Icma.az
close
up
RU
Qonşunun səhvi sizə baha başa gələ bilər: Hansı halda zərəri siz ödəyirsiniz?

Qonşunun səhvi sizə baha başa gələ bilər: Hansı halda zərəri siz ödəyirsiniz?

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Su sızması və ya qonşunun ehtiyatsızlığı nəticəsində evin su basması həm çoxmənzilli binalarda, həm də həyət evlərində ciddi maddi zərərə səbəb ola bilər. Belə hallarda zərərin kimin məsuliyyətində olduğu, hadisənin necə sənədləşdirilməsi və dəymiş zərərin hansı qaydada tələb edilə biləcəyi zərərçəkən şəxslər tərəfindən əsas mövzulardan biridir. 
Qonşunun səhvi nəticəsində evə dəyən zərəri necə sübut etmək olar və zərərin ödənilməsi üçün hansı hüquqi addımlar atılmalıdır?
Hüquqşünas Səməd Vəkilov Demokrat.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, qonşuluq münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170-ci maddəsi ilə tənzimlənir:

"Maddəyə əsasən, ikitərəfli təsirlərin yarana biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı hesab olunur. Qanunvericiliyə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmətlə yanaşmalıdırlar. Hər kəs öz mülkiyyət hüququnu həyata keçirərkən qonşunun mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidir. Xüsusilə işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və titrəyişlərin, torpaq sahələrinin yerləşmə və xarakteristikasına görə yolverilməz təsirləri qadağandır. Bundan əlavə, heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız qəbul etməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, aşağıdakı mülkiyyətçi yuxarıdakı mülkiyyətçidən öz hesabına aşağı torpaq sahəsindən nov çəkilməsini tələb edə bilər".
Səməd Vəkilov qeyd edib ki, eyni zamanda, bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirməklə və ya onları qarışdırmaqla başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir:
"Mülki Məcəllənin 21-ci maddəsində isə dəymiş zərərin əvəzinin ödənilməsi nəzərdə tutulur. Təbii ki, belə məsələlər qonşular arasında qarşılıqlı razılaşma yolu ilə, məhkəmədən kənar da həll edilə bilər. Lakin tərəflər arasında razılıq əldə olunmadıqda, məsələ məhkəmə qaydasında həll edilə bilər. Zərər çəkdiyini iddia edən tərəf mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş zərərin müəyyən edilməsini və əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə təcrübəsinə əsasən deyə bilərəm ki, belə hallarda məsələnin ekspertiza yolu ilə müəyyən edilməsi, bir qayda olaraq, mühüm əhəmiyyət daşıyır. Məhkəmə müvafiq ekspertiza təyin etməklə suyun haradan sızdığını, sızmanın səbəbini və nəticədə hansı zərərin yarandığını müəyyən edə bilər. Bununla yanaşı, yalnız maddi zərər deyil, əldən çıxmış fayda və müəyyən hallarda mənəvi zərər də qanunvericilikdə nəzərdə tutulan meyarlar əsasında qiymətləndirilə bilər".
Fidan Hacızadə
 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Sentyabr 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri