“Sizə yaxşı xəbərim yoxdur”: Mirzoyan ermənilərin Qarabağa qayıtma ehtimalından danışdı KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ermənilərin Qarabağı tərk etməsinə görə məsuliyyəti Ermənistan tərəfindən daha əvvəl işğal olunan Qarabağ bölgəsində yaradılmış separatçı rejimin o vaxtkı və hətta ondan əvvəlki hakimiyyət orqanlarının üzərinə qoyub.
Bu barədə erməni mətbuatı yazıb.
Nazirin sözlərinə görə, 44 günlük müharibədən sonra Ermənistan hakimiyyəti ermənilərin Qarabağda yaşamağa davam etməsi üçün bütün mövcud real mexanizmlərdən istifadə edib:
“Bununla belə, rejimin “rəhbərliyi” Ermənistan hakimiyyətinin səylərini lazımi səviyyədə dəstəkləməyib və nəticədə vəziyyəti daha da gərginləşdirib.
İndi ermənilərin Qarabağa qayıtması məsələsi aydın və ətraflı şəkildə araşdırma tələb edir.
Geri qayıtmağın şərtləri nədir? Muxtariyyət? Yoxsa sadəcə Azərbaycan vətəndaşlığı?”.
Bu kontekstdə Mirzoyan açıq şəkildə bildirib ki, indiki şəraitdə geri dönüşü müzakirə etmək mənasızdır və bu məsələ ilə bağlı heç bir “yaxşı xəbərim” yoxdur.
Günel Mikayılova
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 08 Yanvar 2025 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















