Slovakiya Rusiya qazının Ukrayna ərazisindən nəqlinin bərpasını istəyir
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Slovakiya Baş naziri Robert Fitso ölkəsinin Rusiya qazının Ukrayna ərazisindən nəqlinin bərpası məsələsini müzakirə etməyə hazır olduğunu bildirib.
APA xəbər verir ki, o, bu barədə Slovakiyanın Koşitse şəhərində Ukraynanın Baş naziri Yuliya Sviridenko ilə görüşü zamanı deyib.
“Qaz tranziti ilə bağlı müxtəlif baxışlarımızın olması bir faktdır. Dostlar bir-birinə açıq danışmalıdır. Buna görə də qeyd etmək istəyirəm ki, Slovakiya elektrik enerjisi tədarükü sahəsində yardım göstərməyə hazırdır”, – Robert Fitso bildirib.
Onun sözlərinə görə, Slovakiya Ukrayna enerji sisteminin sabitləşdirilməsinə kömək edəcək müəyyən miqdarda elektrik enerjisi tədarük edə bilər. Eyni zamanda, Fitso qaz tranziti məsələsinin hələ də açıq qaldığını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 17 Oktyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















