Icma.az
close
up
RU
Bakıda gecəyarısı iki gəncin mübahisəsi cinayətlə nəticələndi

Bakıda gecəyarısı iki gəncin mübahisəsi cinayətlə nəticələndi

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Sabunçu rayonunda 2007-ci il təvəllüdlü Səbuhi şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Elmara (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, o, yaşadığı ünvanın qonşuluğunda yerləşən yarımtikili qarajdan dəmir  və taxta parçaları götürən zərərçəkmiş Elmar və istintaqa adı məlum olmayan şəxsin oğurluq etməklərindən şübhələnib. 
Təqsirləndirilən şəxs onlardan gecə saatlarında qonşusunun qarajında nə etdikləri ilə maraqlanıb. Bu zaman Elmar və yanında olan şəxs ona aqressiv qarşılıq verməklə dəmir parçası ilə onu hədələyərək üzərinə gəliblər. 
Səbuhi zərərçəkmiş şəxsin sifətindən qəsdən yumruq zərbəsi ilə vurub. Sonra isə zərərçəkənin əlindən aldığı dəmir parçası ilə iki dəfə onun qarın nahiyəsindən qəsdən vurub. Ona ağır dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Səbuhinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2023-cü ilin iyul ayında dayısının evində olan zaman, əsgər gedən dostu ona görüşüb, evdə çay içməyi təklif edib: “Biz evə gedən zaman 3 nəfərin qarajda dayandığını  gördüm və nə baş verdiyini anlamaq üçün həmin qonşunun həyətinə yaxınlaşdım. Qonşunun qarajında dayanan şəxslər işlərinin olduğunu və bizə getməyi dedilər. Daha sonra sözlərimiz çəpləşdi. Həmin şəxslərdən biri ilə dava etməyə başladım”.
Təqsirləndirilən şəxs bildirib ki, hadisə onların məhəlləsində, lakin onların deyil, qonşularının həyətində baş verib: “Hadisənin baş verdiyi həyət qazinin həyəti olub. Həmin şəxs maşın ustası olub, həyətində maşın düzəltmək üçün servisi var. Üç nəfər şəxs həmin qarajda dayanmışdı. Mən də həmin şəxslərin oğurluq etmək məqsədi ilə orada olduqlarını zənn etdim. Elmara yaxınlaşaraq orada nə etdiklərini soruşdum. Mən yaxınlaşan zaman Elmar orada tək olub, mənim yanımda isə dostum İlqar var idi. Mən Elmar adlı şəxsi tanımamışam, uzaqdan-uzağa görmüşəm. Ondan orada nə etdiyini soruşdum. O, da işinin olduğunu dedi, mənim getməyimi istədi. Mən qonşumun həyəti olduğunu, gecə yarısı orada nə işi olduğunu soruşdum. Zərərçəkmiş şəxs  bu sualıma aqressiv cavab verdi, qışqıraraq məni vurdu və getməyimi tələb etdi. Mən də qarşılıq olaraq həmin şəxsi yumruqla vurdum”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Elmar dəmir parçası çıxarıb, onu dəmirlə vurub: “Mən də dəmir parçasını Elmarın əlindən aldım və bir dəfə həmin şəxsi vuraraq kənara atdım. Həmin il 11-ci sinifdə oxumalı olmuşam. Lakin 9-cu sinifdən məktəbdən çıxmışam. Atam çayçı işləyir, mən də ona kömək edirəm”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Elmarın sözlərinə görə, gecə saatlarında narkotik vasitə almaq üçün başqa bir şəxsin həyətinə girib: “Mən bu hadisənin baş verməsində təqsiri özümdə görürəm. Mən başqa şəxsin həyətinə girmişəm. Həmin zaman pul verib, narkotik vasitəni gətirmələrini gözləmişəm. Təqsirləndirilən şəxs mənə yaxınlaşanda sözlərimiz düz gəlmədi və hadisə baş verdi”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Oktyabr 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri