Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

SN nin hepatoloqundan hepatitlərlə bağlı MÜSAHİBƏ

SN nin hepatoloqundan hepatitlərlə bağlı MÜSAHİBƏ

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Hər il 28 iyul Ümumdünya Hepatit Günü kimi qeyd olunur. Tarix hepatit B virusunu kəşf edən və ona qarşı ilk peyvəndi yaradan alim Barux Blamberqin doğum gününə təsadüf edir. Ümumdünya Hepatit Günü münasibətilə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq-hepatoloq Emin Məmmədov virus hepatitlərinin diaqnostikası, müalicəsi və qarşısının alınması ilə bağlı sualları cavablandırıb.

Bakıvaxtı.az müsahibəni təqdim edir.

- Ümumdünya Hepatit Günü münasibətilə vətəndaşlara hansı əsas mesajları çatdırmaq istərdiniz? Hepatitin vaxtında diaqnostikası, müalicəsi və qarşısının alınması üçün hansı addımları atmağı tövsiyə edirsiniz?

- Ən vacib mesaj odur ki, virus hepatitləri “səssiz” xəstəliklərdir. B və C hepatiti çox vaxt heç bir əlamət göstərmədən illərlə davam edir. Bu müddət ərzində qaraciyər sakitcə zədələnir. İnsanların böyük əksəriyyəti xəstə olduğunu bilmir və müalicə imkanını əldən verir. Zədələnmə davam etdikcə xəstəlik qaraciyər sirrozuna, sonra isə qaraciyər xərçənginə qədər gedib çıxa bilir.
Yaxşı xəbər isə odur ki, bu gün əlimizdə güclü vasitələr var. Hepatit B peyvənd vasitəsilə qarşısı alınan, hepatit C isə əksər hallarda tam sağalan xəstəlikdir.
Vətəndaşlara tövsiyələrim sadədir. Birincisi, analiz verin. Hepatit B və C adi qan analizi – HBsAg və anti-HCV testləri vasitəsilə aşkarlanır. Xüsusən keçmişdə qan köçürülməsi, cərrahi və ya diş müdaxiləsi keçirənlər, steril olmayan alətlərlə manikür, döymə və pirsinq etdirənlər, damardaxili narkotik vasitələr istifadə edənlər və hepatit daşıyıcısı ilə eyni evdə yaşayanlar mütləq yoxlanmalıdırlar.
İkincisi, peyvəndlənin. Hepatit B peyvəndi təhlükəsizdir, yenidoğulmuşlara vurulur və peyvəndlənməmiş böyüklər də istənilən yaşda vaksinasiya oluna bilərlər.
Üçüncüsü, ötürülmə yollarını aradan qaldırın. Ülgüc, diş fırçası, dırnaq alətləri kimi şəxsi əşyaları paylaşmayın. Əgər diaqnoz qoyularsa, əlamətlərin yaranmasını gözləmədən dərhal mütəxəssisə müraciət edin. Çünki erkən başlanan müşahidə və müalicə qaraciyəri ağır fəsadlardan qoruyur.

- Kimlər hepatit üçün analiz verməlidir və peyvəndin qarşısının alınmasındakı rolu nə dərəcədə əhəmiyyətlidir?

- Hepatitə yoluxma riski yüksək olan qrupa qan və qan məhsulları köçürülənlər, hemodializ alan böyrək xəstələri, tibb işçiləri, hepatit daşıyıcısının cinsi partnyoru və ailə üzvləri, həmçinin anası hepatit B daşıyıcısı olan uşaqlar daxildir.
Əksər ölkələrdə yetkinlik yaşında olan şəxslər ömründə heç olmasa bir dəfə hepatit B və C testindən keçməsi məsləhət görülür. Testlərin həm ucuz, həm də sürətli olması bunu real edir.
Peyvəndə gəldikdə isə, hepatit B-yə qarşı peyvənd ən güclü qoruyucu vasitəmizdir. Doğuşdan sonrakı ilk 24 saat ərzində vurulan doza və sonrakı dozalar yenidoğulmuşların təxminən 95 faizini infeksiyadan qoruyur. Bu isə, gələcəkdə qaraciyər xərçənginin qarşısını almaq üçün ən təsirli addımlardan biridir.
Hepatit C-yə qarşı hələ ki peyvənd yoxdur. Ona görə də, bu virusdan qorunmaq ilk növbədə qan təhlükəsizliyinə və şəxsi gigiyena qaydalarına əməl etməkdən asılıdır. Ailəsində hepatit B daşıyıcısı olan şəxslər həm test olunmalı, həm də immunitetləri yoxdursa peyvəndlənməlidirlər.

- Son illərdə hepatit B və xüsusilə hepatit C-nin müalicəsində hansı yeniliklər tətbiq olunub və bu yeniliklər xəstələrin sağalma göstəricilərinə necə təsir edib?

- Hepatit C-nin müalicəsində son on ildə əsl dönüş yaşanıb. Əvvəllər müalicə interferon iynələrinə əsaslanırdı: aylarla davam edir, ağır yan təsirlər verir və xəstələrin yalnız təxminən yarısını sağaldırdı. 2013–2014-cü illərdən etibarən isə birbaşa təsirli antiviral preparatların tətbiqinə başlanıb. Hepatit C qısa müddətli müalicə kursu ilə orqanizmdən tamamilə təmizlənə bilən xəstəliyə çevrilib.
Hepatit B-də hələ ki, tam sağalma mümkün olmasa da, xəstəliyi effektiv nəzarətdə saxlamaq mümkündür. Yüksək müqavimət baryeri olan preparatlar virusun çoxalmasını davamlı şəkildə dayandıraraq onu inaktiv vəziyyətə salır. Adətən gündə bir həb qəbulu kifayət edir. Bu, sirrozun inkişaf riskini azaldır və qaraciyər xərçəngi ehtimalını əhəmiyyətli dərəcədə aşağı salır. Son illərdə müalicəyə başlama meyarları sadələşdirilir və genişləndirilir, daha çox xəstə erkən mərhələdə müalicəyə cəlb oluna bilir.
Nəticədə mənzərə tamamilə dəyişib. Hepatit C sağalan, hepatit B isə effektiv şəkildə nəzarətdə saxlanılan xəstəliyə çevrilib. Hepatit C-dən sağalan xəstələrdə qaraciyərdə iltihab azalır, hətta erkən mərhələdə olan fibrozun geriyə dönməsi də mümkündür.

- Hepatit diaqnozu qoyulan xəstələr müalicəyə nə vaxt başlamalıdırlar? Müalicənin gecikdirilməsi hansı fəsadlara səbəb ola bilər?

- Hepatit C-də cavab çox aydındır. Xroniki infeksiyası təsdiqlənən hər bir xəstə diaqnoz qoyulan kimi müalicəyə başlamalıdır. Qaraciyərin ciddi zədələnməsini gözləməyə ehtiyac yoxdur. Əksinə, müalicə nə qədər erkən başlanarsa, sirroz və qaraciyər xərçəngi riski bir o qədər azalır.
Burada daşıyıcılıq anlayışı yoxdur, yəni «gözləyim, sadəcə nəzarətdə olum» prinsipi işləmir. Virus hər gün qaraciyəri daha çox zədələyir və prosesi geri dönməz mərhələyə çatdıra bilər.
Hepatit B-də vəziyyət bir qədər fərqlidir. Bütün daşıyıcılar dərhal antiviral preparat qəbul etmir. Müalicə qərarı virusun mərhələsindən – virus yükündən, qaraciyər fermenti ALT-ın səviyyəsindən, fibrozun dərəcəsindən, xəstənin yaşından və ailə tarixçəsindən asılıdır. Ancaq bu qərarı mütləq mütəxəssis verməlidir. Müalicə almayan xəstələr belə müntəzəm həkim nəzarətində qalmalıdırlar.
Sirrozu, HİV və ya hepatit D koinfeksiyası, yaxud ailəsində qaraciyər xərçəngi olan xəstələr virus yükündən asılı olmayaraq müalicəyə cəlb edilirlər. Müalicənin gecikdirilməsi ciddi təhlükə yaradır. Zədələnmə səssiz getdiyi üçün xəstə özünü yaxşı hiss edə bilər, halbuki qaraciyərdə fibroz artır və zamanla sirroza çevrilir. Sirroz mərhələsində qarında maye toplanması, qida borusu venalarından qanaxma və şüurun pozulması kimi ağırlaşmalar meydana çıxır.

- Müalicəsini uğurla başa vuran hepatit xəstələri üçün sonrakı müşahidə prosesi necə aparılır? Təkrar yoluxmanın və ya xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün hansı tövsiyələri verirsiniz?

- Müalicənin uğurla başa çatması müşahidənin başa çatması demək deyil. Hepatit C-də sağalma müalicə bitdikdən 12 həftə sonra HCV RNT testi (SVR12) ilə təsdiqlənir və bu, virusun orqanizmdən tam təmizləndiyini göstərir.
Bununla belə, iki mühüm məqama diqqət yetirmək lazımdır. Əgər xəstədə sağalmadan əvvəl artıq irəliləmiş fibroz və ya sirroz mövcud idisə, virus təmizlənsə belə, qaraciyər xərçəngi riski qalır. Ona görə də, bu xəstələr ömürboyu, hər altı aydan bir qaraciyərin ultrasəs müayinəsindən keçməlidirlər.
Digər vacib məqam isə odur ki, sağalma immunitet yaratmır. Yəni insan yenidən hepatit C virusuna yoluxa bilər. Buna görə, steril olmayan alətlərdən istifadə etməmək, iynələri paylaşmamaq, eləcə də immunitet yoxdursa, hepatit A və B-yə qarşı peyvənd olunmaq vacibdir.
Hepatit B-də müşahidə daha uzunmüddətlidir. Preparat qəbul edən xəstələrin əksəriyyəti müalicəni uzun illər, çox vaxt isə ömürboyu davam etdirir. Burada ən böyük risk preparatın özbaşına dayandırılmasıdır. Bu, virusun yenidən aktivləşməsinə və qaraciyərin ağır zədələnməsinə səbəb ola bilər. Müntəzəm nəzarət – virus yükünün, ALT səviyyəsinin və qaraciyərin ultrasəs müayinəsinin aparılması – mütləqdir.
Hər iki qrup xəstə üçün ümumi tövsiyələrim var: spirtli içkilərdən imtina edin, çünki alkoqol qaraciyərin zədələnməsini sürətləndirir. Artıq çəkidən qaçın, çünki qaraciyərin piylənməsi ona əlavə yük yaradır. Həkimlə məsləhətləşmədən çoxlu dərman və “bitki mənşəli” əlavələr qəbul etməyin, çünki onların bir qismi qaraciyər üçün zərərli ola bilər. Müşahidə cədvəlinə ciddi əməl edin. Sağalmış və ya nəzarətdə saxlanılan qaraciyər də davamlı diqqət və qayğı tələb edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 İyul 2026 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see623

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see291

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see284

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see273

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see266

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see246

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see243

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see239

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see234

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see225

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see224

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see212

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see201

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see200

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see200

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see199

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see191

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see181

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see180

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri