Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Siyasətdə yeni dövr TƏHLİL

Siyasətdə yeni dövr TƏHLİL

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 3 iyul, AZƏRTAC

Əgər kimsə düşünürsə ki, hələ də köhnə üsullarla siyasətdə əhəmiyyətli uğur qazanmaq mümkündür, bağışlayın, ancaq həmin insan çox yanılır. Özünəməxsus xüsusiyyətləri olan müasir dövrdə siyasətdə, köhnə üsulların üstünlük təşkil etməsi, sadəcə, dövriyyədə olan yalanın artmasına səbəb ola bilər. Onu da unutmayaq ki, müasir dövrün əsas xüsusiyyətlərindən biri məlumatın əlçatanlığıdır. Burada altından xətt çəkərək əminliklə əlavə edə bilərik ki, sözügedən xüsusiyyət bundan sonra ancaq inkişaf edəcək və bu cür perspektiv qaçılmazdır.

Sonsuz məlumat bolluğu təkcə rəqəmsal texnologiyaların inkişafına görə yaranmayıb, buna səbəb həm də informasiya məkanında yalanı həqiqətdən ayırd edən “ələyin” olmamasıdır. İnformasiya bolluğu fonunda keyfiyyətli analitikanın kəskin şəkildə azalması isə siyasətin emosiyalardan asılılığını artırır. Bu bir faktdır ki, sosial şəbəkələrin təsiri altında “kütləvi” siyasətdə məntiq, faktlar və dəlillər çılğın emosiyalara uduzur. Yaşadığımız rəqəmsal dövrdə “yalan” sözü sanki universal əxlaq sistemindən çıxarılaraq yanlışlıqla ziyansız hesab olunan “informasiya” sözü ilə əvəzlənib. Müşahidələr göstərir ki, siyasi münasibətlər müstəvisində konkret fərd və kütlə tərəfindən hər-hansı bir addımın atılmasını təhrik edən əsas amil məhz yaşanan emosiyadır. Emosiya reallığı təhrif edir, konkret hadisə ilə bağlı yanlış təsəvvürlərin formalaşmasına səbəb olur və əlbəttə ki, emosiya özü-özlüyündə universal manipulyasiya alətidir. Bütün bunlar isə birlikdə radikal meyllərin yayılmasına səbəb olan “parazit” mühit yaradır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Asif Adil deyib.

O bildirib ki, təsvir etdiyimiz mənzərə təhlükəli tendensiyalar yaradır və “siyasəti” təkrarən küçələrə sürükləyir. Daha bədbin perspektivi vəd edən amil isə odur ki, praktik siyasətdə analitikaya müraciət edənlərin sayı ildən-ilə azalır. Analitika idarəetmə prosesindən təcrid olunduqca sistemin yaşanan müxtəlif hadisələrdən, o cümlədən təsadüfi hallardan asılılığı artır, həmçinin xətaların yaranması üçün münbit şərait yaranır. Sözügedən təsbit heç də nəzəri mülahizənin nəticəsi deyil. Misal üçün dünya ölkələrinin siyasi təcrübəsinə müraciət etsək görə bilərik ki, cəmiyyətdə radikal meyllərin artması məhz analitika və fikir kasadlığı yaşanan tarixi dövrlərə daha çox təsadüf olunur. Ən azından ona görə ki, fikir kasadlığı pozitiv ictimai konsensusu əlçatmaz edir, inkarçılıq mədəniyyətinin artmasını isə sürətləndirir. Bəzən cəmiyyətdə yayılan inkarçılıq mədəniyyəti kütləvi paranoyaya çevrilir və situasiya idarəolunmaz səviyyəyə qədər inkişaf edir.

Siyasətdə yeni dövr - emosiyalar və informasiya savaşı

“Süni zəka proqramları hər gün daha da təkmilləşirsə düşünməyə nə ehtiyac var? Konkret məsələlərin həlli üzrə hazır alqoritmlər varsa özümüzə niyə əziyyət verməliyik? Müvafiq proqramların istifadəsi nəticəsində cəmi bir neçə saniyədə istənilən mövzu ilə bağlı lazımi mətn hazırlanırsa təhlil və araşdırmaların aparılmasına nə ehtiyac var? İnternet varsa kitabxanalar nəyə lazımdır? Elektron məlumat bazaları hər saniyə daha da zənginləşirsə analitik hesablamalara nə ehtiyac var? Sosial şəbəkələr kütlənin “mənəvi tələbatlarını” ödəyirsə qorunması hər il daha da çətinləşən canlı mədəniyyət və incəsənət müəssisələrinə nə ehtiyac var? Hər kəsi düşündürə biləcək analoji sualların sırasını rahatlıqla artıra bilərik. Bəli, müşahidə olunan mürəkkəb transformasiya prosesləri fonunda bu gün konkret sahələr öz mövcudluğu uğrunda acımasız mübarizə aparır. Beləliklə, öz aktuallığını qorumaq üçün sahələrin yenilənməsi və format olunması qaçılmazdır. İctimai münasibətlərin siyasət sahəsi bu mənada heç də istisna təşkil etmir. Əksinə, cərəyan edən prosesləri nəzarətdə saxlamaq və təhlükəli tendensiyaların qarşısını almaq üçün siyasət dəyişikliklərin önündə getməlidir. Əks təqdirdə siyasət inkişafı çətinləşdirən ağır “əyləcə” çevrilə bilər”, - deyə A.Adil diqqətə çatdırıb.

