Siz vergi ödəyirsiniz, vəsaitlər terrorçulara gedir Vens
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın vitse-prezidenti J.D. Vens bildirib ki, xarici terrorçu qruplar saxtakarlıq yolu ilə ABŞ büdcə vəsaitlərini əldə etmiş ola bilərlər.
"Ölkə.az" bu barədə xarici KİV-ə istinadən xəbər verir.
O, ABŞ-da federal vəsaitlərin sui-istifadə hallarına toxunaraq qeyd edib ki, şübhəsiz ki, bir sıra digər ölkələrin hökumətlərinin və xarici terror təşkilatlarının bu resurslar vasitəsilə necə varlandıqlarını sənədləşdiriblər. Vens hansı qruplara və ya proqramlara istinad etdiyini açıqlamayıb. O, xüsusilə qeyd edib ki, ABŞ-da sənədsiz immiqrantların hökumətdən saxta yollarla maliyyə yardımı alması və bu vəsaitləri Latın Amerikası ölkələrində fəaliyyət göstərən narkotik kartellərinə yönəltməsi halları olub. ABŞ administrasiyası bu kartellərin çoxunu terrorçu qruplar hesab edir.
"Bu, qəbuledilməzdir: siz vergi ödəyirsiniz və bu vəsaitlər terrorçulara gedir, ölkəniz isə həmin terrorçuların digər amerikalıları öldürməsinin qarşısını almağa çalışır. Bu, şokedicidir, amma federal hökumət göz yumduqda belə olur", - deyə Vens əlavə edib.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 16 May 2026 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















