Siti ilə oyuna sınıq ayaqla çıxıbmış: Əməliyyat olundu FOTO
Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Tottenhem"in qapıçısı Quqlielmo Vikario Premyer Liqanın 12-ci turunda "Mançester Siti" ilə oyunda (4:0) zədəli halda çıxış edib.
Publika.az xəbər verir ki, o, topuğundakı sınıq ilə 60 dəqiqə oynadığını bildirib.
“Bəzən futbol sizə ən yaxşısını verir, bəzən isə gözləmədiyiniz yollarla meydan oxuyur. "Etihad"da topuğum sınıq halda 60 dəqiqə oynadım və komanda üçün hər şeyi verdim. Təəssüf ki, bunun qarşısını almaq mümkün deyil... Mənə əməliyyat lazım idi. Bir müddət komandaya kömək edə bilməyəcəyim üçün məyus oldum.
Həkimlərə və işçilərə təşəkkür edirəm . Əməliyyat uğurla keçdi. Azarkeşlərə sevgi üçün təşəkkür edirəm. Tezliklə meydanda görüşərik”, - deyə Vikario sosial şəbəkələrdə yazıb.
Heybət
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 26 Noyabr 2024 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















