Slovakiya Rusiya qazının öz ərazisi ilə Aİ yə tranzitini qaytarmaq niyyətində olduğunu açıqlayıb
Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.
Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyadan Slovakiya vasitəsilə Avropaya qaz nəqlini dayandırmaq qərarı Avropa iqtisadiyyatı üçün son dərəcə dağıdıcıdır, ona görə də Bratislava Rusiya qazının ölkəyə axınının davam etməsi üçün əlindən gələni edir.
Bu barədə Avropa Parlamentinin (AP) Slovakiyadan olan deputatı Lubos Blaqa məlumat verib.
"Rusiya qazının Slovakiyaya axmağa davam etməsi üçün əlimizdən gələni edirik. Bu, Slovakiya və Avropa iqtisadiyyatına o qədər ziyan vurur ki, bunu müharibə aktı, ukraynalılara müxtəlif yollarla kömək edən slovaklara qarşı təcavüz aktı adlandırmaq olar və indi bu, Zelenskidən qisasdır", - deyə siyasətçi bildirib.
O əlavə edib ki, vəziyyət o qədər absurdlaşıb ki, hətta Rusiyaya “nifrət bəsləyən” Qərb ölkələri də ondan mayeləşdirilmiş təbii qaz (LNG) alıb, sonra isə Avropaya satırlar.
Mövsüm
Aznews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 04 Aprel 2025 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















