Icma.az
close
up
RU
ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Özbəkistanın “Davr Bank”ının səhmlərinin əldə edilməsi Azərbaycan bankının beynəlxalq imicini möhkəmləndirəcək

Məlum olduğu kimi Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Özbəkistanın “Davr Bank”ının səhmlərinin 51 faizinin əldə edilməsinə dair anlaşma əldə edilib. Dövlət başçılarının iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı olub. Bu, bank və maliyyə sektorunda mühüm hadisə olmaqla, aparıcı Azərbaycan bankının Özbəkistan bazarında yer alması deməkdir. Layihə ABB-nin Özbəkistanın kommersiya banklarından olan Davr Bankın əsas nəzarət səhm paketini əldə edərək bu ölkənin bazarında “ABB Davr” Bank adı ilə fəaliyyətini nəzərdə tutur. ABB 2026-2028-ci illər üzrə strateji inkişaf planında nəzərdə tutulmuş coğrafi genişlənmə hədəfinə uyğun olaraq Özbəkistanın maliyyə bazarında fəaliyyət göstərəcək.

Maliyyə sahəsində də əbədi dostluğun nümunəsi

Beynəlxalq Bankın yeni strateji dövrdə qarşıya qoyduğu coğrafi genişlənmə hədəfinə doğru ilk tarixi addımı məhz Özbəkistandan başlaması isə əsil qardaşlığın tərənnümü, maliyyə sahəsində də əbədi dostluğun  nümunəsidir. “ABB Davr” Bank brendi ilə Özbəkistanın bütün regionlarında korporativ və fərdi müştərilərə universal maliyyə xidmətləri göstərəcək. ABB Maliyyə Qrupu son illərdə özünü doğrultmuş korporativ idarəetmə sistemini, rəqəmsallaşma, süni intellektəsaslı innovativ layihələrini, kiçik və orta bizneslər üçün universal maliyyə həllərini Özbəkistan bazarında da geniş tətbiq edəcək. 40 milyona yaxın əhalisi olan, iqtisadiyyatı ardıcıl sürətlə inkişaf edən Özbəkistanın bank sektorunda yeni təcrübələr yaratmağa çalışacaq. Xüsusilə ölkədəki kiçik və orta bizneslərin inkişafı üçün əlavə imkanlar açacaq.

Bu bazarda məqsədyönlü fəaliyyət ABB-yə də böyük imkanlar qazandıracaq. Tanınmış Azərbaycan brendi olan ABB Maliyyə Qrupunun regional və beynəlxalq imicini daha da möhkəmləndirəcək. Yeni tərəfdaşlıq Azərbaycanın bank sektorunun nəhənginin təcrübəsinin, innovativ texnologiyalarının və dayanıqlı kapitalının və qabaqcıl maliyyə məhsullarının “Davr Bank”ın müştərilərinə təqdim etməsinə imkan verəcək.

“ABB Davr” layihəsi Azərbaycanın bank sektorunun aparıcı simasının Özbəkistanda uzunmüddətli fəaliyyətinin başlanğıcı olmaqla bərabər, Mərkəzi Asiyanın digər ölkələrinin maliyyə sistemində də yer almaq planlarına hesablanıb. Heç şübhəsiz ki, ABB növbəti mərhələdə bu region ölkələrinin bank icması ilə yaxın tərəfdaşlıq sinerjisi qurmaqla, biznes, vətəndaşlar, eləcə də ölkə iqtisadiyyatı üçün etibarlı maliyyə tərəfdaşı statusnu qazanacaq.

Onu da qeyd edək ki, ABB-nin xarici bazarlarda, Özbəkistanın aparıcı banklarından birində səhmdar olması gələcəkdə əldə ediləcək mənfəətin bir hissəsinin dividend kimi Azərbaycanın dövlət büdcəsinə köçürülməsini də təmin edəcək ki, bu da ölkə iqtisadiyyatının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Körfəz ölkələrinin maliyyə bazarlarında

ABB nüfuzlu maliyyə institutu kimi artıq beynəlxalq bazarlarda öz mövqeyini möhkəmləndirməkdədir. Beynəlxalq imicin və likvidlik mövqeyinin gücləndirilməsi, xarici bazarlardan daha əlverişli şərtlərlə sərfəli maliyyə resurslarının əldə olunması, korporativ müştərilərin bank platforması vasitəsilə xarici bazarlardakı investisiya imkanlarından yararlanması kimi məqsədlərə nail olan bank son illərdə kapital coğrafiyasını genişləndirməkdədir. Bu əməkdaşlıq modelinə uyğun olaraq Beynəlxalq Bankın təkcə Körfəz ölkələrinin maliyyə bazarlarından cəlb etdiyi vəsaitin həcmi 230 milyon dollara çatıb. Əvvəl 100 milyon dollarlıq maliyyə vəsaiti cəlb edən qurum sonradan tərəfdaşlar tərəfindən banka daha böyük həcmdə vəsait ayırmaq təklif edilib. Cəlb edilən vəsait iri biznes layihələrinin, eləcə də kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönəldiləcək .

Bu anlaşmalar Azərbaycana, ölkənin bank sektoruna və ABB-yə olan beynəlxalq etimadın göstəricisi hesab edilə bilər. Bu cür sindikativ kredit ABB-nin strateji inkişaf planına uyğun olaraq real sektorun, xüsusilə ixracyönümlü iri layihələrin maliyyələşdirilməsinə dəstək verir. Əlverişli maliyyə şərtləri ilə belə iri həcmdə vəsaitin cəlb olunması ABB-nin maliyyələşdirmə imkanlarını genişləndirir və bizneslər üçün maliyyə resurslarını daha əlçatan edir. Xarici bazarlarda ABB-yə olan yüksək etimad isə uzunmüddətli vəsaitlərin cəlbinə, investor sayının və regional əhatə dairəsinin genişlənməsinə imkan yaradır. Məhz bu əlverişli mühiti qiymətləndirən bank rəhbərliyi gələcəkdə beynəlxalq maliyyə bazarlarından 300-500 milyon dollar məbləğində əlavə vəsait cəlbetmə imkanlarını nəzərdən keçirir.

Azərbaycan iqtisadiyyatının inkişafına və dünyaya inteqrasiyasına töhfə verməyi strateji hədəflərindən biri hesab edən ABB-nin xarici maliyyə bazarlarında iştirakı bankın beynəlxalq imicini daha da yüksəldir, biznesi maliyyələşdirmə potensialını gücləndirir, likvidlik mövqeyinə, gəlirliliyinə müsbət təsir göstərir. Xarici bazarlarda ABB-yə olan yüksək inam uzunmüddətli vəsaitlərin cəlbinə, investor sayının və regional əhatəliliyinin genişlənməsinə imkan yaradır.

“İlin ən yaxşı bankı” mükafatları

Onu da xatırladaq ki, Azərbaycanın bank nəhəngi maliyyə dünyasının ən nüfuzlu nəşrlərindən olan “The Banker” jurnalı tərəfindən bir neçə il əvvəl “İlin bankı” mükafatının qalibi elan edilib. ABB strateji inkişaf nailiyyətlərinə, o cümlədən tətbiq etdiyi yeni texnologiyalara, məhsul və xidmətlərinə, güclü maliyyə göstəricilərinə görə, bu mükafatı qazanıb. Həmçinin, ABB ötən il məşhur “Global Finance” jurnalı  tərəfindən “İlin ən yaxşı bankı” mükafatının qalibləri sırasında yer alıb. Bank bu mükafata mənfəətliliyinə, əhatə dairəsinə, qurduğu strateji tərəfdaşlıqlara, son illərdə əldə etdiyi inkişaf nailiyyətlərinə, məhsul və xidmətlərində tətbiq etdiyi innovasiyalara, o cümlədən süni intellekt həllərinə görə layiq görülüb. Qiymətləndirmə zamanı ABB-nin fəaliyyəti haqqında səhm, kredit reytinqi analitiklərinin, digər bank ekspertlərinin rəyləri də nəzərə alınıb.

2026-cı ilin avqust ayında isə ABB “The Brandon Hall Group” beynəlxalq təşkilatının Mükəmməllik Mükafatlarına layiq görülüb. Bank “Təlim və inkişaf üzrə rəqəmsal inkişafın dəstəklənməsi” və “İstedadların idarə olunması üzrə ən yaxşı idarəetmə modeli” kateqoriyasında 2 mükafata layiq görülüb. ABB bu mükafatları istedadların idarə olunması və rəqəmsal sahədə onların inkişafının dəstəklənməsi istiqamətində həyata keçirdiyi ardıcıl layihələrə görə qazanıb.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:328
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Avqust 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri