Siyavuş Novruzov Əfqanıstan veteranları üçün güzəşt istədi
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
7 min azərbaycanlı Əfqanıstan müharibəsində iştirak edib. Onların bir hissəsi geri dönməyib, bir hissəsi xəstəliklərlə mübarizə aparır, amma onlar dövlət rüsumundan azad olunanların kateqoriyasında deyil.
"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Dövlət rüsumu haqqında” qanunun müzakirəsi zamanı deyib.
“Çernobul da, Əfqanıstan da SSRİ dövründə baş verən hadisə idi. Ona görə də, Əfqanıstan müharibəsində iştirak edənlər də rüsumdan azad edilməlidir. Digər qanunlarda da mən rast gəlirəm ki, bu cür yanaşma mövcuddur. Bütün kateqoriyalar yazılır, Əfqanıstan müharibəsində iştirak edənlər yazılmır. Xatırlatmaq istəyirəm ki, ilk dəfə məhz Ümummili Lider Heydər Əliyev Əfqanıstan veteranlarına müraciət etdi və Beyləqanda erməni qoşunlarının qarşısını Əfqanıstan veteranları aldı və irəliləməklərinə imkan vermədi. O baxımdan gələcəkdə bu məsələnin nəzərdə tutulmağı məqsədəuyğun olardı”.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qeyd edib ki, bu qanun layihəsində "güzəştlərdən azad olunma" anlayışı müvafiq kateqoriyaları, o cümlədən Əfqanıstan müharibəsi iştirakçılarını da əhatə edir.
“Əgər diqqət yetirsək, qanun layihəsində göstərilir ki, müharibə şəraiti və əhəmiyyətli xidmət vəzifələrinin yerinə yetirilməsi halları ayrıca nəzərə alınır. Bu isə o deməkdir ki, Əfqanıstan müharibəsində iştirak edən şəxslər də müvafiq hallarda istisna kateqoriya kimi qiymətləndirilə bilər və onların hüquqları nəzərə alınacaq”.
Qeyd edək ki, yeni maddəyə görə, ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini), o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş, habelə şəhid ailəsi statusu almış şəxslərdən bəzi xidmətlər və hüquqi hərəkətlər üçün dövlət rüsumu tutulmur.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 23 Dekabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















