Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Siyasi tariximizin tanınmış tədqiqatçısı

Siyasi tariximizin tanınmış tədqiqatçısı

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İradə Bağırova – 70

Azərbaycanın siyasi və ictimai təşkilatlarının, bu qurumların görkəmli nümayəndələrinin fəaliyyətini milli tarixşünaslıq elmində işıqlandıran, bu öyünclü keçmişi tədqiq edərək xalqımıza təqdim edən alimlərdən biri də tarix elmləri doktoru, professor İradə Bağırovadır. Tanınmış həmkarımız Azərbaycan, Qafqaz və Dünya tarixinin bir sıra səhifələrinin zənginləşdirilməsində də fəal iştirak etmişdir.

İradə Səid qızı Bağırova 1956-cı ilin fevral ayının 12-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1973-cü ildə Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuş, 1976-cı ildən təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində davam etdirmişdir. Gənc tarixçi 1979-cu ildə ali təhsilini başa vurub AMEA Tarix İnstitutunda baş laborant kimi fəaliyyətə başlamış, sonra aspirantura təhsili almışdır.

İradə xanım 1985-ci ildən institutun yeni tarix şöbəsində kiçik elmi işçi, 1989-cu ildən elmi işçi, 1994-cü ildən böyük elmi işçi, 2000-ci ildən isə aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, 1987-ci ildə namizədlik, 2000-ci doktorluq dissertasiyaları müdafiə etmişdir. Onun 1997-ci ildə işıq üzü görmüş “XX əsrin əvvəllərində Azərbaycanın siyasi partiyaları və təşkilatları” monoqrafiyası milli tarixşünaslıqda əsrin əvvəlindən 1917-ci ilədək fəaliyyət göstərmiş siyasi partiyaların və ictimai təşkilatların kompleks tədqiqatına həsr olunmuş ilk elmi əsərdir. Kitabda Şimali Azərbaycanın 22 partiya və təşkilatının fəaliyyəti, proqram və taktikası geniş şəkildə təsvir olunmuşdur. Alim belə qənaətə gəlmişdir ki, ölkəmizdə ictimai-siyasi həyatın demokratikləşmə prosesi hələ XX əsrin birinci onilliyində başlanmış və müsəlman dünyasında ilk demokratik respublikanın yaranması ilə nəticələnmişdir.

Professor İradə Bağırovanın “XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda liberal cərəyanın inkişafı” adlı ikinci monoqrafiyasında isə tədqiq edilən dövrdə Avropada, çar Rusiyasında və Şimali Azərbaycanda liberal dünyagörüşünün formalaşması, liberal sivilizasiya ilə ənənəvi sivilizasiya arasında olan fərqlər, liberal cərəyanın və milli özünüdərk hisslərinin formalaşmasında Şimali Azərbaycanın görkəmli yazıçıları və maarifçilərinin rolu, liberal ziyalıların ictimai-siyasi və publisistik fəaliyyəti işıqlandırılmışdır.

Tarixçi-alim son illərdə çap olunmuş bir sıra əsərlərin müəllifi, kollektiv nəşrlərin həmmüəllifidir. Bu sırada 1995-ci ildə Azərbaycan və rus dillərində çap olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)”, 7 cildlik “Azərbaycan tarixi” (V-ci cild), 2004-cü ildə nəşr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti” ensiklopediyası (siyasi partiyalar və liderlər barədə mətnlər), Azərbaycan Milli Ensiklopediyasının cildləri (XIX–XX əsrlərdə Azərbaycanın görkəmli ictimai xadimləri haqqında bölmələrin müəllifi), 2011-ci ildə çap olunan “Azərbaycanın Şimal-Qərb bölgəsinin tarixi” ( elmi redaktoru və müəlliflərdən biri) və “Azərbaycan–Gürcüstan münasibətləri (XVIII – XXI əsrin əvvəlləri)” monoqrafiyaları (elmi redaktoru və müəlliflərindən biri) kimi fundamental mənbələr önəmli yer tutur.

Alimin 55-dən çox məqaləsi Azərbaycanın yeni tarixinin və Qafqaz tarixinin tədqiqinə həsr edilmişdir. İradə xanım Milli Elmlər Akademiyasında və başqa elmi müəssisələrdə çap olunmuş bir neçə monoqrafiyanın da elmi redaktoru olmuşdur. O, 1928-ci ildə bolşeviklərin güllələdiyi Əhməd Əhmədovun xatirələri əsasında “1918-1925-ci illərdə Azərbaycanda milli hərəkat, partiyalar və ictimai xadimlər” kitabını hazırlayıb nəşr etdirmişdir.

2010-cu ildə İradə Bağırovanın redaktəsi ilə Həsən Həsənovun “Birinci respublika yollarında” adlı Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş monoqrafiyası işıq üzü görmüşdür. Qafqaz tarixi şöbəsində hazırlanmış “Şimal Qərbi Azərbaycan tarixi” (Bakı, “Şərq-Qərb”, 2011) kollektiv monoqrafiyasının da elmi redaktoru İradə xanım olmuşdur. Onun redaktəsi ilə son 4 ildə şöbənin böyük elmi işçisi Şamil Rəhmanzadənin “Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri” (Bakı, “Azpoliqraf”, 2008), aparıcı elmi işçi Sevinc Əliyevanın “Noqay türkləri” (Bakı, “Şərq-Qərb”, 2010), “Azərbaycan və Şimalı Qafqaz xalqları (XVIII əsr-XXI əsrin əvvəlləri)” (Bakı, “Şərq-Qərb”, 2011), İkram Ağasıyevin “Qafqazın alman əhalisinin ictimai-siyasi həyatı (1860-1920-ci illər)” (Bakı, 2010), “Qafqazın alman kolonizasiyası tarixindən” (Bakı, “Şərq-Qərb”, 2011) adlı monoqrafiyaları nəşr olunmuşdur.

Qafqaz tarixi şöbəsinin çapa hazırladığı “Azərbaycan-Gürcüstan münasibətləri (XVIII-XXI əsrlər)” adlı monoqrafiya da elmi redaktoru professor İradə Bağırovadır. Onun 2003-2021-ci illərdə rəhbərlik etdiyi “Qafqaz tarixi” şöbəsində 9 monoqrafiya, o cümlədən 3 kollektiv monoqrafiya dərc edilmişdir. Tanınmış tarixçi-alim 23 aspirant və dissertantların elmi rəhbəri, 2 doktorluq dissertasiyasının elmi məsləhətçisi olmuşdur. Alim tarix elminin tədrisində də fəal iştirak etmiş, 1998-1999-cu illərdə Qərb Universitetində, 2003-2004-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində dərs demişdir.

İradə Bağırovanın Azərbaycan tarixinin kütləvi informasiya vasitəsi ilə təbliğində böyük rolu olmuşdur. O, Azərbaycanın siyasi partiyalarının fəaliyyəti barədə yerli və xarici mediada bir sıra yazılarla çıxış etmişdir. Alim “Space” telekanalında “Üçuncü respublika” və 31 Mart soyqırımı haqqında filmlərin, Azərbaycanın görkəmli ictimai-siyasi xadimləri Ə.Topçubaşov, M. Rəsulzadə, M.Cəfərov haqqında verilişlərin də ssenari müəllifidir.

Tarixçi həmkarımız müxtəlif respublika və beynəlxalq elmi konfranslarda və seminarlarda, ictimai-siyasi tədbirlərdə, Azərbaycanın müstəqillik ildönümlərinə, Qarabağ münaqişəsinə həsr olunmuş toplantılarda fəal iştirak etmiş və çıxışlar etmişdir. Professor İradə Bağırova AMEA-nın Tarix və Etnologiya İnstitutunun elmi şurasının üzvüdür.

Tanınmış tarixçi alim İradə Bağırovanın anadan olmasının – 70 illiyi münasibətilə həmkarları adından səmimi təbrik edir, ona möhkəm cansağlığı və yeni uğurlar arzulayırıq.

Cəbi BƏHRAMOV,
AMEA Tarix və Etnologiya İnstitutun şöbə müdiri, dosent

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Fevral 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri