Slovakiya məhkəməsi Baş nazir Fitsoya atəş açan şəxsə hökm oxudu
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Slovakiya məhkəməsi ölkənin Baş naziri Robert Fitsoya atəş açan şəxsə hökm oxuyub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" nəşri məlumat verib.
Məlumata görə, məhkəmə Robert Fitsoya qarşı sui-qəsd cəhdi edən Yuray Sintulanı 21 il müddətinə azadlıqdan məhrum edib.
Sintula sui-qəsd cəhdində və terrorizmdə təqsirli bilinib.
Xatırladaq ki, 16 may 2024-cü ildə Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Nazir döş qəfəsi və qarın nahiyəsindən çoxsaylı güllə yarası alıb, ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq əməliyyat olunub, həyatı xilas edilib. Fitsoya atəş açan şəxs 71 yaşlı yazıçı Yuray Sintula olub və o, sui-qəsd cəhdini siyasi motivlərlə törətdiyini, hökumətin siyasəti ilə razı olmadığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 21 Oktyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















