Icma.az
close
up
RU
Sizə sənətkar deyirlər, amma sənətdən karsınız

Sizə sənətkar deyirlər, amma sənətdən karsınız

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Mən çıxışımda təkcə dünəndən danışmamışam. Yığılan vulkan idi, partladı. Bu, təkcə indi olmayıb. Əvvəllər də korifey dediyimiz insanların dövründə də belə olub. Kimsə brilyant üzük, konfet aldırırdı və  ya kimsə böyük məbləğdə pul verirdi ki, "Ay sənətkar, sənə hədiyyə edirəm". O da qarşılığında efirdə həmin şəxsi tərifləyib. Bunu tamaşaçı bilməyə bilər. Tamaşaçı hazır məhsulu görür".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Gün ortası" verilişində telefon bağlantısı zamanı deyib. Sənətçi ötən gün  paylaşdığı videoda heç kimin adını çəkmədiyini bildirib:

"Bir çox insan özünə sənətkar deyib, sözünü düzgün danışmayanda tamaşaçını azdırırlar. Hamı pis oxuyur? Əsla, hamı özünə görə oxuyur. Hər kəsin bir diapazonu və özünə görə nəfəsi, rəngi var. Kimi sənət üçün, kimisi pul üçün oxuyur. Mən də demək istəyirəm ki, insanın mövqeyi, xisləti bir olmalıdır. Kimlərisə pisləyirsən ki, səsi yoxdur, bayağı oxuyur. Sonra da efirə çıxıb həmin insanları tərifləyirsən. Bu mənə çatmır. Mənim yanımda da o insanları tərfilə də, niyə pisləyirsən? Mənim yanımda pisləyirsən, kamera qarşısında təriflləyirsən. Bunu necə anlayaq. Hamı sizə sənətkar deyir, amma bilmirlər ki, sənətdən karsınız. Sənətkarın mövqeyi olmalıdır. Səbəbini birmənalı olaraq maadiyyatda görürəm. Sənətkar həm də şəxsiyyət olmalıdır, belə düşünürəm. Mən heç vaxt eşitməmişəm ki, Xalq artisti Flora Kərimova kimdənsə hədiyyə alıb və onunla duet oxuyub və tərifləyib. Onun sözü həmişə bir olub. Tərifləməsə də, üstündən keçəcək. Ona görə deyirəm ki, bunları yığışdırmaq lazımdır. Ya bir sifətiniz olsun, ya da mən sizi biabır edəcəyəm. Qoy, xalq sizi tanısın, satılmayın. Adam satılmaz, mənliyini, şəxsiyyətini satmaz. Dünəndən mənə Xalq artistləri, sənətkarlar yığıb deyirlər ki, bunu nə yaxşı ki, danışdın. Cavab verirəm ki, siz də deyin də, nə olar ki? Mən ad çəkməmişəm. Kim özünə götürürsə, günah onun özündədir. 

Dünənki payalaşımı isə silməyimi xahiş etdilər. Yəqin ki, ünvanına çatan şəxs istəyib. O deyir ki, mənim adımı hallandırırlar. Deməli, günahkarsan ki, adın hallanır".

Qeyd edək ki, Nadir Qafarzadə ad çəkmədən Əməkdar artist Teymur Əmrahı tənqid edib. Buna səbəb isə T.Əmrahın "Gün ortası" verilişində "Şəbnəm Tovuzlu, Damla, Manaf Ağayev, Zeynəb Həsəninin də səsi var. Şəbnəmin səsi dünyada ən zil səslərdən biridir. Zeynəbin səsinə vurulmuşam. Nə oxuyur, gözəl səslərlə nə xərcləyirlər, başqa mövzudur. Bu gün onlar elə gözəl səs malik ifaçılardır ki..." sözlərini deməsi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://axsam.az
archiveBu xəbər 06 Fevral 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri