“Siyasi dələduz Stiv Uitkoff danışıqlar prosesindən tamamilə uzaqlaşdırılmalıdır”
Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Donald Trampın Ukraynanı təslimçiliyə aparan 28 bəndlik əcaib “Sülh planı”nın iflasa uğraması yaxşı hadisədir. Daha bir yaxşı məqam ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun ifşa olunmasıdır. Onun Vladimir Putinin köməkçisi Yuri Uşakovla apardığı söhbət qətiyyən diplomatiya deyil, əsl siyasi riyakarlıqdır”.
Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Qulu Məhərrəmli deyib.
Onun sözlərinə görə, hazırda hamı baş sındırır ki, bu iki köməkçi arasında gedən gizli danışığın səs yazısını mətbuata kim ötürüb:
“ABŞ, Britaniya və Almaniya kəşfiyyatının adları çəkilir. Amma bunu kimin etməsi məsələnin mahiyyətini qəti dəyişmir. İndi əsas məsələ Ağ Evin Ukrayna siyasətinin dəyişməsidir. Bunun üçün də ilk növbədə ABŞ senatorlarının “Kremlin agenti” adlandırdığı siyasi dələduz Stiv Uitkoff danışıqlar prosesindən tamamilə uzaqlaşdırılmalıdır. Amma Tramp bunu edəcəkmi?”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 27 Noyabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















