Siyarto: Macarıstan Putinin həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əməl etməyəcək
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Rusiya Prezidenti Vladimir Putin ABŞ-li həmkarı Donald Trampla görüşmək üçün Budapeştə gələrsə, Macarıstan hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) onun barəsində çıxardığı qərara əməl etməyəcək".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto "CNN" telekanalına müsahibəsində deyib.
Siyarto daha əvvəl ölkəsinin BCM-dən çıxdığını və bu məhkəmə orqanını qərarlarını tanımadığını xatırladıb.
Macarıstan Xarici İşlər Nazirliyi tərəfindən yayılan müsahibənin mətnində nazir, həmçinin Avropa İttifaqının Rusiya liderinin Budapeşt sammitinə səfərinə mane olmayacağına ümidini ifadə edib.
"Prezident Putin yayda ABŞ-yə səfər etdi və orada həbs olunmadı. Əgər o, Macarıstana gələrsə, eyni şəkildə həbs olunmayacaq. Və mən ümid edirəm ki, Avropa ölkələri onun Macarıstana uçmasına icazə verəcək, çünki onun Prezident Trampla görüşü sülh üçün vacibdir. Əgər hansısa ölkə Rusiya prezidentinin təyyarəsinin öz hava məkanından uçmasına icazə verməzsə, bu, həmin ölkənin sülh istəmədiyi anlamına gələcək", - deyə Peter Siyarto qeyd edib.


