“Siti” “Real”ın hücumçusu ilə müqavilə imzalamağı nəzərdən keçirir
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Mançester Siti” “Real Madrid”in hücumçusu Vinisius Junioru transfer etmək niyyətindədir.
İdman.Biz bildirir ki, klub ciddi şəkildə onu transfer etmək istəyir. Bu barədə indykaila News sosial mediada yazır.
Mənbəyə görə, “Siti” klubunun marağı oyunçunun İspaniya klubundakı hazırkı qeyri-sabitliyi ilə əlaqələndirilir.
“Mançester Siti”nin məqsədi heyətini yüksək səviyyəli oyunçu ilə gücləndirməkdir və transferi gələn yay transfer pəncərəsinə qədər başa çatdırmağı ümid edir. Vinisiusun 2Real Madrid”lə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Əvvəllər bildirilirdi ki, “Los Blancos” rəhbərliyi Vinisiusun müqaviləsini yalnız klubun təklifini qəbul etdiyi təqdirdə uzatmağa hazırdır, bu da onun maliyyə tələblərindən xeyli aşağıdır.
Vinisius 2018-ci ildən "Real Madrid"də oynayır. Ötən mövsüm oyunçu klubun heyətində bütün yarışlarda 53 oyun keçirib, 22 qol vurub və 14 məhsuldar ötürmə edib. Transfermarkt hücumçunu 140 milyon avro dəyərində qiymətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 11 İyun 2026 07:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















