Icma.az
close
up
RU
Siyasi partiyaların azad olunmuş ərazilərə növbəti səfəri təşkil olunub YENİLƏNİB

Siyasi partiyaların azad olunmuş ərazilərə növbəti səfəri təşkil olunub YENİLƏNİB

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Siyasi dialoq mühiti yeni demokratik ənənənin formalaşmasına təkan verir

Ölkəmizdə fəal şəkildə təşviq olunan siyasi dialoq mühiti və bununla əlaqədar formalaşmaqda olan yeni siyasi mədəniyyət çərçivəsində siyasi partiya sədrlərinin işğaldan azad edilmiş ərazilərə birgə səfərlərinin təşkili Azərbaycan ictimaiyyəti tərəfindən artıq müsbət demokratik ənənə kimi qəbul olunur. Milli həmrəylik təzahürü ilə təcəssüm olunan və ictimaiyyət tərəfindən təqdir edilən bu demokratik təcrübə siyasi proseslərdə iştirak edən tərəflər arasında etibarlı və işgüzar münasibətləri daha da dərinləşdirir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə siyasi dialoq təşviq olunur

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində mütəmadi şəkildə müxtəlif səpgili layihələr icra edilir. Görüşlər, açıq müzakirələr, teledebatlar, peşəkar diskussiyalar, birgə səfərlər, konfranslar və bu kimi digər layihələr siyasi proseslərdə iştirak edən tərəflər arasında etibarlı əməkdaşlıq münasibətlərinin bərqərar olunmasına xidmət göstərir. Azərbaycan ictimaiyyəti təqribən son beş il ərzində iqtidarın mövcud istiqamətdəki davamlı təşəbbüslərinin şahididir. Siyasi dialoq ilə əlaqədar hökumət tərəfindən atılan bütün təşəbbüslər mediada açıq şəkildə işıqlandırılır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev öz çıxış və müsahibələrində siyasətdə sağlam münasibətlərin bərqərar olunması, siyasi dialoq mühitinin əhəmiyyəti və konstruktiv əməkdaşlığın vacibliyi kimi önəmli demokratik məzmunlu təzahürləri prinsipial və davamlı şəkildə qeyd edir.

Birgə səfərlər işgüzar və konstruktiv əməkdaşlıq mühitini gücləndirir

Siyasi partiya rəhbərlərinin işğaldan azad olunmuş ərazilərə birgə səfərlərinin təşkili təcrübəsi konkret məsələlərin müzakirəsi üçün işgüzar mühiti yaratmaqla tərəflər arasında konstruktiv əməkdaşlığı təşviq edir. Xatırladaq ki, sağlam və səmərəli əməkdaşlıq mühitinin bərqərar olunmasına xidmət edən siyasi partiya rəhbərlərinin birgə səfərləri daha əvvəl Ağdam, Şuşa (2 dəfə), Zəngilan, Xocalı, Əsgəran və Xankəndiyə təşkil olunub.

Siyasi dialoq beynəlxalq tədbirlərdə də əksini tapır

Ölkəmizdə yaşanan siyasi dialoq mühiti sayəsində müxalif siyasi partiyalar, eyni zamanda, beynəlxalq tədbirlərdə də tərəf müqabili kimi iştirak edirlər. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə birgə səfərlərlə yanaşı, ölkə siyasiləri, həmçinin Şuşa Bəyannaməsinin birinci ildönümü ilə əlaqədar 2022-ci il iyunun 15-də Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransa da qatılıblar. Bununla da siyasi partiyalar cəmiyyətin intellektual potensialının səfərbər edilməsi kimi dövlət üçün mühüm və strateji vəzifənin icrasını təmin etmiş olurlar.

Altıncı birgə səfər: Laçın

APA xəbər verir ki, növbəti, artıq sayca 6-cı olan birgə səfərin ünvanı Laçındır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə aprelin 29-da həyata keçirilmiş səfərdə ümumilikdə 80 nəfər olmaqla, 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iştirak ediblər. Səfər çərçivəsində Zabuxçay su anbarı, Laçın şəhəri, o cümlədən Heydər Əliyev küçəsi, “Lacinema” kino mərkəzi, “Hoçazfilm” kinopavilyonu və Bəylik kəndində aparılan bərpa və yenidənqurma işləri ilə tanışlıq olub, habelə “Zerti Aqro-Sənaye Parkı”nda fəaliyyət göstərən müəssisələr haqında ətraflı məlumatlar verilib.

Ədalət Vəliyev: Həmrəylik mühiti sabitlik və inkişafın zəmanətidir

Səfər zamanı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Laçın şəhərində iştirakçılar qarşısında çıxış edərək ötən dövr ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı şəkildə təşviq olunan həmrəylik mühitinin strateji əhəmiyyəti və mövcud istiqamətdə görülmüş işlər haqqında geniş məlumat verib.

Milli maraqlar və dövlətçilik mövqeyi birliyi möhkəmləndirir

Ölkədə həmrəylik mühitinin qorunmasında siyasi partiyaların müstəsna əhəmiyyətini vurğulayan Administrasiya rəsmisi qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Vətənpərvər qüvvələri birləşdirən əsas amilin milli maraqlar və dövlətçilik mövqeyi olduğunu bildirən Ədalət Vəliyev bildirib ki, Laçının timsalında işğaldan azad olunmuş bütün ərazilərdə aparılan bərpa-quruculuq işlərinin səviyyəsi haqqında təsəvvürlər formalaşa bilər. İşğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı müasir Azərbaycan tarixinin ən qürurlu səhifələrindən olduğunu bildirən Administrasiya rəsmisi mövcud istiqamətdə Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş müvafiq dövlət proqramlarından da söhbət açıb.

Suverenliyin tam bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır

Suverenliyin tam bərpasının Azərbaycan tarixinin mahiyyət və keyfiyyət etibarilə yeni inkişaf mərhələsi olduğunu xüsusi vurğulayan Ədalət Vəliyev diqqətə çatdırıb ki, ölkəmizdə yaşanan milli həmrəylik mühiti sabitlik və dayanıqlı inkişafın zəmanətidir. Siyasi dialoqda fəal iştirak edən siyasi partiyalar həmrəylik mühitinin qorunmasına öz töhfələrini verirlər. Odur ki, siyasi partiyaların Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan bu cür layihələrdə fəal iştirakı bilavasitə milli və siyasi həmrəyliyin təzahürüdür.

Laçının iqtisadi və turizm potensialı təqdim edilib

Səfər çərçivəsində siyasilər Laçının iqtisadi, habelə turizm potensialı ilə də tanış olublar. İştirakçılara bildirilib ki, Laçının turizm potensialı digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılacaq. Burada hotellər, istirahət zonaları yaradılacaq və kənd turizmi də inkişaf etdiriləcək. Nəzərə alınmalıdır ki, yaradılacaq yeni infrastruktur layihələri Qarabağa qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaq.

Siyasi partiyaların fəal iştirakı milli həmrəyliyi gücləndirir

Hökumətin bu cür təşəbbüslərində siyasi partiyaların fəal iştirakı sayəsində siyasətdə konstruktiv əməkdaşlıq, dövlət naminə şəxsi ambisiyalardan imtina olunması, milli həmrəylik, habelə etibarlı münasibətlər təmin edilir. Əlamətdar və müsbət haldır ki, sözügedən səfərlər Prezident İlham Əliyevin yerlərdə yeni yaşayış məkanlarının rəsmi açılışlarından və Qarabağa köçmüş sakinlər ilə görüşlərdən sonra təşkil olunur. Sözügedən hal bir daha ölkəmizdə sağlam iqtidar-müxalifət münasibətlərinin mövcudluğundan xəbər verir.

***

10:07

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər jurnalistlərin növbəti birgə səfəri Laçın şəhərinə təşkil olunub.

Siyasi dialoqa dəstək layihələri

APA xəbər verir ki, siyasilər arasında sağlam əməkdaşlıq mühitinin formalaşması, habelə konstruktiv münasibətlərin bərqərar olunmasına xidmət edən bu cür layihələr bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət siyasətində demokratik prinsip və dəyərlərə, habelə siyasətdə şəffaf münasibətlərə üstünlük verməsinin təzahürüdür.

Siyasi dialoq mühitində növbəti səfər

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə siyasi münasibətlər müstəvisində təşviq olunan sağlam siyasi dialoq mühiti çərçivəsində təşkil olunan növbəti səfər sayca altıncıdır. Siyasi partiya rəhbərlərinin birgə səfərləri daha əvvəl Ağdam, Şuşa (2 dəfə), Zəngilan, Əsgəran, Xocalı və Xankəndiyə təşkil olunub.

Birgə səfərlərin tarixi

Partiya rəhbərləri və politoloqların ilk birgə səfəri 2021-ci ilin 17 mart tarixində Ağdam şəhərinə, ikinci birgə səfəri həmin ilin 7 oktyabr tarixində Şuşa şəhərinə olub. Ölkə siyasiləri növbəti dəfə 2022-ci ilin 15 iyun tarixində Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransda iştirak etmək üçün birgə səfərə çıxıblar. 2022-ci il 24 iyun tarixində reallaşdırılmış birgə səfərin ünvanı Zəngilan olub. 2025-ci il 6 mart tarixində isə 24 siyasi partiyanın nümayəndələri Əsgəran, Xocalı və Xankəndidə olublar.

Laçına səfərin məqsədi

Cari səfərdə Laçın şəhərində aparılan bərpa-quruculuq işləri, habelə artıq fəaliyyət göstərən müəssisələr ilə tanışlıq nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 Aprel 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın Zəngəzur dəhlizi ilə bağlı dəyişməz mövqeyi

28 İyul 2025 06:35see693

İxtisas seçimi bu il gec başlayacaq? RƏSMİ

28 İyul 2025 14:45see166

Mingəçevirdə zəlzələ qeydə alındı

28 İyul 2025 06:24see132

Almaniya hərbi büdcəsini iki dəfə artırır

29 İyul 2025 08:02see121

Bakıda kişi iki manata görə arvadını döydü

28 İyul 2025 09:51see119

Mançester Yunayted müqavilə müddətini uzatdığı qapıçısını icarəyə göndərib

28 İyul 2025 22:46see119

“Embraer 190” hava təhlükəsi yaşadı Xəzər üzərində həyəcan

28 İyul 2025 07:17see119

Gəncədə klinika meyiti qaytarmır? Mərhumun yaxınlarından ŞİKAYƏT

28 İyul 2025 02:03see118

Nəhayət, gözləntilər sona çatır: Şrek franşizası yeni filmlə qayıdır

29 İyul 2025 06:48see118

Əfqanıstan səfirliyindən Rusiyaya cavab: “Ədəbsiz mahnını himn saymaq olmaz”

29 İyul 2025 00:35see117

Fransanın cənubunda meşə yanğını 680 hektardan çox ərazini bürüyüb

27 İyul 2025 23:13see117

Milan ın hücumçusu rəsmən Cenoa da

28 İyul 2025 23:33see117

Novxanı çimərliyində iki nəfər boğulub öldü

28 İyul 2025 09:24see116

Zəngəzur dəhlizinin taleyi məsələsi nə iqtisadi, nə də siyasi yanaşma ilə həll olunmayacaq

28 İyul 2025 17:54see116

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü VİDEO

28 İyul 2025 22:47see116

Xıdırlıya qayıdan sakin: Elə hadisələrin şahidi olduq ki, qələmə alsalar, bir kitab çıxar

29 İyul 2025 06:56see116

“Hücumçu almaq istəyirik” “Qarabağ”ın prezidenti

28 İyul 2025 19:04see116

Yeniyetmələr süni intellektlə romantik münasibət yaşayırlar ARAŞDIRMA

28 İyul 2025 05:14see115

Corab satan aktyor işlə təmin olunub: Nazir iki dəfə mənə zəng etdi, dedi ki...

28 İyul 2025 02:44see115

Kobi Brayantın ayaqqabısı 240 min dollara satıldı

29 İyul 2025 06:16see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri