Icma.az
close
up
RU
Siyasi tariximizin parlaq səhifəsi

Siyasi tariximizin parlaq səhifəsi

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Dünyada 4 minə yaxın xalq var ki, onlardan 200-ə qədəri müstəqil dövlət qura bilib. Ərazisinə və əhalisinin sayına görə Azərbaycandan dəfələrlə böyük xalqlar hələ də müstəqillik uğrunda mübarizə aparırlar, amma nəticə əldə edə bilmirlər. Biz xöşbəxt və şanslı xalqlardanıq. Çünki üçrəngli bayrağımız dünyada, BMT kimi mötəbər qurumun binası önündə qürurla dalğalanır. Buna görə bizə böyük bir dövlətçilik ənənəsini miras qoymuş, yoxdan bir dövlət yaratmış qurucu babalarımıza və onların missiyasını yüksək səviyyədə, böyük şərəflə yaşadan, davam etdirən siyasi liderlərimizə, ziyalılarımıza minnətdar olmalıyıq”. Bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, bu gün sahib çıxdığımız müstəqilliyin, əldə etdiyimiz uğurların əsasında ötən əsrin əvvəllərində böyük mütəfəkkirlərimizin zəhməti, mücadiləsi dayanır. 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası İstiqlal Bəyannaməsini imzalayaraq Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi. Bu tarixi hadisənin həyatımızdakı yerini və rolunu heç nə ilə müqayisə etmək olmaz. Məmmədəmin Rəsulzadənin dediyi kimi, cəmi 23 ay ömür sürsə də, istiqlalımız insanlara hürr yaşamağı, azadlığı daddıra bildi. O hürriyyət, o dad ki, onun şirinliyi heç zaman damağımızdan getmədi. 107 il öncə çar Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı çıxaraq müsəlman Şərqində ilk demokratik dövlət quran və onun adını dünya tarixinə qızıl hərflərlə həkk etdirən ziyalılarımız, siyasi xadimlərimiz qısa müddət ərzində çox böyük işlər gördülər. İlk parlament yarandı, hökumət formalaşdı, dövlət atributları təsis olundu. Azərbaycan müstəqil dövlətinin dünyada tanınması üçün diplomatik fəaliyyət gücləndirildi. Xalq hakimiyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verdi, irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldırdı. Dövlət atributları, Azərbaycan vətəndaşlığı təsis olundu. Maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, teatr və kitabxanaların fəaliyyətə başlamasının milli dövlətçilik üçün böyük əhəmiyyəti var idi. Məhz həmin dövrdə Bakı Dövlət Universiteti yaradıldı, gənclər ali təhsil almaq üçün dövlət hesabına müxtəlif ölkələrə göndərildi, Milli Ordu quruldu, Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi. Təəssüf ki, cümhuriyyətimizin ömrü qısa oldu. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprel ayında bolşeviklər tərəfindən devrilsə də, Azərbaycanı bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silmək mümkün olmadı. Heydər Əliyev çıxışlarının birində deyirdi: “Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamışdır. Bu müddətdə beş dəfə hökumət təşkil olun¬muşdur. Yaranmış hər bir hökumət daxili ziddiyyətlər, çəkişmələr nəticəsində və şübhəsiz ki, xarici qüvvələrin təsiri altında istefa verməyə məcbur olmuş və beləliklə də bu ağır şəraitdə demokratik respublikanın dövlət, hökumət orqanları lazım olan səviyyədə fəaliyyət göstərə bilməmişdir. Ancaq bununla yanaşı, onlar öz üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirmiş və Azərbaycan xalqının tarixinə parlaq bir səhifə yaz¬mışlar”
Azərbaycan xalqı 70 il ərzində böyük məşəqqətlər, itkilər hesabına da olsa, milli mənlik şüurunun ölməsinə imkan vermədilər. Bu müddət ərzində mühacirət ömrü yaşamağa məcbur olan ziyalılarımız xarici ölkələrdə Azərbaycanın müstəqilliyi naminə təşkilatlandılar, dərnəklər, mətbu orqanlar təsis etdilər. Məhz XX əsrin 60-80-ci illərində Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə milli məfkurənin yaşaması üçün mühüm addımlar atdı. Milli ənənələrin bərpası və yaşaması üçün gördüyü işlər əvəzsiz idi. Bu müqəddəs mübarizələr öz nəticəsini gec də olsa verdi. 70 ildən sonra yenidən ayağa qalxdı, haqqını tələb etdi, qanı-canı bahasına azadlığınını, müstəqilliyini təmin etdi və yenidən əsrin sonunda müstəqilliyinı qovuşdu, demokratik Azərbaycan dövləti quruldu. 1991-ci ilin 18 oktyabrında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunub, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib”.
Mehriban Vəliyeva təəssüflə qeyd etdi ki, 1990-cı illərin əvvəllərində Qarabağda baş qaldıran erməni separatizmi, eyni zamanda ölkədəki siyasi hərc-mərclik, xaos, siyasi səriştəsizlik müstəqilliyimizi yox olmaq təhlükəsi qarşısında qoymuşdu. Eyni ssenari yazılmışdı. 1993-cü ilin may-iyun aylarında hökumət böhranı artıq çıxılmaz vəziyyətə çatmışdı. Təbii ki, belə bir məqamda bütün diqqət Nazçıvana yönəlmişdi, ümidlər Ümummilli lider Heydər Əliyevə idi. Baş verənlər dahi şəxsiyyətin ikinci dəfə hakimiyyətə gəlişini qaçılmaz edirdi. Azərbaycan xalqının tələbi ilə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Qısa zaman ərzində ölkədə hərc-mərcliyə son qoyuldu, Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi, iqtisadi və siyasi islahatlar genişləndirildi. Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcıları haqqında hər zaman yüksək fikirdə olub. O, Rəsulzadə və onun silahdaşlarının şəxsiyyətlərinə böyük hörmət nümayiş etdirib. Ümummilli lider Türkiyəyə səfər edərkən Rəzulzadənin məzarını ziyarət edib, ona ehtiramını göstərib. O, Azərbaycanın dövlətçilik tarixinin əhəmiyyətli mərhələsini təşkil edən AXC-nin tarixini, Cümhuriyyət liderlərinin Azərbaycan xalqı qarşısında xidmətlərini müasir Azərbaycan Respublikası üçün qürur mənbəyi hesab edib. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı da ilk dəfə məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən rəsmi olaraq qəbul edilib. Ulu öndərin təşəbbüsü ilə 1998-ci ildə Xalq Cümhuriyyətinin yaranmasının 80 illiyi dövlət səviyyəsində geniş qeyd olunub”.
Millət vəkili qeyd etdi ki, Rəsulzadə və tərədarlarının bizə miraz qoyduğu dövlət Ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində daha da gücləndi, qüdrətləndi. Prezident İlham Əliyev də hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin siyasi tariximizdəki rolunu daim yüksək qiymətləndirib, Cümhuriyyət qurucularına ehtiramla yanaşıb.
2007-ci il 25 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsi bunun sübutudur. Cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları, o cümlədən 2018-ci ilin respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması dövlətçilik ənənələrinə bağlılığın, sadiqliyin təsdiqidir.
Prezident İlham Əliyev Məmmədəmin Rəzulzadəni xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim adlandırıb. Cənab Prezident AXC qurucularına olan ehtiramını təkcə sözlə deyil, əməllə də təsdiq edib.
Azərbaycan xalqı həm çar Rusiyasının, həm Cümhuriyyət, həm sovet dövründə, həm də 1990-cı ildən sonra ermənilərin ardıcıl terroruna, soyqırımına məruz qalıb.
İlham Əliyev Ali Baş Komandan kimi 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı erməni faşizmi üzərində tarixi qələbə qazandı, AXC Ordusunun başa çatdıra bilmədiyi missiyasını tamamladı. O, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Üçrəngli Bayrağımızı işğaldan azad olunmuş Şuşada, Xankəndidə ucaltmaqla babalarımızın, xalqımızın qisasını aldı, gələcək nəsillərə unudulmaz dövlətçilik nümunəsi bağışladı.
Bu gün AXC-nin qurulmasında iştirak etmiş, erməni terrorunun qurbanı olmuş xalqımızın övladlarının ruhu şaddır. Biz onların ümidlərini doğrultduq, arzularını reallaşdırdıq. Biz onların ideyalarını yaşadırıq, gələcək nısillərə ötürürük. Onların bizə etibar etdiyi, miras qoyduğu dövlətçilik ənənəsi bu gün etibarlı əllərdədir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 May 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri