Siyəzəndə 52 yaşlı kişi xəstəxanaya hücum etdi, binanın qapısını qırdı
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Siyəzən Rayon Mərkəzi Xəstəxanasına hücum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə sentyabrın 15-də baş verib . Rayon sakini, 1973-cü il təvəllüdlü Əlhadi Məhəmməd oğlu Səmədov əsəbi halda əraziyə gələrək, xəstəxananın qapısını təpiklə qırıb, binaya daxil olub.
Hadisə yerinə polis əməkdaşları gəliblər və şəxs barədə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
Siyəzən Rayon Məhkəməsində inzibati xəta törədən şəxslə Siyəzən Rayon Mərkəzi Xəstəxanasının direktoru arasında barışıq elan olunub və hadisəni törədən şəxs xəstəxanaya dəymiş 100 manat ziyanı ödəyib. Məhkəmənin qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.
Samir Əli

Siyəzəndə təxliyə olunanlar xəstəxanaya yerləşdirildi VİDEO
16 Aprel 2025 21:50
Siyəzəndə 17 yaşlı yeniyetmə BIÇAQLANDI
01 Mart 2025 22:44
Siyəzəndə kişi küçədə infarktdan öldü
24 Aprel 2025 19:34
Siyəzəndə məktəbli vəfat ETDİ
06 Aprel 2025 16:16
Siyəzəndə sex yanıb
22 May 2025 10:46

