Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

SOCAR beynəlxalq maliyyə bazarlarında mövqeyini möhkəmləndirir

SOCAR beynəlxalq maliyyə bazarlarında mövqeyini möhkəmləndirir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Şirkət İtaliyanın “Intesa Sanpaolo” bankı ilə maliyyənin cəlb edilməsinə dair müqavilə imzalayıb

Azərbaycanın milli neft korporasiyası olan SOCAR qlobal enerji təchizatçısı ilə yanaşı, beynəlxalq maliyyə bazarlarında da öz mövqeyini möhkəmləndirmək niyyətindədir. Şirkət Avropanın aparıcı maliyyə institutları ilə səhm və istiqrazlar, “yaşıl maliyyə” alətləri sahəsində sıx əməkdaşlığı möhkəmləndirmək, özünün potensial maliyyə imkanlarını beynəlxalq bazarlara inteqrasiya etmək niyyətindədir. SOCAR-ın vitse-prezidenti Zaur Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin bu günlərdə İtaliyanın Milan şəhərində keçirdiyi görüşlərdə də maliyyə alətləri sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.  Səfər çərçivəsində İtaliyanın “Intesa Sanpaolo” bankı və törəmə şirkəti olan “Vseobecna Uverova”nın rəhbər heyətləri ilə aparılan müzakirələr zamanı sözügedən bankın maliyyə vəsaitinin cəlb edilməsinə dair müqavilə imzalanıb.

SOCAR istiqrazları investorlar üçün əlverişli investisiya alətinə çevrilir

İtaliyanın səhm sektoru üzrə aparıcı investorları, o cümlədən “Intesa Sanpaolo” SOCAR-ın beynəlxalq maliyyə bazarında tədavüldə olan istiqrazlarının yerləşdirilməsinə dəstək vermək niyyətini də bəyan edib. Bu, Azərbaycanın neft şirkətinin Avropanın fond və korporativ qiymətli kağızlar bazarında potensial investor kimi çıxış imkanlarını artırmasına dərin zəmin deməkdir.

Qeyd edək ki, SOCAR bir neçə ildir ki, maliyyə investoru kimi də qiymətli kağızlar bazarında yer almaqdadır. 2016-cı ildən emissiya edilən bu qiymətli kağızlar nominal dəyəri 1000 dollar olmaqla illik gəlirliliyi 5 faiz təşkil edir. İstiqrazlardan əldə olunan dividentlərdən vergi tutulmur. Bu kağızların üstünlüyü likvid olması, asanlıqla pula çevrilməsidir. Mövcud maliyyə bazarlarında xarici valyutada təklif edilən faiz dərəcəsi baxımından SOCAR istiqrazları investorlar üçün əlverişli investisiya aləti hesab edilir və bu da investor bazasının genişlənməsinə öz müsbət təsirini göstərir. Şirkət beynəlxalq bazarlarda da öz maliyyə alətlərini emissiya etməkdə qərarlıdır.

 “Yaşıl maliyyə” ilə bağlı yeni strateji baxış

Qlobal mühitdə “yaşıl maliyyə” ekosisteminin möhkəmlənməsi və qiymətli kağızlar bazarlarının gündəliyində aparıcı yer tutan “yaşıl” layihələrə sərmayələrin artması SOCAR-ın da öz strategiyasına yeni baxış formalaşdırıb.  Son illər Ətraf mühit, Sosial məsuliyyət və Korporativ İdarəetmə (ESG) sahəsində yeni çağırışlar və bu sahədə artan uyğunluq tələbləri SOCAR-ın yeni strateji hədəfində ilk yerlərdən birini tutur. Bu baxımdan, şirkət beynəlxalq investorların “yaşıl maliyyə”də yeni standartların tətbiqinə geniş yer verməsinin  əhəmiyyətini nəzərə alaraq,  maliyyə bazarında “yaşıl istiqrazlar”ın emissiyasına başlayıb.

Qeyd edək ki, Azərbaycanda bu sahədə investorların fəaliyyəti zəifdir və SOCAR-ın bu boşluğu doldurması üçün əlverişli imkanlar yaranır. Bununla da, SOCAR beynəlxalq standartlar çərçivəsində öz borclarının düzgün idarəedilməsində ESG standartlarının tətbiqi prosesindən faydalanma komponentini nəzərə alır və “yaşıl” maliyyələşmə imkanlarına da üstünlük verəcək. Bu isə SOCAR-ın strateji bərpaolunan enerji layihələrinin səmərəli idarə edilməsində rolunu artıracaq, bu sahədə beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq imkanlarının genişləndirilməsinə səbəb olacaq. Eyni zamanda, şirkətin neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərində digər enerji şirkətləri ilə həmrəyliyini artıracaq.

“Yaşıl istiqraz” qlobal bazarlarda kredit reytinqini yüksəldir

“Yaşıl istiqraz”lar satışından əldə edilən vəsaitlər karbon emissiyasının azaldılmasına və ətraf mühitə müsbət təsir edən layihəyə yönəldiləcək ki, bu da SOCAR-ın COP prinsiplərindən irəli gələn təşəbbüslərdə fəal mövqeyini də möhkəmləndirəcək. Ən mühüm məqamlardan biri isə “yaşıl istiqraz”ların emissiyası SOCAR-ın ESG reytinqinə malik milli şirkət kimi  qlobal bazarlarda kredit reytinqini də yaxşılaşdıracaq.

SOCAR-ın maliyyə bazarları üzrə yürütdüyü siyasətdən də aydın olur ki,  şirkət Asiya və Avropanın iri investorları ilə “yaşıl səhm və istiqraz”lar üzrə inteqrasiyanı genişləndirmək, gələcəkdə də ESG standartlarının artan tələblərə uyğun yeni alətlərin emissiyasına üstünlük vermək niyyətindədir. Bu strateji konsepsiya beynəlxalq müstəvidə korporativ idarəetmənin əsas şərtlərindən olan şəffaflığın ardıcıl və davamlı təmin edilməsi üçün də mühüm əhəmiyyət kəsb edir. Həmçinin, “yaşıl maliyyə” alətlərindən istifadə şirkətin borc portfelinin strukturunun da müasirləşməsinə imkan verir. Ona görə də, SOCAR-ın bu tipli maliyyələşdirmələrin xüsusi çəkisini öz portfelində mümkün həddə artıracağını düşünmək olar. İtaliyanın aparıcı maliyyə investorları ilə əməkdaşlıq da məhz bu perspektiv siyasətə xidmət edir.

ELBRUS

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Dekabr 2024 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see294

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see283

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see274

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see271

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see248

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see245

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see236

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see232

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see227

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see224

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see224

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see215

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see206

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see201

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see200

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see182

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see180

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see179

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see177

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri