Siyarto Aİnin Ukraynaya 6 milyard avro hərbi ayırmaq niyyətində olduğunu açıqlayıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Aİ liderləri Ukraynaya silah tədarükü üçün 6 milyard avro ayırmağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto sosial şəbəkə hesabında paylaşım edib.
“Gündəliyə daxil edilmiş təkliflərə əsasən, əksəriyyət hələ də yeni reallığı görmür. Aİ liderləri Milad atəşkəsi haqqında düşünmək əvəzinə Ukraynaya silah tədarükü üçün Avropa Sülh Fondundan 6 milyard avro ayırmağı düşünməyi planlaşdırırlar, – Macarıstanın xarici işlər naziri bildirib.
‘Bizə yeni silahlar yox, Ukraynada atəşkəs lazımdır!", - nazir qeyd edib.
Siyarto Brüsseldəki görüşdə Gürcüstanın bir sıra dövlət məmurlarına qarşı sanksiyaların tətbiqi məsələsinə baxılmasına da münasibət bildirib: “Gürcüstanın məmurlarını sanksiya siyahısına salmaq istəyirlər, çünki Gürcüstan xalqı özləri üçün suveren hökumət seçməyə cəsarət edib”.
Qeyd edək ki, bu gün Aİ nazirlərinin Brüsseldə keçiriləcək görüşündə Gürcüstandakı son vəziyyət, Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla regional məsələlər müzakirə ediləcək.
Baxış sayı:60
Bu xəbər 16 Dekabr 2024 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















