Smartfon seçərkən hansı məqamlara baxmaq lazımdır? CAVAB
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Əlverişli qiymətə smartfon alarkən yalnız cihazın qiymətinə deyil, batareya ömrünə, yaddaş tutumuna və proqram təminatı dəstəyinə də diqqət yetirmək tövsiyə olunur.
Redaktor.az xəbər verir ki, Hollandiyanın "HCC android" icmasının mütəxəssisləri büdcəyə uyğun smartfon seçərkən nəzərə alınmalı məqamları açıqlayıblar.
Mütəxəssislər bildiriblər ki, smartfon almamışdan əvvəl cihazın təhlükəsizlik yeniləmələrini və yeni əməliyyat sistemi versiyalarını nə qədər müddət alacağını yoxlamaq vacibdir. Bu müddət adətən telefonun satışa çıxarıldığı tarixdən hesablanır.
Yaddaş tutumu da seçim zamanı əsas amillərdən biridir. Mütəxəssislərin fikrincə, əksər istifadəçilər üçün 128 GB yaddaş kifayət edir. Çoxlu foto, video və tətbiq saxlayanlar isə 256 GB yaddaşa malik modellərə üstünlük verə bilərlər.
Kamera seçərkən yalnız meqapiksel sayına əsaslanmaq düzgün deyil. Şəkillərin emalı və zəif işıqlandırma şəraitində çəkiliş imkanları da foto keyfiyyətinə təsir göstərir. Buna görə də smartfon almamışdan əvvəl istifadəçi rəylərinə və nümunə fotolara baxmaq məsləhət görülür.
Bununla yanaşı, əlverişli qiymətə olan smartfonlar zənglər, mesajlaşma, naviqasiya və video izləmək kimi gündəlik ehtiyacları qarşılaya bilər.
Aytəkin TOFİQQIZI
Baxış sayı:105
Bu xəbər 28 Oktyabr 2026 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















