Icma.az
close
up
RU
Hind filmi üslubunda tarix saxtakarlığı

Hind filmi üslubunda tarix saxtakarlığı

Ayna saytına istinadən Icma.az xəbər verir.

Saxtakarlığa qol qoyan alimi-binəvalar və “Sadə həqiqətlər” haqqında

Vasif Qafarov adlı təzə tarixçi peyda olub. “Peyda olub” deyəndə ki, belə adam varıydı və məhdud bir dairədə tanınırdı. Akademiyanın Tarix institutunun əməkdaşı kimi işə gəlib-gedir, arxivlərə baş çəkir, sənəd toplayır, məqalələr yazır, kitab çap etdirir, fürsət düşdükcə müxtəlif ödənişli layihələrə qoşulur, bir alim kimi öz duruşunu saxlamağa, obyektivliyini və elmi vicdanını qorumağa çalışırdı. Ətrafındakılar da onu belə tanıyırdılar və əgər son günlər “Spase” telekanalında göy guruldayıb şimşək çaxmasaydı, “Sadə həqiqətlər” deyilən manipulyativ verilişin dar çərçivəsində tufan qopamasaydı, Vasif müəllim elə o cür də tanınmaqda davam edəcəkdi. Görünür, tale onun alnına fərqli tanınma qisməti yazıbmış. Bunu bir rejissor fəhmi ilə duyan verilişin aparıcısı lap əvvəldə pafoslu müstəntiq tərzi ilə tamaşaçılara bəyan etdi ki, “bu adamın sifətinə yaxşı baxın, onu çoxunuz tanımırsız, amma bu proqramdan sonra tanıyacaqsız!”. Həmin qalmaqallı verilişin, bəlkə də yeganə doğru və özünü doğruldan cümləsi bu idi…

*  *  *

Həqiqətən, geniş çevrədə varlığı ilə yoxluğu bilinməyən Vasif müəllimi bu verilişdən sonra çox adam “tanıdı”. Hətta əvvəl tanıyanlar da eynəklərini çıxarıb yanlarındakı “ulduza” bir də diqqətlə baxdılar. Adam o dərəcədə “məşhurlaşdı” ki, hind kinolarının nümayişi ilə tanınan kanal həmin filmlərin vaxtından daha yarım saat kəsib bizim tarixçiyə ikinci dəfə qucaq açdı.

Bəlkə də indi o cür “məşhurluğun” mənəvi əzabını çəkən V.Qafarovun çıxışı niyə bu qədər geniş etiraz doğurdu? Nəyə görə bu dərəcədə elmi qınağa məruz qaldı, kəskin tənqid edildi, sosial şəbəkələrdə ünvanına bəzəkli ifadələr işlədildi, emosional dalğada tənqidin sərhəddini keçənlər də oldu. Amma yeni qəhrəmanı heç nə dayandıra bilmədi, artıq cin şüşədən çıxmışdı.

 
“Sənədlərlə danışdığını” iddia edən qəhrəmanımızın onu qınayanlara cavab vermək üçün ikinci dəfə ekrana çıxması əvvəlkindən də uğursuz oldu. Əsl “üzr bədtər əz günah” situasiyası yarandı. Bu dəfə daha inamsız və arqumentsiz görünən Vasif müəllimin ayağının altındakı dayaz bünövrə uçub dağıldı, aparıcının məkrli qarmağına keçib özünün ortabab elm gəmisini dəryaya qərq etdi. Kələfin ucunu dolaşdırdığından demaqogiyaya keçdi, onu tənqid edən nüfuzlu şəxslərin ünvanına “ermənilərə işləyənlər”, “Vətənə xəyanət edənlər” (?!) kimi məhkəmə əsası yaradan ittihamlar səsləndirdi. Bir az da irəli gedib müasir tarix elmində önəmli yeri olan görkəmli alimlər haqqında “onlar bu mövzudan uzaqdır, problemi ancaq mən bilirəm” deməsi mənə Vasif müəllimin şouya meyillənməsinin qabarıq əlaməti kimi göründü.  Ekranda yelkənsiz gəmi kimi qalmış qəhrəmanımız elmi vicdana və alim etikasına zidd olan başqa yalanlar da uydurdu. Təbii ki, yalanlarının cavabını aldı (və almaqdadır). Vicdanlı tarixçilər həqiqətin tapdalanmasına, naqisliyə və ağ yalana susmadılar. Ona görə də indi V.Qafarov həmin o ”mövzudan uzaq” alimlərin, eləcə də başqa vicdanlı tarixçilərin ustad dərsi sayılacaq elmi yazılarını  oxuyub, yəqin ki,  özündən müştəbehliyin xatalı bir iş olması haqqında düşünür. Kim bilir, bəlkə də ürəyində onu bu oyuna qatanları qınayır da. Sual oluna bilər ki, axı V.Qafarovun günahı nədir, bu alimi-binəva nə deyib ki, cəmiyyətdə belə narahatlıq yaradıb?

 
İşin içində olmayanlar üçün anladaq  ki, haqqında danışdığımız tarixçi Spase TV-də “1918-ci ildə İrəvanın ermənilərə güzəşt edilməsi” barədə  suallara cavab verərkən Cümhuriyyət qurucularını, ilk növbədə isə M.Ə.Rəsulzadəni günahlandırıb. Qərəzli və ədəbaz aparıcının tam təsiri altında olan “tanınmış alim” bir az da irəli gedərək Cənubi Qafqazda Erməni dövlətinin qurulmasını Cümhuriyyət xadimlərinin “istəyi, təkidi və səyi” kimi təqdim edib (?!). Siz mənim tarixçimə baxın: universitet oxuyub, dissertasiya müdafiə edib, dediyinə görə 10 il Türkiyə arxivlərində işləyib və yüzlərlə sənəd oxuyandan sonra bu qənaətə gəlib ki, sən demə, 1918-ci ildə Ermənistan müstəqil Azərbaycanın o zamankı “xain” qurucularının təkidi ilə yaradılıb… Ay səni Vasif müəllim! Bəs sən orta məktəbi necə bitirmisən, necə tarixçi olmusan, olmusansa bəs sənin tarixçi vicdanın, alim əxlaqın harda qaldı?

Sizi də anlayıram, əziz oxucu! Hətta ifraz etmək istədiyiniz tüpürcəyin də əsəbdən boğazınızda necə quruyub qalmasını duyuram. Amma nə etməli? Bu yalanı Yaqub Mahmudovun director olduğu Tarix institutunun Azərbaycan Cümhuriyyəti şöbəsinin əməkdaşı deyir və institut rəhbərliyi də faktiki olaraq onu dəstəkləyir. Yox, biz demirik ki, xoruzun quyruğu oralarda gizlənir, deyirik ki, elmi müstəvidən teleşou sferasına sıçrayış etmiş V.Qafarov kimi alimi-biəməllərin  gözgörəsi saxtakarlığı tarix elmini də, institutu da gözdən salır.

*  *  *

Sadə həqiqətlərin təhrif olunmasına etiraz etmək vicdan məsələsidir. Guya vasifkimilər və onları bu yola yönəldənlər anlamırlar ki, mürəkkəb hərbi-siyasi şəraitdə həyatları hesabına bizlərə müstəqil dövlət qurmuş tarixi şəxsiyyətlərin ruhunu incitmək, onlara böhtan atmaq olmaz? “Sadə həqiqətlər”in görünən və görünməyən rejissorları tarixi reallıqları bilməyə bilər, axı Vasif müəllimin tarixdən xəbəri var, məgər o bilmir ki,  həmin dövrdə bölgədə hansı proseslər gedirdi? Bəyəm bilmir ki, Qafqazda bütün məsələləri yumurtadan təzə çıxmış Azərbaycan, Gürcüstan və Ermənistan  yox,  böyük dövlətlər, o zaman isə Osmanlı Türkiyəsi, daha sonra Antanta həll edirdi?  Bilmir ki, ərazi məsələsi də daxil olmaqla bütün tələb və şərtləri yalnız bu dövlətlər qoyurdu.  Belə olan halda hansı özünə hörmət edən tarixçi “İrəvan güzəşti”ndən, yaxud Erməni dövlətinin yaradılmasında Cümhuriyyət xadimlərinin “xəyanət”indən danışa bilər? Bəlkə bizim tarixçi Avropa dövlətlərinin Türkiyə ərazisində Erməni dövləti yaratmaq planlarından da xəbərsizdir, yoxsa heç Çar hökumətinin 1828-də İrəvan və Naxçıvan xanlıqlarının ərazisində Erməni vilayəti yaratması barədə də eşitməyib?

Təbii ki, V.Qafarov bunları gözəl bilir, amma onu verilişə çağırmayıblar ki, bu sadə həqiqətlərdən danışsın, çağırıblar ki, gəl, “İrəvanı ermənilərə vermiş” Cümhuriyyət xadimlərini, xüsusən yeni nəsil gənclər arasında nüfuzu getdikcə artmaqda olan M.Rəsulzadəni “ifşa” elə. O da özü bildiyi səbəblərdən bu missiyanı canla-başla yerinə yetirməyə razılaşır. Adətən, belə missiyaya qoşulanlar  abır-həyanı bir kənara qoyub ekranda özlərini şoumen kimi aparmağa məhkum olurlar və bu mənada V.Qafarov da istisna deyildi.

 
Sosial şəbəkələrdə tənqid axınından və qınaqlardan rəncidə olmuş tarixçini müdafiə edənlər deyirlər ki, guya qeyri-adi heç nə olmayıb “Vasif müəllim tarixi faktlara fərqli fikir bildirib”. Yox əzizlərim, onun davranışının fikir müxtəlifliyinə, plüralizmə aidiyyatı yoxdur, bu polemika, faktların fərqli elmi izahı da deyil. Bunun adı tarixi saxtalaşdırmaq, fakt və hadisələri dövrün ümumi axınından qoparmaq, sənədləri kontekstdən ayırmaq və manipulyasiya etməkdir.

Niyə saxtakarlıq və manipulyasiya deyirik? Çünki V.Qafarov tarixi şəxsiyyətləri günahlandırmaq üçün ekranda istifadə etdiyi sənədləri yarımçıq çatdırır. Yəni sənədlərin öz məqsədinə uyğun olan hissəsini oxuyur, amma  “məsləhət” bilmədiyi hissələrinin üzərindən sükutla keçir. Bircə fakt gətirək: sədrəzəm Tələt paşanın Batumdakı nümayəndə heyətinin rəhbəri Xəlil bəyə göndərdiyi (24 may 1918) teleqrama  tez-tez istinad edən  tarixçi şou təriqilə paşanın ”… ermənilərin bir hökumət halında təşəkkül etməsinə qətiyyən tərəfdar deyiləm… Bu halda çibanı kökündən təmizləmək lazımdır” sözlərini xüsusi pafosla oxuyur (və tamaşaçını inandırmağa çalışır ki, baxın, Türkiyənin baş naziri ermənilərin dövlət yaratmasını istəmir, amma bizim Cümhuriyyət xadimləri Osmanlıya müraciətlə bu dövlətin qurulmasında təkid edir),  amma sənədin ardını oxumur. Yəni bizim fərasətli və manipulyator tarixçi ciddi bir məqamı gizlədir. Çünki Tələt paşa həmin teleqramda Erməni dövlətinin qurulmasının zəruri olduğunu da bildirir və qeyd edir ki, çibanı kökündən təmizləmək “…mümkün olmadığına görə, qayət zəif və yaşamayacaq şəkildə təşəkkül etməsi (erməni dövləti.-Q.M.) zəruridir”.  (mənbə: Nimet Kurat “Türkiye ve Rusiya”, Ankara, 1990, səh. 661-662).

 
Adamdan soruşarlar ki, məqsədin gerçəyi çatdırmaqdırsa, o zaman tarixi faktlarla niyə belə davranırsan? Yoxsa yalan və böhtanların üstünün açılmayacağına əminsən? Axı vaxtilə V.Qafarov da başqa alimlərə qoşularaq tarixi həqiqəti olduğu şəkildə yazmışdı: “Batum konfransındakı Türk heyəti kiçik bir ərazidə öz nəzarəti altında olacaq bir erməni dövləti yaratdı və Osmanlı dövləti onu de-fakto tanıyan ilk dövlət oldu. Bununla da Osmanlı dövləti bir tərəfdən “erməni məsələsi” ilə bağlı beynəlxalq aləmdə ona qarşı olan “qınağ”ı aradan qaldırmış olur, digər tərəfdən də İngiltərə, Fransa və Rusiya kimi dövlətlərin Şərqi Anadoluda yaratmaq istədikləri erməni dövlətini Cənubi Qafqazda yaratmaqla problemi bir növ özündən uzaqlaşdırmış olurdu” (“Respublika” qəz., 14.07. 2014). Bəs indi nə oldu? Nə baş verdi ki, V.Qafarov məşhur “Yaramaz” filminin rejissoruna qoşularaq tarixin lentini geri fırladıb yeni “hind filmi” düzəldir?

Əlbəttə, qeyri-adi heç nə baş verməyib və koronoviruslu həyatımız öz axarı ilə davam edir. Sadəcə, bir həqiqətdir ki, Cümhuriyyət ideyaları şüurlara kütləvi şəkildə hopduqca, bu Cümhuriyyəti quranların, o cümlədən böyük M.Ə.Rəsulzadənin ürəklərdəki yeri dərinləşdikcə, bəzi səlahiyyət sahiblərində həmin tarixə və tarixi şəxsiyyətlərə qısqanclıq hissi də alovlanır. Bəlli dairələrdən yönəldilən bu alov irəliyə gedən yolu kəsə bilmir, amma bu yolda əl-ayağa dolaşan, hərəkətə mane olan çör-çöpləri yandırır.

*  *  *

İndi bəzilərinin çörəyi məddahlıqdan, bəzilərininki yaltaqlıqdan, bəzilərininki də söyməkdən çıxır. Bu, təzə məsələ deyil. Tarixi həqiqəti danmaq, elmi vicdanı və alim ləyaqətini bir parça çörəyə qurban vermək də təzə məsələ deyil. Heç Cümhuriyyətə sifarişlə dil uzadanlar, Qurucu babalarımıza həqarət edənlər də yeni adamlar deyil. Bu mənada elmlə şounu dəyişik salmış V.Qafarov da Cümhuriyyət xadimlərinə böhtan atan sonuncu tarixçi olmayacaq. Çünki tarixin fəlsəfəsini duymayanlar, bu tarixi gerçək milli yaddaş və fəzilət üçün (A.A.Bakıxanov) deyil, başqa niyyətlə yazanlar, mütləq bir gün onu alver predmetinə çevirəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://ayna.az
archiveBu xəbər 15 Noyabr 2024 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Forumu: Azərbaycan qlobal iqtisadi platformada rolunu gücləndirir

20 İyun 2026 09:01see388

Motsarta aid 44 səhifəlik əlyazma tapıldı Fotolar

20 İyun 2026 04:52see256

İranda 17 nəfər ABŞ a görə saxlanıldı

20 İyun 2026 20:41see244

İranla danışıqlar yenidən canlanır Trampın nümayəndələri İsveçrəyə getdi

20 İyun 2026 03:30see241

Qarabağ dan kimlər gedir, kimlər gələcək? Qurban Qurbanov danışdı

21 İyun 2026 12:21see239

Kütləvi ixtisarlar Meta da böhran yaradıb

20 İyun 2026 05:44see224

Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb

20 İyun 2026 11:51see215

İran ABŞ ni Yaxın Şərqdə enerji tədarükünün dayandırılması ilə hədələdi

21 İyun 2026 01:38see214

Almaniya 1/16 finalda: Pley offa üçüncü vəsiqə

21 İyun 2026 02:22see212

Kanada Qətərlə oyunda bir ilki həyata keçirib

20 İyun 2026 06:15see211

Niderland dünya çempionatlarında 100 qol vuran komandaların siyahısına daxil olub

21 İyun 2026 02:01see211

Almaniya Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

21 İyun 2026 04:11see207

30 dəqiqədə şou göstərdi Undav matçın ən yaxşısı seçildi

21 İyun 2026 02:16see204

“ Niyə yadplanetlilər Yerə tələsmir?“ Alimlır 3 əsas səbəbi açıqlayıb

20 İyun 2026 15:51see175

Cim Kerri yenidən Qrinç rolunu oynamağı düşünür...

20 İyun 2026 21:14see164

“Bu cür qadınlarımız yadplanetlilərə oxşayır“ Taleh Yəhyayevdən ŞOK sözlər

21 İyun 2026 10:17see163

Bu ağrıya ciddi yanaşın! İnfarkt əlaməti ola bilər

20 İyun 2026 17:55see161

Rusiya Zaporojyeyə hücum edib, ölənlər var

20 İyun 2026 20:49see159

İnfarktdan sağ çıxanlar: Bir neçə saat əvvəl bunu yeyiblər

21 İyun 2026 01:55see155

Pakistanın Baş naziri və ordu komandanı ABŞ İran danışıqları üçün İsveçrəyə uçub

21 İyun 2026 02:00see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri