Siyasətçilər razılığa gələ bilmədilər: İclasda səslər yüksəldi
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropalı siyasətçilər ötən həftə Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) sammitində bir sıra mühüm məsələlər üzrə razılığa gəlməkdə çətinlik çəkiblər.
“Cebheinfo.az” bu barədə Avropanın “Politico”ya istinadən xəbər verir.
Nəşrin məlumatına görə, təxminən 2 trilyon avro həcmində olan Aİ büdcəsi və enerji strategiyası ilə bağlı müzakirələr zamanı iştirakçılar arasında ciddi fikir ayrılıqları yaranıb. Bu fikir ayrılıqları müzakirələrin gərginləşməsinə, hətta siyasətçilərin səslərini ucaltmasına səbəb olub.
“Politico” yaranmış vəziyyəti şərh edərək qeyd edib ki, avropalıların bu cür fikir ayrılıqları üçün Viktor Orbana ehtiyacı yoxdur. Nəşr daha əvvəl Avropa Şurasının prezidenti Antonio Koştanın enerji qiymətləri və növbəti yeddiillik büdcə ilə bağlı danışıqlardan sonra Aİ liderlərinin tənqidləri ilə üzləşdiyini yazmışdı.
Məlumata görə, əsas fikir ayrılıqları emissiya ticarəti sistemi (ETS 2) ətrafında cəmləşib. Mənbələrin bildirdiyinə görə, 14 saat davam edən danışıqlar xaotik vəziyyətlə müşayiət olunub.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:84
Bu xəbər 23 Oktyabr 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















