Smartfonu qoruyucu qab olmadan işlətməyin nəticəsi
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Smartfon üçün qoruyucu qabdan istifadə cihazın mexaniki zədələnmə riskini azalda bilər.
Bakıvaxtı.az xəbər verir ki, Almaniyanın “Chip” nəşrinin redaktoru Patrik Hannemann bir il ərzində Samsung Galaxy S23+ telefonunu qoruyucu qab olmadan istifadə edərək təcrübə aparıb.
Jurnalist bu müddət ərzində telefonun 11 dəfə sərt səthə düşdüyünü bildirib. İlk olaraq cihaz təxminən 70 santimetr hündürlükdən ekranı aşağı olmaqla kafel döşəməyə düşüb. Ekran salamat qalsa da, sonradan telefonun küncündə kiçik iz yaranıb.
Doqquzuncu yıxılma zamanı isə vəziyyət daha ciddi olub. Uşağın telefona toxunması nəticəsində cihaz təxminən bir metr hündürlükdən sərt səthə düşüb və arxa paneli çatlayıb.
Hannemann telefonu qəsdən yerə salmadığını, sadəcə gündəlik istifadə zamanı baş verən hadisələri və onların nəticələrini qeydə aldığını vurğulayıb. Onun qənaətinə görə, gündəlik həyatda smartfonun yerə düşməsinin qarşısını tam almaq çətindir və qoruyucu qab əksər mexaniki zədələrin qarşısını almağa kömək edə bilər.
Bununla belə, jurnalist qoruyucu qabların bəzi çatışmazlıqlarının da olduğunu qeyd edib. Onun sözlərinə görə, telefondan qoruyucu aksessuar olmadan istifadə etmək cibdə daşımaq baxımından daha rahatdır. O, həmçinin telefonun qoruyucu qabla doldurularkən daha çox qızdığını bildirib.
Nəticədə jurnalist smartfonun qorunması baxımından qabın faydalı olduğunu qəbul etsə də, özü ondan istifadə etməməyi seçib.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 12 Oktyabr 2026 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















