Fitso Rusiya qazının Ukrayna ərazisi ilə tranzitinə dair Zelenskinin şərtini absurd adlandırıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
Prezident Vladimir Zelenski Rusiya qazının Ukrayna ərazisi ilə tranzitini tamamilə istisna edir.
APA xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso Avropa İttifaqının sammitindən sonra jurnalistlərə bildirib.
“O, (Zelenski) bunu tamamilə istisna etdi və mənə görə absurd şərt irəli sürdü. Məsələn, o deyir ki, tranzit təklifi ilə o halda razılaşa bilər ki, biz qaz tədarükçüsünə (Rusiyaya) müharibənin axırına kimi ödəniş etməyək. Hansı axmaq bizə pulsuz qaz verər?”, - Fitso deyib.
Fitso hesab edir ki, Kiyev hakimiyyəti Ukrayna ərazisindən qaz tranzitini bloklamaqla Slovakiyanın iqtisadi maraqlarına zərbə vurur, eyni zamanda bu, bütövlükdə Avropanın zərərinə ola bilər: “Ukrayna qaz tranzitini dayandıran kimi qaz bahalaşacaq. Bu isə bütün Avropa İttifaqı üçün ağrılı olacaq”.
Onun sözlərinə görə, bununla belə, Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsinə dair Avropa cəmiyyətində yekdil fikir yoxdur.
Baxış sayı:64
Bu xəbər 20 Dekabr 2024 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















