Siyasət Əsgərov: “Səhvlərimizi aradan qaldırmağa çalışacağıq”
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstan yığması ilə səfərdə keçirilən oyundan sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.
İdman.Biz xəbər verir ki, oyun 1:0 hesabı ilə Macarıstan millisinin xeyrinə başa çatıb.
“Təəssüflər olsun ki, minimal hesabla məğlub olduq. İlk oyundan sonra istəyirdik ki, bu qarşılaşmada ən azı 1 xal qazanaq. Rəqibi yaxşı təhlil etmişdik, komandanın gücünü, futbolçularının səviyyəsini bilirdik. Birinci hissədə bizi səhv etməyə məcbur etdilər və qapımıza yol tapdılar. Qarşıdakı oyunlarda yaxşı nəticə qazanmaq üçün tez bir zamanda səhvlərimizi analiz edib, onları aradan qaldırmağa çalışacağıq”, - Əsgərov bildirib.
Qeyd edək ki, millimiz növbəti oyununu aprelin 14-də səfərdə Andorra seçməsinə qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 07 Mart 2026 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















