Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Biznes kreditlərində rekord artım

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Müasir diplomatiya tariximizin siyasi təhlili

Müasir diplomatiya tariximizin siyasi təhlili

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elçin ƏHMƏDOV
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru

2003-cü ildən keçən 20 ildən artıq müddət ərzində Prezident İlham Əliyev tərəfindən milli maraqlara əsaslanaraq həyata keçirilən xarici siyasət nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin etmişdir. Hazırda Azərbaycanın apardığı uğurlu xarici siyasətin prioritet istiqamətlərinin politoloji təhlili aktuallıq kəsb edir.

Bu baxımdan Kamal Adıgözəlovun “Yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləri: politoloji təhlil” adlı monoqrafiyası elmi-siyasi və nəzəri-praktiki əhəmiyyət kəsb edir.

Monoqrafiyanın əsas elmi məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin yeni tarixi mərhələ üçün müəyyən etdiyi xarici siyasətin 14 prioritet istiqamətinin qarşılıqlı əlaqədə politoloji təhlilindən ibarətdir. Bunun üçün əsər daxili məntiqi bağlılığı olan beş hissəyə ayrılmışdır.

Kitabda milli, regional və beynəlxalq təhlükəsizliyin xarici siyasətlə əlaqəsi politoloji kontekstdə təhlil edilir. Azərbaycan Prezidentinin xarici siyasət xəttinin mahiyyəti açıqlanır. Xüsusilə, Prezident İlham Əliyevin dövlətçilik konsepsiyasında milli maraqlar və xarici siyasət paradiqması öyrənilir. Bununla yanaşı, Azərbaycan tərəfindən irəli sürülmüş baza prinsiplərinə dair təklifin məzmunu açıqlanır və beynəlxalq hüquq normaları əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas 5 prinsipin mahiyyəti və hədəfləri göstərilir.

Birinci hissədə Azərbaycanın müstəqil xarici siyasətinin milli maraqlara söykənərək Cənubi Qafqazda davamlı sülhə xidmət etməsinin politoloji aspektini ifadə edən prioritet istiqamətlər təhlil edilir. Təhlil Azərbaycanın güclü dövlət konsepti fonunda milli, regional və beynəlxalq təhlükəsizliyin bir-biri ilə sıx bağlılığı kontekstində aparılır. Burada Azərbaycan tərəfindən irəli sürülmüş beş baza prinsipi əsasında Ermənistanla sülh müqaviləsinin imzalanmasının mümkünlüyü və onun reallaşma şərtləri araşdırılır, həmin kontekstdə Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü prinsiplərin siyasi məzmunu və əsas hədəfi tədqiq edilir. Kitabda milli, regional və beynəlxalq təhlükəsizliyin xarici siyasətlə əlaqəsi politoloji kontekstdə təhlil edilir. Azərbaycan Prezidentinin xarici siyasət xəttinin mahiyyəti açıqlanır. Xüsusilə, Prezident İlham Əliyevin dövlətçilik konsepsiyasında milli maraqlar və xarici siyasət paradiqması öyrənilir. Bununla yanaşı, Azərbaycan tərəfindən irəli sürülmüş baza prinsiplərinə dair təklifin məzmunu açıqlanır və beynəlxalq hüquq normaları əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas 5 prinsipin mahiyyəti və hədəfləri göstərilir.

Monoqrafiyada bu hədəflər sırasında yeni mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləridən olan Qərbi Azərbaycan məsələsi xüsusi yer tutur. Qərbi Azərbaycan strategiyasını İkinci Qarabağ müharibəsindən sonrakı daha yeni mərhələdə sülhün və təhlükəsizliyin təminatı kimi xarakterizə edən müəllif politoloji təhlillərə əsaslanaraq məsələnin, həmçinin, geosiyasi və siyasi cəhətdən dövlətçiliklə sıx bağlı olduğunu açıqlayır. Müəllif Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və onun dayanıqlı inkişaf bölgəsinə çevrilməsi ilə bağlı səylərin davam etdirilməsi məsələsini təhlil edərək bölgədə davamlı sülhün təmini üçün yeni mərhələdə regional təhlükəsizlik konseptinin məzmununu açıqlayır. Dayanıqlı regional inkişaf və əməkdaşlığı sabitlik və təhlükəsizlik üçün əsas amillər kimi təqdim edir.

İkinci hissədə bu nəzəri baza əsasında Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinin qurulması fəlsəfəsi fonunda beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi, beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşdırılmasında və qlobal problemlərin həllində rolunun artması təhlil edilir. Bu məsələ ölkənin qeyri-münaqişə gündəliyinin formalaşdırılması və onun geosiyasi təhlükələrdən və hibrid təhdidlərdən qorunması kimi mühüm məsələlərlə sıx əlaqədə politoloji aspektdə araşdırılır. Proseslər Azərbaycanın qonşuluq siyasətinin özəllikləri, hibrid təhdidlər, “yeni regionalizm” və COP29 kimi vacib faktorların geosiyasi kontekstində tədqiq edilir.

Bu hissədə Azərbaycanın qonşuluq siyasətinin mahiyyətinin qarşılıqlı faydalı əməkdaşlıq, sülh, sabitlik, təhlükəsizlik, regional kommunikasiyaların açılması ilə sıx bağlı olduğu əsaslandırılır. Həmin keyfiyyətdə Azərbaycanın qonşuluq siyasətini bütövlükdə postsovet məkanında yeni məzmunlu proses kimi xarakterizə etmək olar. Bunların əsasında Azərbaycanın xarici siyasətinin yeni mərhələdə beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşdırılması və qlobal problemlərin həllində iştirakı multivektoral xarici siyasətin təzahürü kimi xarakterizə edilmişdir.

Əvvəlki iki hissədə aparılan politoloji təhlillər əsasında üçüncü hissədə Azərbaycanın xarici siyasətinin prioritetlərinə multiregionalizm kontekstində baxılmışdır. Həmin politoloji problem regional təşkilatlanma və strateji tərəfdaşlıq kimi mühüm istiqamətlərin qarşılıqlı əlaqələri fonunda nəzərdən keçirilmişdir. Daha konkret səviyyədə Azərbaycanın türk dünyası, xüsusilə də Türk Dövlətləri Təşkilatı (TDT) ilə əlaqələrinin güclənməsi müstəvisində strateji tərəfdaşların və müttəfiqlərin sayının artırılması imkanları siyasi-nəzəri araşdırılmışdır. Bu məqsədlə Azərbaycanın yeni mərhələdə xarici siyasətinin prioritetləri sırasında regional təşkilatlanmada iştirakla strateji tərəfdaşlığı genişləndirmənin siyasi bağlantıları tədqiq edilmişdir. Burada multiregionallıqla multilaterallığın vəhdəti önə çıxır. Bu məsələnin yeni mərhələdə Azərbaycan təcrübəsi kimi nəzəri ilə yanaşı, praktiki əhəmiyyətini də dərk etmək gərəkdir. Digər tərəfdən, TDT nümunəsində regional təşkilatanmanın perspektivlərinin qlobal miqyasda strateji tərəfdaşlığın müsbət nəticəverici aspekti ilə əlaqədə nəzərdən keçirilməsi politologiyada yeni yanaşmalardan biri kimi qiymətləndirilə bilər.

Üçüncü hissədə gəlinən qənaətlər dördüncü hissədə multilateralizm fonunda enerji diplomatiyası, iqlim dəyişikliyi, nəqliyyat-logistika layihələrinin müqayisəli təhlili üçün nəzəri və metodoloji baza yaratmışdır. Bu faktorların biri siyasi (enerji diplomatiyası), digəri ekoloji-təbii (iqlim dəyişikliyi), üşüncüsü isə kommunikasiya (nəqliyyat-logistika) sferalarına aid olduğundan özlüyündə sistem yanaşma tələb edir.

Burada politoloji aspektdə sistem yanaşmanın multilaterallıqda konkret ifadəsi nəzəri və praktiki əhəmiyyət kəsb edir. Məhz həmin kontekstdə əsərdə vurğulanan faktorlar yeni mərhələdə xarici siyasətin prioritetləri müstəvisində təhlil edilmişdir. Əsas qənaət ondan ibarətdir ki, multilateralizmin Azərbaycan təcrübəsi qarşılıqlı faydalı əməkdaşlığı, inkişafı, təhlükəsizliyi milli miqyasdan regional masştaba, oradan da qlobal miqyasa nənticəverici proyeksiya etməyə imkan yaratmaqdadır. Həmin çərçivədə Azərbaycanın davamlı inkişafının “yaşıl enerji” siyasəti ilə məntiqi və məzmun bağlantısı maraqlı fikirlərə yol açır.

Nəhayət, beşinci hissədə multiregionalizmlə multilaterallığın əsasında xarici siyasətdə multikultural dəyərlərin beynəlxalq təşkilatlarda Azərbaycanın fəaliyyəti sayəsində necə təmin edilməsi məsələsi araşdırılmışdır. Həmin kontekstdə tolerantlıq faktorunun oynadığı rol analiz edilmişdir. Bunların fonunda Azərbaycanın TDT, Qoşulmama Hərəkatı, Avropa İttifaqı (Aİ) və digər təşkilatlardakı təşəbbüsləri nəzərdən keçirilmişdir. Bütün bunlar regional və qlobal maraqların kəsişməsində tədqiq edilmişdir. Azərbaycanın ksenofobiya və neokolonializmlə mübarizəsinin politoloji təhlili çox düşündürücü qənaətlər əldə etməyə imkan vermişdir.

Kitabda aparılan təhlillər nəticəsində aydın olmuşdur ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın praqmatik, çoxvektorlu, milli maraqlara əsaslanan xarici siyasətinin prioritet istiqamətlərini dövrün tələblərinə və müasir dünyanın çağırışlarına uyğun şəkildə müəyyənləşdirmişdir. Xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsini təmin etmişdir. Yeni mərhələdə xarici siyasətin prioritet istiqamətlərinin sayının 14 olması təsadüfi deyildir. Onların hər biri özlüyündə xarici siyasətin “4M” modelinin (multivektorluq, multiregionalizm, multilateralizm, multikulturalizm) konkret cəhətlərini ifadə edir və yeni mərhələdə xarici siyasətin başlıca məqsədinə nail olma mexanizmini ortaya qoyur.

Əsərdə ilk dəfə olaraq Azərbaycanda və xaricdə nəşr olunmuş mövcud ədəbiyyatlar elmi dövriyyəyə gətirilmişdir. Həmçinin, mühüm mənbələr əsasında politoloji təhlillər və elmi ümumiləşdirmələr aparılmış, bu istiqamətdə konkret təklif və tövsiyələr irəli sürülmüşdür.

Ümumiyyətlə, əsərdə müəllifin gəldiyi elmi ümumiləşmə və nəticələr yeni tarixi mərhələdə, xüsusilə çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil və milli maraqlara əsaslanan Azərbaycanın xarici siyasətinin prioritetləri ilə bağlı araşdırmaların məzmun və mahiyyətindən doğur və məntiqidir. Monoqrafiyada bir sıra siyasi baxışlar, mövqelər və yanaşmalar dövrün beynəlxalq münasibətlər sistemi kontekstində nəzərdən keçirilmişdir. Əsərdə yerli və xarici ölkə alimlərinin tədqiqatlarından nəzəri-metodoloji əsas kimi istifadə edilmişdir. Xüsusilə, araşdırılan problemlə bağlı Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin məruzə və çıxışları, mətbuat konfranslarındakı bəyanatları, habelə müxtəlif dillərdə nəşr edilmiş əsərlər mənbə kimi xüsusi əhəmiyyətə malikdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://525.az
archiveBu xəbər 15 İyul 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see433

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see383

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see356

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see344

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see297

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see294

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see285

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see263

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see261

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see254

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see249

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see246

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see242

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see234

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see225

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see218

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see212

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see199

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see196

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri