Icma.az
close
up
RU
Hərbi sahədə əməkdaşlıq güclənir

Hərbi sahədə əməkdaşlıq güclənir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında əsas fəaliyyət istiqamətləri diqqət mərkəzində olub

Azərbaycanla Türkiyə arasında münasibətlər bütün sahələr üzrə uğurla davam edir. Dost və qardaş, strateji müttəfiq olan iki ölkənin əlaqələrində hərbi sahədə də əməkdaşlıq xüsusi yer tutur. Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının keçirilməsi  bunun göstəricisidir.

Ordu generalı Levent Ergünün başçılığı ilə...

Müdafiə Nazirliyindən verilən məlumata görə, iclas çərçivəsində Azərbaycan müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi, ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. O, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib və bu əməkdaşlığın daha da genişləndirilməsinin hər iki tərəf üçün əhəmiyyətini diqqətə çatdırıb.

Keçirilən görüşlərin və icra olunan birgə fəaliyyətlərin bundan sonra da intensivləşəcəyini bildirən ordu generalı L.Ergün qarşılıqlı təcrübə mübadiləsinin hər iki ordu üçün səmərəli olacağını qeyd edib.

Görüşdə Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq sahəsindəki cari fəaliyyət mexanizmləri barədə geniş müzakirələr aparılıb. Hərbi Dialoq İclasının növbəti mərhələsində Alt İşçi Qrupları tərəfindən ikitərəfli hərbi əlaqələrin cari vəziyyəti təhlil edilərək, perspektivdə duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri haqqında fikir mübadilələri aparılıb.

Qeyd edək ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizə səfər edən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. General-polkovnik Z.Həsənov Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib, hərbi əməkdaşlığımızın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin vacibliyini qeyd edib. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıb. Ordu generalı L.Ergün isə ölkələrimiz arasında əlaqələrin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını diqqətə çatdırıb.

Görüşdə hər iki qardaş ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yeni perspektivləri, həmçinin regional təhlükəsizlik və maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ordunun gücləndirilməsi prioritetdir

Məlumdur ki, Azərbaycanın dövlət siyasətinin ən mühüm prioritetlərindən olan ordu quruculuğu özünün müsbət nəticələrini ortaya qoymaqdadır. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, antiterror tədbirləri zamanı ortaya qoyulan peşəkarlıq və operativlik ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər bu sahədə həyata keçirilən davamlı islahatların və məqsədyönlü tədbirlərin  nəticəsində Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Yəni ölkəmiz güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir silahlı qüvvələri sayılır.

Şuşa Bəyannaməsi hərbi sahədə əməkdaşlığı dərinləşdirib

Azərbaycanda müasir ordu quruculuğu işləri davam edir və yeni mərhələdə silahlı qüvvələrimiz Türkiyə modelinə uyğunlaşdırılır.

Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən hərbi ekspert Emin Həsənli bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin tapşırığına uğun olaraq silahlı qüvvələrimiz Türkiyə modelinə keçir və ordu quruculuğu istiqamətində qardaş Türkiyənin modeli əsas götürülür. Bu istiqamətdə xeyli işlər görülüb. Xüsusi olaraq dağ komanda birlikləri, hərbi hissələr yaradılıb ki, müasir döyüşlərdə və yeni müharibələrdə  onun çox böyük önəmi var. Eyni zamanda, xüsusi təyinatlılarımızın sayının artırılması istiqamətində də xeyli addımlar atılıb. Azərbaycan Silahlı Qüvvələri ştat-zabit strukturuna uyğun olaraq, Türkiyə modelinə keçib və bu keçiddə qardaş Türkiyənin xüsusi rolu var. Onun sözlərinə görə, Şuşa Bəyannaməsi bir çox istiqamətlərdə, o cümlədən hərbi  sahədə əməkdaşlığı dərinləşdirib: “Türkiyə ordusu ilə ayrı-ayrı qoşun birliklərimiz fəal əməkdaşlıq edir. Eləcə də, antiterror əməliyyatlarının keçirilməsi, dağda və ərazilərdə əməliyyatların keçirilməsi və sair istiqamətlərdə birgə təlimlər keçirilib. Bu təlimlərin əhəmiyyəti odur ki, Azərbaycan ordusu istənilən situasiyaya hazır vəziyyətdədir. Bundan başqa, Azərbaycan ordusunun tərkibində “Komando” birliklərinin yaradılması da Türkiyə təcrübəsinin nümunəsidir”.

Həmsöhbətimiz diqqətə çatdırıb  ki, Türkiyə ilə hərbi sahədə təcrübə mübadiləsi bu gün də davam etdirilir. Hazırda  yeni proqramlarla hərbi təhsil aparılır. Bu təhsil modeli daha güclü və daha effektiv olacaq. Hərbi məktəbdən buraxılan gələcəyin zabitləri həm idarəetmə, həm qərar qəbuletmə qabiliyyətinə görə daha savadlı yetişəcəklər. Digər tərəfdən, ən əsas məsələ vətənpərvərlik hissinin güclü şəkildə aşılanması, Vətənə sevgi, dövlətə sədaqətli olmaqdır. Türkiyə ilə təcrübə mübadiləsi bizə həm də təhsilin yeni formaya keçirilməsində kömək edib. Türkiyənin aparıcı hərbi məktəblərində həm müəllimlərimiz, həm hərbçilərimiz təhsil alıblar.

Ekspert qeyd edib ki, Azərbaycan mühüm geosiyasi regionda yerləşir. Ona görə də, ordu quruculuğu daim xüsusi diqqət mərkəzindədir. “Azərbaycan və Türkiyə bu istiqamətdə öz üzərinə düşəni edir. Azərbaycan Ordusu daha da peşəkarlaşır, təkmilləşir və hər an istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Türkiyə ordusu dünyanın ən güclü, ən müasir ordularından biridir. Azərbaycan Ordusunun da peşəkarlığı yüksək səviyyədədir. Vətən müharibəsi bunu sübut edib.  Ordumuzun daim yüksək səviyyədə olması üçün dövlət hərtərəfli diqqət və qayğı göstərir. Bu sahədə Türkiyə ilə əməkdaşlıq bundan sonra da davam edəcək. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclaslarının keçirilməsi də bu prosesdə vacib rol oynayır”, - deyə E.Həsənli vurğulayıb.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Dekabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri