Siyasi partiyanın maliyyə hesabatı ilə bağlı qaydaya dəyişiklik edilib
Icma.az, Moderator.az saytına istinadən bildirir.
"Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası"nda dəyişiklik edilib.
Moderator.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, siyasi partiyalar tərəfindən maliyyə hesabatı hər il aprelin 1-dən gec olmayaraq,
Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.
Hesabat dövrü ərzində maliyyə fəaliyyəti olan siyasi partiya auditor rəyi ilə
birlikdə maliyyə vəziyyəti haqqında hesabatı, maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri
haqqında hesabatı və əhəmiyyətli uçot siyasəti və izahlı qeydləri, maliyyə fəaliyyəti olmayan siyasi partiya yalnız maliyyə vəziyyəti haqqında hesabat üzrə mövcud qalıqların istifadəsinin və maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat üzrə dəyişikliyin olmaması barədə arayışı göstərməlidir.
Maliyyə hesabatı və yuxarıda adı çəkilən arayış siyasi partiyanın rəhbəri və baş mühasibi tərəfindən
imzalanmalı və siyasi partiyanın möhürü ilə təsdiq edilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 11 Sentyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















