Icma.az
close
up
RU
Smartfonlar uşaqlarda xərçəngə səbəb olur: Səhiyyə nazirindən şok AÇIQLAMA

Smartfonlar uşaqlarda xərçəngə səbəb olur: Səhiyyə nazirindən şok AÇIQLAMA

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-ın səhiyyə naziri Robert F. Kennedi Amerika məktəblərində smartfonların qadağan edilməsini təklif edib.

Lent.az-ın xəbərinə görə, o, bu barədə “Fox News” telekanalında uşaqların sağlamlığına mümkün təhlükələr və onların psixi vəziyyətinə mənfi təsir göstərməsi ilə bağlı mövqeyini əsaslandıraraq bildirib.

Kiçik Kennedi mobil telefonların uşaqların sinir sisteminə mənfi təsir göstərə bilən elektromaqnit dalğaları yaydığını iddia edir. Onun fikrincə, smartfon və sosial şəbəkələrdən daimi istifadə orqanizm və psixika üçün dağıdıcı nəticələrə səbəb ola bilər.

"Mobil telefonlar da elektromaqnit dalğaları yayır. Bu, bütün günü uşaqların yanında olduqda onların sinir sisteminə zərər verir. Bu, hüceyrələri zədələyə, hətta xərçəngə səbəb ola bilər. Telefon və sosial şəbəkələrdən istifadə birbaşa depressiya, məktəbdəki zəif nəticə, intihar düşüncələri, narkotik istifadəsi ilə bağlıdır", - Kennedi deyib.

Nazirin çıxışı ictimaiyyətdə geniş əks-səda doğurub. Kiçik Kennedi peyvəndlərin ən qızğın tənqidçilərindən biri və müxtəlif konspiroloji nəzəriyyələrin tərəfdarlarından biri kimi tanındığından onun açıqlamaları ilk dəfə deyil ki, qızğın müzakirə mövzusuna çevrilir.

Robert F. Kennedi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur. O, karyerası ərzində tibb ictimaiyyətində tənqid dalğasına səbəb olan çoxsaylı açıqlamalar verib. Onun iddialarına peyvəndlər və autizm arasında əlaqə, Wi-Fi və 5G texnologiyalarının kanserogenliyi, HİV və QİÇS arasında əlaqənin inkarı daxildir.

O, peyvəndlərin tərkibindəki qoruyucu maddənin uşaqlarda autizm və digər ciddi xəstəliklərə səbəb olduğunu iddia edərək peyvəndlərə fəal şəkildə qarşı çıxan Uşaq Sağlamlığını Müdafiə Təşkilatına rəhbərlik edirdi. 2022-ci ildə “Facebook” və “Instagram” sosial şəbəkələrində təşkilatın səhifələri tibbi dezinformasiya yaydığı üçün bloklanıb.

Hələ 2005-ci ildə Kennedi  peyvəndlər və autizm arasında güman edilən əlaqəyə işarə edən bir məqalə dərc edərək, səlahiyyətlilərin bildikləri məlumatları gizlətdiyini iddia edib. Lakin nəşr yoxlanılmamış məlumat əsasında hazırlanıb və sonda geri götürülüb.

Onun "indiyə qədər yaradılmış ən ölümcül" adlandırdığı COVID-19 peyvəndləri ilə bağlı açıqlaması daha az mübahisəli deyildi. Bu cür bəyanatlar elmi ictimaiyyətin qınağına səbəb olub və məşhur platformalarda onun səhifələrinin bloklanmasına səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://lent.az
archiveBu xəbər 31 Mart 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri