilə üzünüzün sızanaqlı sahələrini silin.

- Çayağacının 100%-li efir yağını sadəcə olaraq sızanağın üzərinə nöqtə şəklində çəkin və sonra yumayın.

- Yağlı və üzərində qara civzələr olan dərini çiy balqabaq dilimi ilə silmək çox xeyirlidir.

- Qurudulub xırdalanmış adaçayı çiçəyindən 2 xörək qaşığı götürüb üzərinə bir stəkan qaynar su əlavə edin. 2 saatdan sonra dəmləməni süzün və üzərinə 1 çay qaşığı bal əlavə edin. Bu məlhəm ilə üz dərisini gündə 2 dəfə silin.

- 1 stəkan qaynadılmış ilıq suya 1 çay qaşığı kalendula bitkisinin spirtli məhlulu (aptekdə satılan) və 1 çay qaşığı da bal əlavə edərək qarışdırın. Pambıq tamponu alınmış qarışıqda isladaraq onu sızanaqlar olan sahələrin üzərində 20-30 dəqiqə saxlayın.

Xalq təbabəti vasitələrindən, adətən, mürəkkəb olmayan sızanaqlı səpgilərin müalicəsi üçün istifadə etmək olur.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:305
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri