Icma.az
close
up
RU
SNnin tabeliyində olan elmitədqiqat institut və mərkəzlərinin 2024cü ildə fəaliyyətlərinə dair iclas keçirilib

SNnin tabeliyində olan elmitədqiqat institut və mərkəzlərinin 2024cü ildə fəaliyyətlərinə dair iclas keçirilib

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səhiyyə Nazirliyində tabelikdə olan elmi-tədqiqat institutları və mərkəzlərinin rəhbərlərinin iştirakı ilə 2024-cü ilin yekunlarına və növbəti ildə həyata keçiriləcək tədbirlərə həsr olunan iclas keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, iclasda giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev səhiyyə sisteminin inkişafının ölkəmizdə prioritet məsələlərdən olduğunu vurğulayıb: “Cari ildə Səhiyyə Nazirliyi tərəfindən respublikamızda səhiyyə infrastrukturunun daha da möhkəmləndirilməsi, göstərilən xidmət səviyyəsinin artırılması, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və rəqəmsallaşdırma işlərinin genişləndirilməsi istiqamətində bir sıra zəruri addımların atılıb. Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən ölkə səhiyyəsinin müasir tendensiyalara cavab verməsi və əhalinin tibb xidmətlərindən məmnunluq səviyyəsinin və əlçatanlığının daha da artırılması ilə bağlı sistemli işlər görülür”.

Teymur Musayev cari ildə elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsallaşdırma və innovativ texnologiyalarının daha geniş tətbiqi, işğaldan azad edilən ərazilərdə səhiyyə ocaqlarının inşası və digər istiqamətlərdə mühüm işlərin görüldüyünü bildirib: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2023-cü il tarixli Sərəncamına əsasən, ölkədə səhiyyə sahəsinin rəqəmsallaşdırılması çərçivəsində önəmli yeniliklərdən olan Elektron Resept Sistemi Səhiyyə Nazirliyi tərəfindən 1 may 2024-cü il tarixindən etibarən istifadəyə verilib”.
Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Səhiyyə Nazirliyinin tabeliyində Respublika Qan Bankının yaradıldığını qeyd edən nazir deyib: “Dövlət başçısının imzaladığı sənədin icrası məqsədilə Respublika Qan Bankının Bakı şəhəri ilə yanaşı, ölkənin digər bölgələrində də fəaliyyətinin genişləndirilməsi prioritet məsələrdəndir. Dövlət başçısının digər Fərmanı ilə 2023-cü ilin yanvar ayının 1-dən etibarən 9 Elmi-Tədqiqat İnstitutu və Mərkəzi Səhiyyə Nazirliyin tabeliyinə verilib. Bu müddət ərzində qurumların maliyyələşdirilməsi və optimal idarəçilik prinsiplərinin qurulması istiqamətində mühüm addımlar atılıb”.

Nazir, qarşıda duran vəzifələr və fəaliyyət istiqamətlərindəki çatışmazlıqlar təhlil edilərək, gələcək üçün sistemli yanaşmanın tətbiqinə imkan verən müasir idarəçilik strategiyası, əhali üçün daha əlçatan və mütərəqqi tibbi xidmətlər platformasının hazırlanmasının vacibliyini qeyd edib. Həmçinin, nazirlik tərəfindən istifadəyə verilən “Elektron Resept Sistemi”ndən daha geniş istifadənin reallaşdırılması və nazirliyin tabeliyindəki bütün qurumlarda birmənalı bu sistemə keçidlə bağlı tapşırıqlar verilib.

Daha sonra Səhiyyə Nazirliyinin tabeliyində olan K.Y.Fərəcova adına Elmi-Tədqiqat (ET) Pediatriya İnstitutunun direktoru Aynur Poluxova, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev, akademik C.M.Abdullayev adına ET Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova, ET Travmatologiya və Ortopediya İnstitutunu direktoru Rüstəm Talışinski, ET Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova, ET Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanova, ET Tibbi Bərpa İnstitutunun direktoru Mətanət Əfəndiyeva, V.Y.Axundov adına ET Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin direktoru Sərdar Əsədovun hesabatları dinlənilib.

Çıxışçılar qeyd ediblər ki, 2024-cü il ərzində tibb ocaqları bir sıra yenilik və uğurlara imza atıb, habelə müəssisə daxilində əməliyyatxana və şöbələr əsaslı təmir olunub. Hesabat dövründə “Böyük Qayıdış” proqramı çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə nazirliyin tabeliyindəki qurumlar tərəfindən işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici aksiyalar və müxtəlif istiqamətlərdə kompleks tibbi müayinələr keçirilib. Diqqətə çatdırılıb ki, cari ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səhiyyə Nazirliyinin K.Y.Fərəcova Elmi-Tədqiqat Pediatriya, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya institutlarını ziyarət edib. Leyla Əliyeva tərəfindən hər iki tibb müəssisəsinə yüksəktezlikli süni tənəffüs cihazları, küvəzlər və digər müasir tibbi avadanlıqlar hədiyyə olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti, həmçinin nazirliyin Milli Hematologiya və Transfuziologiya Mərkəzini ziyarət edib. Leyla Əliyeva tibb ocaqlarında müalicə alan uşaqların valideynləri ilə görüşüb, tibb ocaqlarında yaradılan şəraitlə tanış olub.

Bundan əlavə, oktyabrda Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası çərçivəsində TDT-nin üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirliklərinin elmi-tədqiqat institutları və mərkəzləri arasında onkologiya, kardiologiya, oftalmologiya, pediatriya, travmatologiya və ortopediya sahələrinə aid bir sıra Anlaşma Memorandumlarının imzalanması baş tutub. Sənəd tərəflər arasında intensiv əlaqələr qurmaqla, elmi tədqiqatların aparılması, bu ixtisaslarda fəaliyyət göstərən tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, kadr mübadiləsi, faydalı əməkdaşlığın təşviqi və gücləndirilməsini ehtiva edir.

Eyni zamanda, qeyd edilib ki, cari ildə I Türk Dövlətləri Kardioloji Qurultayı, ET Ağciyər Xəstəlikləri İnstitutunun 80 illik və Sümük İliyi Transplantasiyasının 10 illik yubileyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirlər Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub. Bundan əlavə, elmi-tədqiqat institutları və mərkəzlərinin mütəxəssislərinin məqalələri bir sıra tanınmış beynəlxalq nəşrlərdə dərc olunub.

Təqdimatlardan sonra nazir əldə olunan nailiyyətlərlə yanaşı, problemlərin də mövcudluğunu diqqətə çatdırıb. Teymur Musayev nazirliyin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institut və mərkəzlərində müasir yanaşmalara əsaslanan korporativ idarəetmə mexanizmlərinin tətbiqinin vacibliyini qeyd edib: “Biz, bütün diqqətimizi bu problemlərin həllinə yönəltməliyik. İnanıram ki, qısa müddətdə müsbət nəticə əldə olunacaq".
İclasın sonunda qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Dekabr 2024 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see245

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see178

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see173

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see155

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see139

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see128

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see127

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri