Icma.az
close
up
RU
SOCAR: “Ai 95” yanacağının satışı tam bərpa olunur

SOCAR: “Ai 95” yanacağının satışı tam bərpa olunur

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

“SOCAR” brendli yanacaqdoldurma stansiyalarında (YDS) “Aİ-95” markalı yanacağın satışı dayandırılmayıb.

Bu barədə Gununsesi.info “SOCAR Petroleum” QSC-dən son günlər Bakının bir çox yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium benzinin satışı dayandırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirilib.

Qeyd olunub ki, son günlər yüksək tələbat səbəbindən bəzi stansiyalarda müvəqqəti olaraq yanacaq ehtiyatı tükənib: “Lakin bu gündən etibarən bütün YDS-lərdə “Aİ-95” markalı yanacağın satışı tam bərpa olunur və sürücülər stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər”.

Qeyd edək ki, “SOCAR Petroleum” QSC 2008-ci ildə təsis edilib və Azərbaycan ərazisində “SOCAR” brendi altında neft və qaz məhsullarının alqı-satqısını, eləcə də beynəlxalq standartlara uyğun keyfiyyətli təchizat xidmətini həyata keçirir.

Şirkətin ilk 3 yanacaqdoldurma stansiyası 2010-cu il mayın 7-də istifadəyə verilib. Hazırda ölkə üzrə 69 YDS “SOCAR Petroleum”un balansındadır. Bundan əlavə, şirkətə məxsus 1 Sıxılmış Təbii Qaz terminalı və 13 neft terminalı bazası fəaliyyət göstərir ki, onlardan 11-i regionlarda, 2-si isə Bakıda yerləşir.

Ölkənin aparıcı yanacaqdoldurma şəbəkələrindən biri olan “Azpetrol” şirkətindən “Report”a bildirilib ki, şirkətə məxsus stansiyalarda “Aİ-95” markalı premium benzinin satışı dayandırılmayıb.

“Azpetrol”dan qeyd olunub ki, şirkətin bütün yanacaqdoldurma məntəqələrində mövcud olan 5 növ yanacağın satışı davam etdirilir və bu sahədə hər hansı fasilə qeydə alınmayıb.

Xatırladaq ki, hazırda “Azpetrol” şirkəti Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə 108 yanacaqdoldurma məntəqəsinə sahibdir. Bundan əlavə, şirkətin balansında 1 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyat üçün nəzərdə tutulmuş və müasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı mövcuddur.

Hazırda fəaliyyət göstərən stansiyalarda 4 sıxılmış təbii qazdoldurma postu, 4 maye qazdoldurma postu, həmçinin 23 elektromobil üçün enerji doldurma postu fəaliyyət göstərir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Avqust 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri