SOCAR Bolqarıstanın 10 məktəb və uşaq bağçasını təbii qazla təmin edəcək
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “M-Gaz” şirkəti ilə birgə Bolqarıstanın Ruse vilayətində sosial istehlakçılara birbaşa təbii qazın tədarükünə başlayıb.
AZƏRTAC qurumun yaydığı məlumata istinadən xəbər verir ki, SOCAR, “M-Gaz” və Ruse bələdiyyəsinin birgə həyata keçirdiyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin lazımi həcmdə təbii qaz tədarük etməyi öhdəsinə götürdüyü “hibrid qazlaşdırma” pilot layihəsinin əsas benefisiarı Ruse bələdiyyəsinin Nikolovo kəndində yerləşən “St. St. Cyril and Methodius” ibtidai məktəbidir.
Məktəbdə sıxılmış təbii qaz (CNG) qurğusunun tikintisinin başa çatması münasibətilə təşkil olunan mərasimdə SOCAR-ın Balkanlar üzrə regional ofisinin rəhbəri Murad Heydərov, Ruse şəhərinin meri Penço Milkov və M-Qaz şirkətinin baş icraçı direktor Stoyan Manolov iştirak ediblər.
Bu, SOCAR ilə “M-Gaz” şirkəti arasında 21 iyun 2024-cü il tarixində Bolqarıstanda sənaye müəssisələrinə təbii qaz tədarükünə başlanılması ilə əsası qoyulan uğurlu tərəfdaşlığın davamıdır.
Yaxın bir neçə ayda Ruse vilayətində daha 10 məktəb və uşaq bağçasının SOCAR-dan təbii qaz alması planlaşdırılır. Bu layihə Rusedə karbon emissiyalarını və enerji xərclərini azaltmağa kömək edəcək.
Ölkənin qaz istehlakının 50 faizini təchiz edən SOCAR Bolqarıstanın qaz bazarında iştirakını genişləndirərək daxili paylama sektorunda təxminən 7,5 faiz paya sahib olmağı hədəfləyir.
SOCAR bu ölkənin bir sıra bələdiyyələrində iqlimə daha uyğun təbii qazın tədarükünü həyata keçirməklə, tədricən ənənəvi enerji mənbələrindən (mazut, linyit, dizel) imtina edilməsi, Bolqarıstanın iqlimin qorunması strategiyasının həyata keçirilməsi və karbon emissiyalarının azaldılması istiqamətlərindəki səylərinə töhfə verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 16 Noyabr 2024 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