Politoloqun fikrincə, onu da etiraf etməliyik ki, siyasətdə hədəflərin məzmunu əsasən dəyişmir. Əsrlər öncə klassik müəlliflər tərəfindən siyasət ilə əlaqədar yazılmış əsərlərin müasir dövrümüzə qədər aktual qalması faktı bir çox məsələlərdən bizə xəbər verir. Hədəflər dəyişməsə də istifadə olunan üsulların yenilənməsi artıq labüddür. Fəlsəfi baxımından “inkişaf” ilə “tənəzzülün”, həmçinin yenilik ilə mühafizəkarlığın da ideoloji mübarizəsi məhz sözügedən nöqtədə baş verir. Siyasətdə, xüsusilə də böyük siyasətdə informasiya amilinin əhəmiyyətini heç kəs kiçildə bilməz. Buna baxmayaraq, yaşadığımız rəqəmsal texnologiyalar dövründə informasiyanı idarə etmək ovucda su daşımaq kimidir: sızıntı və itkilər qaçılmazdır. Dəyişiklik və yeniliklərin önündə getməyi bacarmayan siyasət yönəldilən, situativ və inersiyalı olacaqdır. Hadisələrin önündə, bəzən isə milli maraqlar naminə hətta axına qarşı getməyi mümkün edən strateji amil dövlətin müstəqil siyasət aparmaq bacarığıdır. Bunu etmək yalnız zərgər dəqiqliyi ilə hesablanmış strategiyanın, habelə peşəkarlıq və prinsipial iradənin bir arada olması nəticəsində mümkündür. Mövcud kontekstdə Prezident İlham Əliyevin siyasətində bütün dövrlərdə “qırmızı” xətt kimi izlənilən vacib keyfiyyəti mütləq yada salmalıyıq. Belə ki, dövlət başçısı öz çıxışlarında davamlı inkişafı təmin edən strateji resurs kimi məhz dövlətin müstəqil siyasət aparmaq qabiliyyətininin dayandığını dəfələrlə vurğulamışdır. Bu mənada dövlətin müstəqil siyasət aparmaq bacarığı mütləq suverenliyin meyarı kimi qarşımızda çıxış edir.

İnformasiya bolluğu və analitikanın zəifləməsi

“Prezidentin “Əsl müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin” – sözləri, əslində, bütün potensialın səfərbər olunması ilə bağlı hökumət və cəmiyyətə yönəlmiş açıq çağırışdır. Müstəqil siyasətin aparılmasını mümkün edən əsas amillərdən biri isə məhz güclü fərdlər olan cəmiyyətdə yaşanan həmrəylik mühitidir. Əlbəttə ki, bu cür yanaşma həm idarəçilik sistemində, həm cəmiyyətin siyasi təfəkküründə məzmun etibarilə dəyişikliklərin baş verməsini labüd edir.

“Müstəqillik” məfhumu hər bir vətəndaş üçün siyasi dəyərə çevrilməli, həmçinin milli ideologiyamızın fəlsəfi məzmununu müəyyən edən əsas anlayışlarından biri olmalıdır. Yalnız bu halda cəmiyyət və dövlətin potensialı eyni hədəfə xidmət edəcəkdir. Əks təqdirdə mövcud potensial kənardan zorla yeridilən süni münaqişə və çətinliklərin həllinə yönələcək, bununla da inkişaf prosesi ən yaxşı halda dondurulacaqdır. Beynəlxalq münasibətlər sistemində geniş tətbiq olunan “ikili standartlar” siyasəti, müşahidə olunan davamlı təzyiqlər, manipulyasiyalar və informasiya təxribatları tədricən konkret dövlətdə müdafiə olunmaq strategiyasının üstünlük təşkil etməsinə gətirib çıxara bilər. Müdafiə strategiyası üstünlük təşkil edən yerdə isə davamlı inkişafı təmin etmək olduqca çətin vəzifəyə çevrilir”, - deyə politoloq əlavə edib.

“Müstəqillik” məfhumunun milli təfəkkür və dəyərlər sistemində prioritetə çevrilməsi vəzifəsinin hər hansı bir sərəncamın qəbulu ilə icra oluna bilmədiyini diqqətə çatdıran Asif Adil mövcud məsələdə həlledici proseslərin ideoloji müstəvidə aparılmasının vacibliyini vurğulayıb. “Məhz ideoloji alətlər vasitəsilə “müstəqillik” məfhumuna lazımi məzmun və çalarların qatılması mümkündür. Müstəqillik hissi milli təfəkkürdə tam mənasında yaşanmayana qədər, hətta 100 il keçsə belə SSSR dövrünü isti simpatiya hissləri ilə yada salan insanlar olacaqdır. Bu cür fikirlərə görə tənqid etməyə tələsənlərə demək istərdik ki, mövcud yanaşma əsla kiməsə və ya nəyəsə qarşı olan mövqeyin nümayişi deyil. Sözügedən mövqe müstəqilliyi milli dəyər kimi tərənnüm edən yanaşmanın təzahürüdür. Həmin dövrlə əlaqədar hər-hansı bir xatirələrin yaşanması təbii və normaldır, ancaq heç bir şəxsi xatirə, uğrunda qurbanlar verdiyimiz müstəqillikdən üstün ola bilməz. Gələcək nəsillərə miras olaraq keçmişlə bağlı olan xatirələrimizi yox, qazandığımız, qoruya və inkişaf etdirə bildiyimiz müstəqilliyi saxlamalıyıq.

Siyasət köhnə üsullarla idarə oluna bilməz

Mövcud konteksti inkişaf etdirərək ehtimal edə bilərik ki, Prezident İlham Əliyev öz çıxışlarında “yeni siyasi konfiqurasiya”dan danışan zaman, sadəcə, hansısa yeni strukturun inşa olunacağına işarə etmir. Burada, ilk növbədə, söhbət yeni münasibətlər sisteminin formalaşmasından gedə bilər. Odur ki, dövlət başçısının “yeni siyasi konfiqurasiyası” həm də artıq içində olduğumuz və qaçılmaz hesab olunan transformasiya prosesinin tərkib hissəsidir. Burada hətta onu da əlavə edə bilərik ki, dövlət başçısının təşəbbüsü ilə “yeni siyasi konfiqurasiya”, həmçinin siyasi dialoq mühitinin təşviqi ilə bağlı atılan bütün addımlar dəyişiklik və yeniliklərin önündə getməyi, habelə prosesləri nəzarətdə saxlamağı mümkün edir”, - deyə politoloq qeyd edib.

O söyləyib ki, region və dünyada gözlə görə bildiyimiz münaqişə və müşahidə etdiyimiz tendensiyalar qlobal dəyişikliklərin sadəcə üst qatıdır. Beynəlxalq münasibətlərin gələcək arxitekturasını müəyyən edən əsl mübarizə məhz ideoloji müstəvidə aparılır və bu mübarizə heç vaxt dayanmayıb. İdeoloji müstəvi, dünyanın müxtəlif bölgələrində səhnələşdirilən geosiyasi tamaşaların məzmununu müəyyən edir. Müxtəlif dövlətlər isə onlara rəhbərlik edən şəxslərin peşəkarlığı və ya əksinə naşılığı sayəsində həmin tamaşaların ya təhlükəsiz seyrçisinə, ya da ki, aqibətləri özlərindən asılı olmayan məzlum iştirakçısına çevrilir.

“Təsvir etdiyimiz mənzərə müstəqil siyasət aparmaq qabiliyyətinin əhəmiyyətini son dərəcədə artırır. Bəli, yeni yanaşma və münasibətlər sisteminin formalaşdırılması mürəkkəb və zaman tələb edən prosesdir. Sözügedən prosesi dönməz edə biləcək əsas ideoloji amillər - milli dövlətçilik təfəkküründə müstəqillik məfhumunun prioritetliyi və dövlətin inkişafı ilə bağlı xalqda sağlam iddianın mövcudluğudur. Fərd, cəmiyyət və dövlət olaraq müstəqil olmağı bacarmalıyıq və müstəqilliyi ali siyasi dəyər kimi qəbul etməliyik. Bunun üçün müstəqilliyin bütün əzəmətini duymağa və yaşatmağa imkan verən hər birimizin ictimai təfəkküründə dövlət və xalqın inkişafı ilə bağlı milli iddia formalaşmalıdır. Əldə etdiyimiz möhtəşəm Qələbəni və heç zaman olmadığı qədər artmış dövlətin beynəlxalq çəkisini gözümüzün önünə gətirərək ehtimal edə bilərik ki, şahidlik etdiyimiz tarixin hazırdakı mərhələsində Prezident İlham Əliyevin siyasətinin fəlsəfəsi məhz həmin milli iddianın formalaşmasına yönəlib”, - deyə Asif Adil əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyul 2026 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see583

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see309

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see308

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see219

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see219

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see218

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see218

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see210

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see206

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see205

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see205

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see205

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see203

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see201

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see201

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see199

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see198

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see198

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see197

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri