Icma.az
close
up
RU
SOCAR Bahar və Qum dəniz yataqlarında qazma işləri üzrə yeni əməkdaşlıq memorandumu imzalayıb

SOCAR Bahar və Qum dəniz yataqlarında qazma işləri üzrə yeni əməkdaşlıq memorandumu imzalayıb

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Kompleks qazma işləri" tresti (KQİT) ilə "Bahar Energy Operating Company" (BEOC) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

BAKU.WS KQİT-ə istinadən xəbər verir ki, sənəd iki şirkət arasında tərəfdaşlığın qurulmasını nəzərdə tutur. Memorandum çərçivəsində KQİT-in geniş qazma və texniki təcrübəsinin Xəzərin Azərbaycan sektorunda yerləşən "Bahar" və "Qum-dəniz" yataqlarında tətbiqi imkanları araşdırılacaq.

Məlumata görə, BEOC ilə birgə icra olunacaq layihələr hər iki şirkətin strateji hədəflərinə çatmasına əhəmiyyətli töhfə verəcək.

Xatırladaq ki, SOCAR və ABŞ-ın SLB şirkəti (keçmiş "Schlumberger") 2025-ci ilin oktyabrında "Bahar" və "Qum-dəniz" yataqlarının yenidən işlənməsi üzrə tərəfdaşlıq barədə razılığa gəliblər. Razılaşma perspektivli hasilat zonalarının müəyyənləşdirilməsini, ətraflı rezervuar modelləşdirilməsinin hazırlanmasını, eləcə də erkən hasilat sxeminin (EPS) həyata keçirilməsi üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsini əhatə edir.

SOCAR-ın məlumatına görə, layihə şirkətin neft hasilatının artırılması və yetkin dəniz yataqlarının istismar müddətinin uzadılması üzrə uzunmüddətli strategiyasında mühüm yer tutur.

Qeyd edək ki, SOCAR və "Bahar Energy Limited" 2009-cu ilin dekabrın 22-də "Bahar" və "Qum-dəniz" yataqlar bloku üzrə kəşfiyyat, reabilitasiya, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş imzalayıblar. Sazişə əsasən, layihədə "Bahar Energy Limited"in payı 80 %, SOCAR-ın payı isə 20 % təşkil edir.

Müqavilə 25 il müddətinə nəzərdə tutulub və daha 5 il uzadılması mümkündür. İnvestisiya proqramının həcmi ilkin olaraq 1 milyard ABŞ dolları həcmində qiymətləndirilir və bütün investisiyalar "Bahar Energy Limited" tərəfindən həyata keçiriləcək. Müqavilə blokunda qazın qalıq ehtiyatları 25 milyard kubmetr olaraq qiymətləndirilir.

"Qum-dəniz" neft yatağı 1955-ci ildə istismara verilib və Bakıdan cənub-şərqdə, 21 km məsafədə yerləşir. "Bahar" qaz yatağı isə 1969-cu ildə istifadəyə verilib.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Dekabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see255

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see253

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see230

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see214

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see202

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see173

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see172

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see163

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see153

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see150

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see149

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see145

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see141

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see140

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see139

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see134

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see131

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri