Icma.az
close
up
RU
SOCAR e tender platformasında təchizatçılar üçün reytinq sistemi tətbiq edəcək

SOCAR e tender platformasında təchizatçılar üçün reytinq sistemi tətbiq edəcək

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "e-tender" platformasında təchizatçılar üçün reytinq sistemi tətbiq edəcək. SİA xəbər verir ki, bunu SOCAR-ın Əməliyyat Satınalması və Təchizat departamentinin rəis müavini Elçin Musayev Bakıda "Rəqəmsal Transformasiya prosesi ilə sektorlar üzrə çağırışlar, trendlər və imkanlar" mövzusunda keçirilən panel müzakirəsində bildirib.

O qeyd edib ki, yaxın gələcəkdə platformada təchizatçıların fəaliyyətini qiymətləndirmək üçün reytinq sistemi istifadəyə veriləcək: “Bu sistem təchizatçılara rəqibləri ilə fəaliyyətlərini müqayisə etməyə, göstəricilərini yaxşılaşdırmağa kömək edəcək. Bununla yanaşı, rəqəmsal platforma məlumatların izlənməsi, şəffaflığın artırılması və təkmil analitik imkanlar təqdim edir".

E. Musayev əlavə edib ki, rəqəmsal transformasiya prosesində bəzi çətinliklər də var: “Bütün təchizatçılar hələ tam rəqəmsal deyil. Təchizatçıların strateji cəlb olunması vacibdir, çünki onlar öz fəaliyyətlərinə sərmayə yatırmalı və digər şirkətlərlə əməkdaşlıq səviyyəsini artırmalıdırlar”.

Onun sözlərinə görə, rəqəmsal transformasiyanın əsasında keyfiyyətli məlumatlar dayanır: “Təchizatçılar təqdim etdikləri məlumatlarda keyfiyyətə önəm verdikdə, bu, onlara daha geniş əməkdaşlıq imkanları, gəlirliliyin artırılması və sənayedəki yeni transformasiyaya hazır olmaq baxımından üstünlüklər qazandıracaq.”

E. Musayev vurğulayıb ki, SOCAR artıq bu istiqamətdə mühüm addımlar atıb: “2005-ci ilin fevral ayından etibarən "e-tender" platformasının tətbiqinə başlamışıq. Hazırda SOCAR-ın müxtəlif qurumlarında 600-dən çox daxili istifadəçi, müxtəlif sahələri təmsil edən yerli və xarici olmaqla 3 minə yaxın təchizatçı platformada qeydiyyatdan keçib. Platforma ilkin ixtisas seçimindən tutmuş məlumat sorğuları (RFI), tender sorğuları (RFP) və təchizatçıların fəaliyyətinin idarə edilməsinə qədər satınalmanın bütün mərhələlərini əhatə edir”.

Onun sözlərinə görə, SOCAR platformada kateqoriya idarəetməsi yanaşmasını tətbiq edir ki, bu da tender prosesində məhz uyğun təchizatçıların seçilməsinə, bazarda bərabər imkanların yaradılmasına, ədalətliliyin və şəffaflığın artırılmasına şərait yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 İyul 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri