Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Siyasət “hind filmi” çəkmək deyil, cənablar!

Siyasət “hind filmi” çəkmək deyil, cənablar!

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bölgədə yaranacaq istənilən təxribata görə Nyu-Dehli məsuliyyət daşıyacaq

Bir neçə on illər bundan əvvəl siyasətçilər xəbərdarlıq edirdilər ki, növbəti müharibələr neft, qaz və ya digər enerji daşıyıcılarına görə yox, daha çox içməli suyun bölüşdürülməsindəki ədalətsizliklər üzündən olacaq. Biz həmin arqumentin təsdiqini dünya güclərinin Liviyada söz sahibi olmaq üçün başladığı amansız mübarizələrdə gördük.

Belə ki, dünya alimlərinin – xüsusən, kosmik vasitələrlə tədqiqat aparan mütəxəssislərin fikrincə, ərazisi iki milyon kvadratmetr olan Liviya səhrasının altında ölçüsü, çəkisi, miqdarı hesablana bilməyəcək qədər böyük içməli su ehtiyatları mövcuddur. Hətta bildirilir ki, bu səhranın bəzi hissələrində qrunt suları səthə çıxaraq El-Fayn, Dahla, Harqa, Kufra, Farafra və digər vahələri əmələ gətirir.

Həmin ehtimalın təsdiq olunub olunmayacağını gözləməyən dünya liderləri su mənbəyi olan ərazilər uğrunda olduqca mürəkkəb bir mübarizəyə başladılar. ABŞ, Avropa, Çin, Rusiya, İran və digər qüvvələrin maraqları məhz Liviya səhrasında toqquşdu və çanaq Müəmmar Qəddafinin başında çatladı.

Planetimiz su problemi üzündən başlanan daha bir böhranın, hətta münaqişənin astanasındadır. Doğrudur, Pakistan rəhbərliyi birmənalı şəkildə bildirir ki, biz həmin böhranın müharibəyə çevrilməsinin qəti əleyhdarıyıq. Amma buna baxmayaraq, “Reuters” agentliyinin məlumatına görə, Pakistan və Hindistan sərhədində gərginlik yüksək səviyyədə qalır, tərəflər atıcı silahlardan atəş açmağa davam edirlər.

Biz “Pakistan bu münaqişəni istəmir” kimi arqumentimizi əsaslandırmaq üçün bu ölkənin Baş naziri Şahbaz Şərifin BMT-nin Baş katibi Antonio Quterreş ilə telefon danışığı zamanı səsləndirdiyi fikirlərə əsaslanırıq. Cənab Şərif rəsmi İslamabadın terrorizmin bütün forma və təzahürlərini pislədiyini söyləyib. O, ölkəsinin bu istiqamətdə atdığı əhəmiyyətli addımları xatırladaraq, Dehlinin İslamabada qarşı son iddialarını əsassız adlandırmaqla yanaşı, ölkəsinin Pahalqam hadisəsi ilə əlaqələndirilməsi cəhdlərini də rədd edib.

Xatırladaq ki, Pahalqam hadisəsi deyəndə aprelin 24-də silahlı yaraqlıların Pahalqam şəhərində (Cammu və Kəşmirin dağlıq Anantnaq rayonunda yerləşir) turistlərə hücumu nəzərdə tutulur. Şəhər Hindistanın nəzarətində olsa da, mübahisəli ərazidə yerləşir. Bildirilir ki, hücum nəticəsində 26 nəfər ölüb, onlarca insan yaralanıb. Bu fakta görə məsuliyyəti “Ləşkər-e-Taibə” adlı təşkilatın bir qolu olan Müqavimət Cəbhəsi öz üzərinə götürüb. Hindistanın iddialarının əksinə olaraq, Pakistan tərəfi bu təşkilatla heç bir əlaqəsinin olmadığını bəyan edib.

Cənab Şahbaz Şərif ölkəsinin həmin hadisə ilə heç bir əlaqəsinin olmadığını bildirib. O, sosial şəbəkədəki paylaşımında qeyd edib: “Pakistanın terrorizmin bütün formalarını qınadığını təsdiqlədim, Hindistanın əsassız ittihamlarını rədd etdim və Pahalqam hadisəsi ilə bağlı şəffaf və neytral araşdırma aparılmasını məsləhət bildim.”

Ancaq İslamabadın bu açıq və düzgün mövqeyinə baxmayaraq, Hindistan tərəfi bu ölkədəki Pakistan diplomatlarının sayını azaldıb və Hind çayının suyunun paylaşılması müqaviləsinin dayandırılması da daxil olmaqla, bir sıra sərt tədbirlər görüb. Faktiki Pakistana gedən suyu dayandırıb. Mütəxəssislərin fikrincə, rəsmi Nyu-Dehli əvvəllər heç vaxt əhalinin suyunun kəsilməsi kimi qeyri-insani addım atmamışdı. İndi isə həmin addım günün reallığıdır.

İslamabad isə Hindistanın Hind çayından su axınını dayandırmasını müharibə aktı kimi qiymətləndirəcəklərini bildirib. Çünki ölkənin kənd təsərrüfatı və enerji sektoru əsasən su təchizatının sabitliyindən asılıdır.

Hind çayının Pakistana axan hissəsində suyun kəsilməsi barədə göstəriş veriilməsi o deməkdir ki, Nyu-Dehli 240 milyon pakistanlı üçün həyat mənbəyi olan suyu kəsməklə İslamabadı açıq şəkildə müharibəyə təhrik edir. Ona görə də cənab Şahbaz Şərif xatırladır ki, Nyu-Dehlinin hər hansı ehtiyatsız hərəkəti baş verərsə, İslamabad ölkəsinin suverenliyini və ərazi bütövlüyünü tam gücü ilə müdafiə edəcək. Onu da xüsusilə vurğulamalıyıq ki, BMT-nin Baş katibi də Pakistanın regiona sülh gətirmək səylərini yüksək qiymətləndirib və hazırkı böhran fonunda dünyanın hər hansı bir gərginliyə tab gətirə bilməyəcəyini vurğulayıb.

Bundan başqa, Pakistanın informasiya naziri Ataullah Tarar da xəbərdarlıq edib ki, İslamabadın saxta hesab etdiyi Pahalqam hadisəsini bəhanə edərək, Pakistana qarşı başlanan istənilən təcavüz aktının qarşısı qətiyyətlə alınacaq”. Hər halda, nüvə silahına malik iki ölkə arasında hazırkı eskalasiyanın başlanması təkcə Hindistan və Pakistan üçün deyil, həmin regiondakı bütün dövlətlər üçün arzuolunmaz nəticələr verə bilər.

Yeri gəlmişkən, bəzi ekspertlərin fikrincə, Pahalqam hadisəsini Hindistana və Pakistana dəxli olmayan digər ölkələrin müvafiq qurumları törətmişlər. Məqsəd isə 80 il sona çatmayan Hindistan – Pakistan münaqişəsini yenidən alovlandırmaqla Çin Xalq Respublikasını da müharibəyə cəlb etməkdir.

Hər halda regionun müharibəyə sürüklənməsi Hindistan üçün heç bir fayda gətirməyəcək. Bütün dünyanın sülhə, əmin-amanlığa ehtiyacı olduğu bir zamanda rəsmi Nyu-Dehlinin bu addımları atması ... heç kəs tərəfindən müsbət qarşılanmayacaq.

İttifaq MİRZƏBƏYLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 May 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see617

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see549

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see421

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see334

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see296

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see292

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see290

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see278

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see273

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see254

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see237

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see228

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see227

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see222

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see217

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see209

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see202

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see199

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see198

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri