Siyəzəndə iki qardaşın mübahisəsi cinayətlə nəticələndi
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Siyəzəndə iki qardaş arasında baş verən mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu il fevralın 8-də Siyəzən şəhərinin H.Talıbov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində baş verib.
1987-ci il təvəllüdlü Əbil Əbilov həmin gün saat 21:00 radələrində qardaşı Fəridlə aralarında yaranmış mübahisə zamanı onun sol gicgah nahiyəsinə yumruqla, sol ayağına isə təpiklə bir neçə dəfə zərbə vurub. O, qardaşını döyərək ona müxtəlif xəsarətlər yetirib.
Əbilə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Əbil elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, fevralın 8-də yaşadığı evə sərxoş vəziyyətdə gəlib və həmin vaxt həyat yoldaşı ilə arasında mübahisə yaranıb:
“Həmin vaxt qardaşım Fərid mənə yaxınlaşaraq içkili olduğumu bildirdi və ‘Get başını qoy yat’ dedi. Mən də içkili olduğum üçün qardaşımın baş nahiyəsinə iki dəfə yumruqla, sol ayağına isə təpiklə vurdum. Onu döysəm də, növbəti gün əməlimdən peşman oldum.”
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, zərərçəkmişlə eyni evdə yaşayır və artıq barışıblar. O, zərərçəkmişin ona qarşı heç bir şikayəti və tələbi olmadığını, himayəsində bir azyaşlı övladının olduğunu da qeyd edib.
Siyəzən Rayon Məhkəməsinin hökmü ilə Əbil hər ay qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Biləsuvarda iki nəfərin mübahisəsi cinayətlə nəticələndi
18 Sentyabr 2025 23:02
Bakıda gecəyarısı iki gəncin mübahisəsi cinayətlə nəticələndi
10 Oktyabr 2025 18:40
Bakıda qohumların mübahisəsi cinayətlə nəticələndi TƏFƏRRÜAT
06 Avqust 2025 15:06
Xalaoğlanlarının mübahisəsi cinayətlə nəticələndi Ağdamda insident
31 Avqust 2026 12:16
Tanışların 20 manatlıq borc mübahisəsi cinayətlə nəticələndi TƏFƏRRÜAT
07 Oktyabr 2025 21:28
Baxış sayı:168
Bu xəbər 06 Avqust 2026 20:35 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları