Icma.az
close
up
RU
“Siz kimsiniz ki, sizə məhz bu məxluq alqış tutur?!”

“Siz kimsiniz ki, sizə məhz bu məxluq alqış tutur?!”

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlum olduğu kimi, ötən gün Vaşinqtonda bir neçə anti-milli ünsür Prezident İlham Əliyevin qaldığı hotelin qarşısında təxribata cəhd edib. 

“Qafqazinfo” xəbər verir ki, qeyri-etik davranışları ilə diqqət çəkən və əxlaqsız ifadələr işlədən şəxslər dövlət başçısının qaldığı hotelə soxulmaq istəyiblər.

Görünən odur ki, Vaşinqtondakı anti-milli ünsürlər ABŞ-dəki şovinist erməni dairələrinin əlaltısı, onların sifarişləri ilə hərəkət edən xalq düşmənləridir. Təsadüfi deyil ki, onların aqressiv və qeyri-əxlaqi aksiyasına ilk reaksiya və dəstək ANCA təşkilatı tərəfindən gəlib. ANCA-dan sonra dərhal səsini çıxaran Azərbaycanın düşməni Frenk Palloni olub. Onun erməni maliyyəsində oturduğu, erməni lobbisi tərəfindın idarə olunduğu, ANCA-dan maaş aldığı, Azərbaycanın düşməni olduğu heç kəsə sirr deyil. Hələ araşdırılarsa, onun da Menendez kimi cinayətlərdə əlinin olmasının üzə çıxacağı da şübhəsizdir.

Frenk Palloninin 907-ci maddənin müəlliflərindən biri, Xocalıda törədilən qətliamları inkar edən, Azərbaycan torpaqlarının işğal altında saxlanmasına çağıran, vaxtilə işğal altında olan torpaqlara səfər edən şəxs olduğunu, yəqin ki, oxucular xatırlayar. Anti-milli ünsürlər məhz bu cür şovinist erməni dairələri ilə əlbir olaraq Azərbaycana qarşı eyni cəbhədə yer alıblar və ən axırıncı yola qədəm qoymaqdan belə çəkinmirlər. 

Fotoda: Frenk Palloni

Bu ünsürlər böyük beynəlxalq tədbirin keçirildiyi gün Vaşinqtonda ABŞ-nin təhlükəsizlik qaydalarını kobud şəkildə pozublar. Hotelin ətrafında təhlükəsizlik perimetrini zorakı formada pozmağa çalışan, qeyri-etik ifadələr işlədən, təhrikedici və zorakı addlmlar atan  bu ünsürlərlərin cəhdlərinin qarşısı ABŞ polisi və Prezidentin təhlükəsizlik xidməti tərəfindən alınıb.

Məsələ sosial şəbəkələrdə də geniş müzakirələrə yol açıb. Ekspertlər son hadisələri məhz sifariş əsasında icra edilən aktlar kimi dəyərləndiriblər. Siyasi şərhçi Elçin Alıoğlu hesab edir ki, baş verənlər sifariş gələn kimi öz dövlətinə zərbə vurmağa hazır olan yad siyasi “mətbəx”in xidmətçi heyətinin hazırladığıdır: “Vaşinqtonda yenə elə bir “zümrə” üzə çıxıb ki, öz ölkəsinin və xalqının maraqları ilə yox, yad metodikalarla və yad kassalarla yaşayır.ABŞ paytaxtında səs-küylü və aqressiv aksiya quran antimilli ünsürlər Amerikadakı şovinist erməni dairələri ilə sinxron işləyib, faktiki olaraq onların tapşırıqlarını icra ediblər. Bu, nə müxalifətdir, nə də vətəndaş mövqeyi.

Aydın görünür: İlk dəstək haradan gəldi. Nə hüquq müdafiəçilərindən, nə müstəqil müşahidəçilərdən, nə də doğrudan hüquq və azadlıqları düşünənlərdən. Birinci reaksiya ANCA-dan gəldi - Azərbaycanda çoxdan erməni lobbiçiliyinin sinir mərkəzi və onun birtərəfli qaydaları ilə oynamaqdan imtina edən hər kəsə təzyiq mexanizmi kimi qəbul olunan strukturdur. ANCA aksiyanı alqışlayırsa, bu, artıq diaqnozdur: siz ideya üçün yox, illərdir gündəmini Azərbaycanın demonizasiyası və düşmənçiliyin qızışdırılması üzərində quranların maraqları üçün çıxmısınız.

Ardınca, demək olar, fasiləsiz şəkildə Frenk Palloni söz aldı - Azərbaycan-erməni “dosyesi” fonunda kimliyi çoxdan məlum olan fiqur. Onu bədnam 907 düzəlişinin həmmüəlliflərindən biri adlandırırlar. Ritorikası illərlə Azərbaycan ərazilərinin işğalına bəraət qazandırmağa işləyib. O, Xocalı faciəsinin inkarına qədər gedib çıxıb. Keçmişdə isə o vaxt işğal altında olan ərazilərə nümayişkaranə səfərlər edib. Belə bir adam küçə “tamaşanıza” tələsik dəstək verirsə, sadə suala dürüst cavab vermək lazımdır: Siz kimsiniz ki, sizə məhz bu məxluq, erməni qulluqçusu olan fərd alqış tutur?!”

E.Alıoğlunun sözlərinə görə, Pallonenin tərəfdarları “dəyərlərdən”, “demokratiyadan”, “söz azadlığından” danışa bilər. Amma söz azadlığı muzdlu azadlıq deyil: “Siyasətçi illərlə bir etnik lobbinin farvaterində hərəkət edəndə, çıxışları ANCA tezisləri ilə təəccüblü dərəcədə üst-üstə düşəndə, adı ətrafında daim erməni strukturları ilə maliyyə bağlantıları barədə söhbətlər dolaşanda, cəmiyyət şəffaflıq tələb etməkdə haqlıdır. Daha dərinə gedilsə, Menendes səviyyəli qalmaqallardan geri qalmayan, daha ciddi süjetlərin də üzə çıxması istisna deyil. Belə koordinatlarda “aksiya” sadəcə xidmətə çevrilir: düyməni basırlar - “lazım olan” adamlar küçəyə çıxır, görüntü və səs-küy təmin olunur.

Rəzillik və riyakarlıq ondadır ki, bütün bunlar böyük beynəlxalq tədbirin keçirildiyi gün təşkil olunub - Vaşinqtonda təhlükəsizlik rejiminin gücləndirildiyi, qayda-qanuna görə məsuliyyətin artdığı vaxtda. Bu ünsürlər ABŞ qaydalarını bilərəkdən kobud şəkildə pozublar: hotelin yanında mühafizə perimetrini yarmağa cəhd, əməkdaşlara təzyiq, etikadan kənar qışqırıqlar, təxribatçı və aqressiv davranış. Onlar birbaşa qarşıdurma həddinə qədər gedib, sanki nə qədər irəli keçə biləcəklərini yoxlayıblar. Onları ABŞ polisi və prezidentin təhlükəsizlik xidməti saxlayıb. Və bu, bəlkə də ən yaxşı nəticədir: səhnə kimi istifadə etmək istədikləri dövlət özü onlara yol verilən hədləri göstərdi”.

Şərhçinin sözlərinə görə, məsələ inzibati protokollar deyil, əsas məsələ bu hadisənin mənəvi mahiyyətidir: “Xaricdəki Azərbaycan icması həmişə ləyaqəti, zəhməti, reputasiyası, dünya ilə faktlar və arqumentlər dili ilə danışmaq bacarığı ilə güclü olub. Bu “aktivistlər” isə arqumenti isterika ilə əvəz edir, şərəfi - ucuz şou ilə, milli marağı - yad təbliğat maşınının sifarişi ilə. Beləcə, keçmişi qaytarmaq, düşmənçiliyi dondurmaq və regionu yenidən revanşist ssenarilərə sürükləmək istəyənlərin əlində rahat alətə çevrilirlər.

Bu gün məsələ onların qışqırmasında deyil. Məsələ ondadır ki, kimin səsi ilə qışqırdılar. Və erməni radikalları ilə sinxron şəkildə Azərbaycanın imicinə hücum edəndə kimin maraqlarına işlədilər. Heç bir gur şüar sadə həqiqəti örtməz: bu - dünən işğalı bəraətləndirən, Xocalını inkar edən və 907 kimi təzyiq alətlərini irəli sürənlərlə ittifaqdır. Bu - öz dövlətinə qarşı seçimdir. Deməli, qiymət də uyğun olmalıdır: “aktivizm” pərdəsi altında siyasi ziyanvericilik.

Kimsə bunu “rəy” kimi qələmə verməsin. Rəylə sözlə mübahisə edirlər, lobbi qərargahları ilə koordinasiya etmirlər. Rəyin ANCA alqışına və Pallonenin adət edilmiş imzasına ehtiyacı olmur. Azərbaycanın əleyhinə yad bayraqlar altında meydana çıxan bilməlidir: belə fiqurların hekayəsi həmişə eyni cür bitir - istifadə edirlər, sonra kənara atırlar və unudurlar. Zavallıların, öz maraqlarını hər şeydən üstün tutanların binəsib taleyi belədir…”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev də saytımıza açıqlamasında bildirib ki, Vaşinqtonda baş verən insident ətrafında aparılan informasiya kampaniyası bir daha göstərir ki, Azərbaycana qarşı qərzli addımlar hələ də var: “Azərbaycanla bağlı məsələlər beynəlxalq informasiya məkanında tez-tez manipulyasiya predmetinə çevrilir. Hadisənin mahiyyəti araşdırılmalıdır və sonra qiymət verilməlidir. Əsas məsələ odur ki, baş verən təxribatın məqsədli şəkildə siyasiləşdirilməsi və təxribat elementləri ilə təqdim olunması açıq şəkildə görünür. 

Bir məsələni qeyd etmək istərdim ki, Prezidentin Təhlükəsilik Xidməti bu insident zamanı yüksək peşəkarlıq nümayiş etdirdi. Dövlət başçısının və rəsmi nümayəndə heyətinin təhlükəsizliyinin təmin edilməsi üzrə çox çevik, koordinasiyalı şəkildə fəaliyyət göstərdi. Bu beynəlxalq standartlara da tam cavab verir, tam uyğundur. Azərbaycan təhlükəsizllik strukturlarının beynəlxalq tədbirlərdə, səfərlərdə necə sistemli və peşəkar çalışdığının təzahürüdür və bir daha təsdiqləyir”. 

Fotoda: Arzu Nağıyev

A.Nağıyev əlavə edib ki, əsas məqamlardan biri də ABŞ-də erməni lobbisinin fəal simalarından olan senator Frenk Palloni, eyni zamanda ANCA təşkilatının bu hadisəni təxribatçı konteksdə yaymağa çalışmasıdır: “Bu, əsas diqqətçəkən məqamlardan biridir. Yeni yanaşma deyil, Azərbaycanla bağlı hər hansı bir epizoddan istifadə edərək siyasi kampaniya qurmaq və bunda vasitəçi kimi sapı özümüzdən olan baltalardan istifadə etmək və xarici xüsusi xidmət orqanlarının agenturasından istifadə etmək-bu, həmişə var və uzun illərdir müşahidə olunur. 

Bu gün baş verən hadisə ilə bağlı informasiya manipulyasiyaları reallığı təhrif edir, hadisəni konteksdən çıxarır, ictimai rəyi digər istiqamətə yönəldir. Halbulki beynəlxalq münasibətlərdə və diplomatik praktikada əsas prinsip ciddi faktlara söykənməlidir, hüquqla tənzimlənməlidir və dövlətin suverenliyinə hörmət edilməlidir. Azərbaycan öz mövqeyində, məlum məsələdir ki, ardıcıldır, Prezident İlham Əliyevin siyasəti suverenlik, ərazi bütövlüyümüz, milli-mənəvi dəyərlərə söykənmək və hər bir Azərbaycan vətəndaşının rifahıdır. Biz hüquqi dövlətdə yaşayırıq və hüquqa əsaslanan siyasət yürüdürük. Heç bir təxribat və ya informasiya kampaniyası bizi bu yoldan sapdıra bilməz. Əksinə, bu cür cəhdlər regionda sabitliyə töhfə verən konstruktiv proseslərə zərbə vurur. Bu gün Azərbaycan və Ermənistan arasında olan münasibət, sülhün bərqərar olması, delimitasiya-demarkasiya məsələsi və digər istiqamətlərdir. Ona görə də hesab edirəm ki, baş verən təxribat siyasi manipulyasiya prizmasından deyil, soyuqqanlı şəkildə, faktlar əsasında qiymətləndirilməlidir. Təhlükəsizlik Xidmətinin peşəkarlığını bir daha qeyd etmək istəyirəm. Dövlət institutlarının koordinasiyası və Azərbaycanın prinsipial mövqeyi bu cür təxribatların qarşısında ən güclü cavabdır”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Fevral 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri