Icma.az
close
up
RU
Sızanaqların müalicəsi və qidalanma

Sızanaqların müalicəsi və qidalanma

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sızanaqlar yalnız yeniyetmələrin problemi deyil. Müxtəlif yaşda olan insanlar bu problemlə üzləşir.

Bir çox hallarda qidalanmaya müəyyən dəyişikliklər etdikdə sızanaqlardan daha asan və tez qurtulmaq mümkün olur.

Mütəxəssislər artıq çoxdan təsdiq ediblər ki, qəbul etdiyimiz qida dərinin vəziyyətinə böyük təsir edir. Bu səbəbdən insan düzgün qidalanmadıqda, hətta ən bahalı sızanqlar əleyhinə olan krem və losyonlar lazım olan effekt vermir.

Beləliklə, sızanaqlardan qurtulmağın əsas şərtlərindən biri düzgün və sağlam qidalanma, dərinin vəziyyətnə mənfi təsir edən qidaların qidalanmadan çıxarılmasından ibarətdir. Bunu dedikdə kosmetoloqlar nəyi nəzərdə tutur?

- İlk növbədə şəkər və müxtəlif şirniyyatlardan (müxtəlif konfetlər, şokolad və s.) imtina etmək lazımdır. Onların əvəzinə bal, quru meyvələr və s. kimi təbii şirniyyatları yemək olar. Təbii ki, belə şirniyyatların qəbulunu da müəyyən dərəcədə məhdudlaşdırmaq lazımdır.

- Alqollu içkilərin qəbulu da sızanaqların əmələ gəlməsinə səbəb ola bilər. Məsələ burasındadır ki, alkoqol qara ciyərin fəaliyyətinə çox mənfi təsir edir. Nəticədə qara ciyər orqanizmdə olan ziyanlı birləşmələri tam şəkildə zərərləşdirə bilmir və bu birləşmələr qanda yığılaraq dərinin vəziyyətinə çox mənfi təsir edir.

- Yağlı qidalar (yağlı ət, toyuq, balıq), yağlı kremlərlə olan tortlar, pirojnalar, marqarin və s. qidalanmadan qəti şəildə çıxarılmalıdır ki, bu qidalar da dərinin vəziyyətini pisləşdirir.

- Qəhvənin qəbulu da dərinin vəziyyətini pisləşdirir. Bu səbəbdən sızanaqlara meyilli olan insanlar qəhvə qəbul etməməlidir.

- Zülalı çox olan qidalar da sızanaqların çoxalmasına səbəb olur. Bu qidalar orqanizmdə steroid hormonların səviyyəsini artırır və bu hormonların artması dəriyə mənfi təsir edir. Bu qrup məhsullara qoz-fındıq, ət və süd məhsulları aiddir. Sızanaqlardan əziyyət çəkən insanlar bu qidaların qəbulunu minimuma çatdırmalıdır. Təbii ki, dərinin vəziyyəti yaxşılaşdıqdan sonra bu məhsulların həcmini qidalanmada tədricən artırmaq olar.

- Sızanaqlardan qurtulmaq üçün qidalanmaya təzə meyvə-tərəvəz, müxtəlif sıyıqlar (xüsusilə yulaf yarması), bitki yağları (zeytun, qarğıdalı və s.) əlavə etmək lazımdır.

- Gün ərzində mütləq 1,5 l-dən az olmayaraq təmiz su içmək lazımdır. Bu əsas şərtlərdən biridir. Su orqanizmi tək xaricdən deyil, daxildən də təmizləyir – ziyanlı maddələr orqanizmdən daha asan çıxır.

- Xroniki qəbizlik sızanaqların əmələ gəlməsinin əsas səbəblərindən biri sayılır. Bu səbəbdən qəbizliyə meyilli olan insan mütləq bu problemi həll etməlidir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see319

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see296

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see280

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see274

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see244

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see239

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see229

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see213

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see198

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see197

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see193

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see191

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see189

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see186

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see185

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see174

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see172

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri