Icma.az
close
up
RU
Tariximizin yorulmaz tədqiqatçısı

Tariximizin yorulmaz tədqiqatçısı

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin anadan olmasının 75 illik yubileyinə həsr edilmiş elmi-praktiki konfrans keçirilib.

Mərasimi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq son illərdə rəhbərlik etdiyi qurumda aparılan yeniləşmə prosesləri və islahatlardan, o cümlədən arxeologiya sahəsi üzrə əldə olunmuş nailiyyətlərdən danışıb. Natiq bildirib ki, 75 illik yubileyi qeyd edilən professor Qafar Cəbiyev ömrünün böyük bir hissəsini Azərbaycan tarixinin, xüsusilə də orta əsrlər arxeologiyasının araşdırılmasına həsr edib. Qeyd edib ki, Qafar Cəbiyevin araşdırmaları nəticəsində orta əsr yaşayış məskənləri haqqında bir çox yeni elmi faktlar aşkarlanıb, arxeologiya elmimiz zənginləşdirilib.

AMEA rəhbəri vurğulayıb ki, alimin ən böyük xidmətlərindən biri Girdiman vilayətinin tarixi ilə bağlı apardığı tədqiqatlardır. 

Ağsu rayonu ərazisində, eləcə də Qəbələ, Şamaxı, İsmayıllı  rayonlarında apardığı mühüm tədqiqatları xüsusi qeyd edən akademik İsa Həbibbəyli Qafar Cəbiyevin həm də Basqal arxeoloji ekspedisiyasının rəhbəri kimi ölkəmizin maddi-mədəni irsinin qorunmasına mühüm töhfələr verdiyini dilə gətirib. 

AMEA prezidenti əlavə edib ki, Qafar Cəbiyevin əsərləri və elmi fəaliyyəti təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də tanınır. Onun məqalələri müxtəlif ölkələrin elmi nəşrlərində dərc olunub, konfranslarda təqdim edilib. Alim dəfələrlə beynəlxalq tədbirlərdə çıxış edərək Azərbaycanın qədim tarixini və arxeoloji tapıntılarını dünya elmi müstəvisində təqdim edib.

Akademik qeyd edib ki, Qafar Cəbiyev elmi fəaliyyətində olduğu kimi, pedaqoji işində də seçilib. Onun yetişdirdiyi tələbələr bu gün Azərbaycanın müxtəlif bölgələrində tarixçi və arxeoloq kimi fəaliyyət göstərirlər. 

Sonda AMEA rəhbəri Qafar Cəbiyevin Azərbaycan elminə verdiyi xidmətlərin gələcək nəsillər üçün etibarlı örnək olduğunu vurğulayıb və onu 75 illik yubileyi münasibətilə təbrik edib, ona AMEA-nın Fəxri fərmanını təqdim edib.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tanınmış alim, jurnalist, ictimai xadim Qafar Cəbiyevi 75 illik yubileyi münasibətilə təbrik edib. O bildirib ki, Qafar Cəbiyev həm məhsuldar tarixçi alim, həm də istedadlı qələm sahibi kimi Azərbaycan elminə və mətbuatına böyük töhfələr vermişdir. 

Milli Məclisin deputatı Elçin Mirzəbəyli, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, professor Səbinə Hacıyeva, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Heydərova, AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, dosent Fərhad Quliyev, institutun şöbə müdiri, professor Abbas Seyidov, professor Şikar Qasımov, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli  çıxış edərək yubilyarın tarix elminin inkişafındakı xidmətlərindən danışıb, ona öz təbriklərini çatdırıblar. 

Yubiley mərasimində çıxış edən professor Qafar Cəbiyev ona ünvanlanmış təbriklərə, xoş sözlərə görə minnətdarlığını bildirib və Azərbaycan tarixindən, keçdiyi həyat yolundan maraq kəsb edən qısa məlumat verib.

Sonda professor Qafar Cəbiyevin həyat və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Qabil YUSİFOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri