Sizin Lombard ın filial müdiri saxlanıldı
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Sizin Lombard"ın Sumqayıt şəhər filialının müdiri xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılıb.
Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1989-cu ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuş Aslan Paşa barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, Kahin Bəkirov adlı şəxs "Sizin Lombard"a daxil olaraq şirkətin fəaliyyətindən narazı qaldığını bildirib və lombardın Sumqayıt şəhər filialının müdirinə etiraz edib. Filial müdiri isə ona faizi ödəsin deyə zəng edildiyini bildirib.
Bundan sonra tərəflər aralarında mübahisə yaranıb. "Sizin Lombard"ın Sumqayıt şəhər filialının kənarında mübahisə davaya çevirilib. Bu zaman Aslan Kahin Bəkirova qarşılıq verməyə başlayıb. Hadisə yerinə polis əməkdaşları gəlib.
Filialın müdiri saxlanılsa da, hadisənin digər iştirakçısı Kahin Bəkirov taksiyə minərək hadisə yerini tərk edib.
Məhkəmədə məlum olub ki, obyektlərin girişində mühafizə polisi tərəfindən ictimai qaydanın pozulması hallarına qarşı düymə qoyulub və filial müdiri həmin düymədən istifadə etməyib.
Aslan Paşa ifadəsində deyib ki, Kahin Bəkirovu nalayiq ifadə işlətdiyi və özünü qorumaq üçün itələyib. Hadisədən sonra saxlanıldığı polis bölməsində 5-6 saat qalıb. Məhkəmədən himayəsində 2 azyaşlı övladının olmasının nəzərə alınmasını xahiş edib.
Məhkəmənin qərarı ilə Aslan Paşa İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 50 manat cərimə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 07 Fevral 2026 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















